Misir Afrikanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Misir bəşər mədəniyyətinin ilkin ocaqlarından sayılır. Misir əhalisinin bütün həyatı ən qədim dövrlərdən etibarən Nil çayı ilə bağlı olmuşdur. Məşhur tarixçi Herodot Misri Nilin hədiyyəsi adlandırırdı. Arxeoloqlar bu ərazidən ən qədim insan məskənlərini aşkar etmişlər. Buradan paleolit dövrü insanlarının qalıqları və əmək alətləri aşkara çıxarılmışdır. Hələ e.ə. IY minillikdə Misirin ə kinçi əhalisi Nil çayının suyundan istifadə edərək süni suvarma əkinçiliyi ilə məşğul olmuşdular.
Məlum olduğu kimi e.ə. IY minilliyin ortalarında bu ərazidə Aşağı Misir və Yuxarı Misir çarlıqları təşəkkül tapmışdır. Sonralar yuxarı Misir çarı bütün cölkəni vahid bir dövlətdə birləşdirmişdi. Bu dövlət əkinçilik bapzası əsasında yüksək quldarlıq dövləti idi.Bu dövrdə Misirdə anna xaqanlığı, yəni matriarxat quruluşu üstünlük təşkil edirdi. Burada Firon qanunverici, icraedici və məhkəmə səlahiyyətlərinə malik idi. Onu hətta ilahiləşdirirdilər.
Misir uzun minilliklər öz dövlət müstəqilliyini qoruyub saxlamış və bu məqsədlə Liviya, Suriya, Fələstinə qarşı arasıkəsilməz müharibələr aparmışdır. E.ə. I minilliyin ortalarında siyasi qüdrəti sarsılmış Misir iran qoşunlarının təzyiqinə tab gətirə bilməmişdir. E.ə. 333-cü ildə Makedoniyalı İskəndər iranı ələ keçirmiş və bununla da Misir-Yunan Makedoniya sülaləsinin hakimiyyəti altına düşmüşdü. Onların burada 300 illik hakimiyyəti başlamışdır. E.ə. 30-cu ildə YII Kleopatranın ölümündən sonra misir Romanın bir əyalətinə çevrildi. 395-ci ildə Roma imperiyasının süqutundan sonra Bizans hökmranlığı başlandı. 640-cı ildə Misir ərəb xilafətinin tərkibinə daxil edildi. Misir tarixində ərəb işğalları dərin iz buraxmış oldu. Ölkə əhalisi yeni müsəlman dinini və ərəb dilini qəbul etdi. Bununla yanaşı misimr əhalisinin bir hissəsi b.eranın II əsrindən etibarən ölkədə yayılmış xristian dininə etiqad edirdilər. YIII əsrdə Misir əhalisinin böyük əksəriyyəti artıq ərəb dilində danışırdı. 1517-ci ildə Misiri Türk Sultanı I Sultan Səlim işğal etdi. XIX əsrin ortalarından etibarən İngiltərənin nüfuzu artmağa başladı. Bununla faktiki olaraq 1882-ci ildən misir Türkiyənin nəzarətində çıxaraq İngiltərənin bir əyalətinə çevrildi. 1922-ci ildə İngiltərənin Misrə istiqlaliyyət verməsinə baxmayaraq ingilis ordusu burada qalmaqda idi. 1952-ci ildə xalq üsyanı nəticəsində misirdə kral hakimiyyəti devrildi və 1953-cü ildən Respublika quruluşu yaradıldı. 1958-ci ildə Misir Suriya ilə vahid dövlətdə birlşərək Birləşmiş Ərəb Respublikası adını daşımağa başladı. Lakin 1961-ci ildən Suriyada baş verən hərbi çevriliş nəticəsində Suriya misirdən ayrıldı. 1971-ci ildə etibarən isə Misir Ərəb Respublikası adlanır.
Əhalinin ümumi sayı 77,5 mln nəfərdir. Əhalinin 93%-i ərəblərdir. Burada 100 min nəfərə yaxın köçəri bədəvi ərəblər, 15 min beca maldarları, 5 min nəfər bərbər, həmçinin yunanlar və ermənilər də yaşayırlar. Dövlət dini islam dinidir. Sünnü müsəlmanlar 90%, xristianlar 10%-dir. Misir kəndlərinin demək olar ki, hamısında məscid fəaliyyət göstərir. Evlərin əksəriyyəti birmərtəbəlidir. Əsas yeməkləri buğda və qarğıdalı fətirindən, süd, tərəvəz, ət, sıyıqdan ibarətdir. Onların ənənəvi geyimləri pambıq parçadan tikilmiş yaxası açıq uzun qolu köynək və şalvardan ibarətdir. Onlar demək olar ki, bütün il ərzində ayaqyalın gəzirlər. Nadir hallarda gön-dəri başmaq geyirlər. Qadınlar sifətlərini gizlətmirlər. Onlar rəngarəng şal və yaylıqlardan istifadə edirlər. Çoxlu bəzək əşyaları taxmağı xohlayırlar. Burada bəd ruhlardan qorunmaq üçün tatuirovkadan istifadə olunurdu. Ailə əsasən monoqramdır. İslamla bağlı nisbətən poliqamiya yəni çoxarvadlılıq da vardır. Statistik məlumatlar göstərir ki, yalnız 5% kişilərin bir neçə arvadları olmuşdur. Yaxın qohumlar arasında nigaha geniş yer verilirdi. Əmi qızı ilə əmi oğlu arasında nigah geniş yayılmışdır. Nişanlanma erkən yaşlarında olurdu. Oğlan tərəf qız tərəfə böyük ödənc verirdi. Levirat adəti yəni ölmüş qardaşın arvadına evlənmək də mövcud olmuşdur. Ailədə oğlan uşağının doğulması varis kimi yüksək qiymətləndirilirdi.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası