Kokos adaları digər adı ilə Kilinq adaları — Cənub-Şərqi Asiyada, Hind okeanında yerləşən və Avstraliyaya bağlı olan adalar qrupudur.
Arxipelaq 27 kiçik adadan ibarətdir. Avstraliyanın 2100 kilometr qərbində, Hind okeanının Şərqində yerləşir. Sahillərinin uzunluğu 26 km, dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü isə 5 metrdir. Arxipelaq təxminən 14 kv.km ərazini əhatə edir və iki hissəyə bölünür: Şimali Kokos adaları və Cənubi Kokos adaları.
Ərazisinə görə Cənubi Kokos adaları böyükdür. Tərkibinə Saut Aylənd, Vest Aylənd, Houm, Dayrekşn və Horsbert-Aylənd kimi böyük adalar daxildir. Şimali Kokos adaları isə bir adadan ibarətdir.
Təbiəti
Kokos adalarının təbiəti gözəl və ekzotikdir. Adalar təmiz okean suları ilə əhatə olunan mərcan laqunaların arasında yerləşir. Kokos adalarının bitki örtüyü kokos palmalarından ibarətdir. Arxipelaqın ən yüksək nöqtəsi Hind Okeanının səviyyəsindən 5 metr yüksəklikdə yerləşir.
1995-ci ilin dekabrında Şimali Kokos adaları və onun ətraf suları “Pulu Kilinq” Milli Parkı elan edildi. Adalarda bir çox quş növü yaşayır, lakin ən heyrətamiz varlığı — sualtı müxtəlifliyidir.
İqlimi
Kokos adaları il boyu yağıntılı isti subekvotarial iqlimə sahibdir. İl ərzində temperatur yüksək, demək olar ki, dəyişməz olur, 28 ilə 30 dərəcə arasında dəyişir. Gecələr temperatur 24-25 ° C olur. 9 ay boyunca cənub-şərq küləkləri və orta yağışlı hava hökm sürür.
Əhalisi
Əhalisinin sayı 1997-ci ilin iyulunda 617 nəfər idi. Onların əksəriyyəti Houm adasında yerləşən Bantam kəndində məskunlaşıblar. Houm və Vest arxipelaqda yeganə məskunlaşmış adalardır. Kokos adalarının etnik tərkibində böyük olmasa da müəyyən bir müxtəliflik müşahidə edilir. Yerli əhalinin əksəriyyəti Asiyalılar (Malay), Avropalılar (əsasən İngilislər) təşkil edir. Əhalinin 80% malaylar olduğu üçün dini çoxluğunu müsəlmanlar təşkil edirlər. Adaların rəsmi dili ingilis dilidir, ancaq malay dili də istifadə olunur.
1984-cü ildəki səsvermə ilə xalq Avstraliyanın tərkibinə keçməyə üstünlük verib. 1609-cu ildə kapitan Vilyam Kilinq tərəfindən kəşf edilən adalar, bu səbəbdən Kiling adaları olaraq da bilinir. İqtisadiyyatı+ Kokos adalarının iqtisadiyyatı əsasən üç sənayeyə əsaslanır – hindqozu (kokos palmaları), balıqçılıq və turizmə. Arxipelaqda rəsmi valyutası — Avstraliya dollarıdır.
portal.azertag.az