Finlandiya Avropanın şimalında, Baltik dənizi sahilində yerləşir. Şimalda yerləşməsinə baxmayaraq, turizm ölkəsi hesab edilir. Ölkənin paytaxtı Helsinki turistlər tərəfindən ən çox ziyarət edilən və sevilən şəhərlərdəndir. Yayda +10, +15 dərəcə istidə çaylar və göllər ətrafında dincəlmək, dünyanın ən təmiz suyu hesab olunan fin sularından içmək insana xüsusi ləzzət verir. Bu aylarda qütb gündüzlərini yaşamaq da insanda xoş ovqat yaradır.
Əhalisi 5 milyon 401 min nəfərdir. Finlər özlərinə suomi deyirlər. “Suomi” sözü fin dilində “şən, nəğməkar xalq” mənasını verir. Finlər həqiqətən də şən xalq hesab olunurlar.
Ölkədə 2 milyon başdan çox kiçikbuynuzlu, bir o qədər də iribuynuzlu mal-qara var. Ona görə də xaricə ixrac etdiyi məhsullar arasında heyvandarlıq məhsulları da üstünlük təşkil edir.
Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir.
Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur.
Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir.
Finlilər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər. Onlar qaynadılmış və hisə verilmiş ərzaqları yeməyə üstünlük verirlər.
Fin mətbəxinin digər özəlliyi də var. Burada balıq yeməklərinə, o cümlədən şorbalara süd və ya süd məhsulları vurulur.
Fin kişiləri içkilərdən vodkanı daha çox sevirlər. Nadir hallarda isə pivəyə üstünlük verirlər. Qadın finlər isə, kofe xoşlayırlar.
formaggio.az