Əfsanə sevənlərin adası | İrlandiya

Əfsanə sevənlərin adası | İrlandiya

İrlandiya Avropanın qərbində yerləşir. Respublikanın paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin maraqlı tarixi var. Keçmişlə bağlı əfsanələri sevən insanlar üçün ideal yerdir. İrlandiyada 26 qraflıq var ki, hər birində qəsrlər var. Turistlər bu qəsrlərə baxmaqla yanaşı, nömrə sifariş edib, qala da bilərlər.
Ölkədəki supermarketlər 12:00-dan 18:00-a kimi, kiçik dükanlar isə 07:00-dan 23:00-a kimi fəaliyyət göstərir.

 
İrlandiya mətbəxi kifayət qədər sadə və doyumludur. Bir çox qədim biş-düş ənənəsinə sahibdir. Kartofun Qədim İrlandiyaya gətirilənə kimi ət, balıq, süd və dəniz məhsullarından olan yeməklər daha çox yeyilirdi. Yeməklər, əsasən, pörtlədilmiş və qızardılmış formada hazırlanırdı.
İrland mamırından hazırlanan şirniyyatlar qeyri-adiliyi ilə fərqlənirdi (irland mamırı – dəniz yosunudur – red.).
Qədim irland mətbəxinin özəlliklərindən biri də ev və çöl quşunu əvvəlcədən basdırma etmədən bişirməkləri olub. Quşun içalatını təmizləmədən üstünə gil sürtüb, ocaqda qızardırdılar. Sonra gillə birlikdə quşun dərisini də çıxarırdılar. Buna görə də, əvvəlcədən basdırma etməyə ehtiyac qalmırdı.
Çörəyi, adətən, yulaf və arpadan hazırlayırdılar.
Kartofun İrlandiyaya gətirilməsi ilə, bu xalqın mətbəxində yeni dövr başlayıb. Demək olar ki, irland mətbəxinin əsas ərzaqlarından biri olub. Hazırda milli irland yeməklərinin əksəriyyəti kartofdan hazırlanır. Misal üçün, kartof çörəyi, soğan sousunda kartoflu qoyun döş əti və kələmli kartof püresi.

Müxtəlif ərzaqları qarışdırmaq adəti irland mətbəxinin zəngin olmasına gətirib çıxarıb.
İrland xalqı balıq və dəniz məhsullarından da tez-tez istifadə edir. Balıqlardan som, farel və siyənəyə üstünlük verirlər.
Şorbalar irland süfrəsində xüsusi yerə tutur. Bir neçə balıqdan istifadə etməklə, qeyri-adi dada malik şorbalar hazırlayırlar. Yulafdan və xoruz ətindən hazırlanan sulu yeməklər isə irland mətbəxinin məşhurlarındadır.
Top