Monako Knyazlığına — bu da elə də böyük dövlət deyil, amma mədəniyyət baxımdan xeyli maraqlı və zəngindir. Monakonun sahəsi 1,96 kvadrat kilometrdir. Bu dövlət dünyada fransızdilli ən kiçik ərazi sayılır.
Monakonun 20 otelində dünyanın müxtəlif dillərində danışan qonaqlara rast gəlmək mümkündür. Monako knyazlığı öz qonaqlarını 7 əsrlik zəngin qəhrəmanlıq hadisələri ilə dolu Qrimaldi ailəsinin tarixi ilə tanış edir. Köhnə şəhər üzərində ucalan knyaz sarayı öz memarlığı və hər gün düz günorta baş verən gözətçi dəyişikliyi ilə məşhudur. Sarayın ətrafında isə digər görməli yerlər var; qeyri-adi akvariuma malik Okeanoqraf muzeyi, həmişə yaşıl Ekzotik bitki bağı, Monte-Karlo kazinosu, Dəniz muzeyi, kino muzeyi, Monako knyazının köhnə avtomobillər kolleksiyası ekspozisiyası və s.
Monakoda Knyaz sarayı çoxəsrlik adət-ənənənin mühafizəkarıdır. Saray 1215-ci ildə Genuya qalasının yerində tikilmişdir. Qışda qara, yayda ağ parad formasına malik karabiner gözətçilərinin növbə dəyişməsi hər gün saat 11:55-də təntənəli surətdə həyata keçirilir.
Mətbəxi
Monako İtaliya və Fransaya yaxın olduğu üçün mətbəxi də bu ölkələrin kulinariya ənənələrinin qarışığından yaranıb. Yəni təkcə bu ölkəyə səyahət etməklə, daha 2 Avropa ölkəsinin mətbəxi ilə də tanış ola biləcəksiniz. Monako vətəndaşlarının ən sevimli yeməkləri sırasına tərəvəzlər, pendirlər, qızardılmış kartofla bifşteks, souslar, raqu, ilbizlər və balıq yeməkləri daxildir. Sakinlərin ən çox içdikləri içkilər isə şərab və qəhvədir.
Monako Aralıq dənizinin sahilində yerləşdiyi üçün yerli restoranların menyularında dəniz məhsullarına üstünlük verilir. Amma bu krallıqda süd və süd məhsulları, o cümlədən pendir elə də məşhur deyil. Lakin monakolular özünəməxsus dada malik pendir hazırlayırlar.
Şampan Monakonun milli içkisi hesab edilir. Ən dəbdəbəli restoranlarda şampanın bir qədəhinin qiyməti 40 evro təşkil edir.
Bir sözlə, əgər istirahətinizi Monako krallığında edəcəksinizsə, qəhvə ilə səhər yeməyinizə başlaya, nahar və şam yeməklərinizi isə balıq yeməkləri ilə edə bilərsiniz.
formaggio.az