İrlandiyaya yamyaşıl təbiətinə görə “Zümrüd ada” da deyirlər və keçmiş İrlandiya bayrağında simvol olaraq üçyarpaq yonca, arfa, Kladdaq üzüyü, Kelt xaçı var.
Kelt xaçı Müqəddəs Patriki, Kladdaq üzüyü dostluq və sevginin simvolizə edirmiş. Üçyarpaq yoncanın sehrli gücünün olduğuna inanırlar. Əfsanələrə görə, yonca fırtına qopacağını yarpaqlarını dikəldərək xəbər verirmiş. Həmçinin üç irlandların ən uğurlu rəqəmi hesab olunur. Arfa isə irlandların yenə sehirli gücünün olduğuna inandıqları musiqi alətidir. Pullarının üzərində belə arfa şəkli var.
İrlandiyanın indiki bayrağının rəngləri isə narıncı, ağ və yaşıldır. Yaşıl katolikliyi, narıncı protestantlığı, ağ isə bu konfessiyalar arasında sülhü təcəssüm edir.
1. İrlandiyada bir dənə də ilan yoxdur
İrlandiya buz dövrünün baş verdiyi coğrafi əraziyə düşdüyünə və soyuq iqlimi olduğuna görə, adada ilan yoxdur
2. Yüksək rifah səviyyəsinə sahibdirlər
“The Economist” dərgisinin yayımladığı rəqəmlər bunu təsdiqləyir. Dərginin 111 ölkədə apardığı həyat səviyyəsi araşdırmalarında İrlandiya birinci yerə çıxıb. Həyat səviyyəsinə maddi rifah, sağlamlıq, siyasi sabitlik, ailə həyatı (boşanma səviyyəsi), ictimai həyat, iqlim və coğrafiya, işsizlik səviyyəsi, siyasi azadlıq, qadın və kişi bərabərliyi daxildir.
3. İrlandiyanın rəsmi dilində “hə” və “yox” sözləri yoxdur
İrlandiyanın rəsmi dili olan irlandcanı (galce) əhalisinin 40%-i yaxşı bilir. İrlandiya dilini ingiliscə ilə qarşılandıranda qəribə situasiya yaranır. “Hə” və “yox” sözlərinin irlandca qarşılığı tapılmır. İrlandiyalılar hə-yox cavabı verilə bilən sualları feli təkrar edərək cavablayırlar. Məsələn, “Evə gedirsən?” sualına “hə” deyil, “gedirəm” deyə cavab verirlər.
4. Ölkənin qoruyucusu müqəddəs deyil, irlandiyalı da deyil!
İrlandiyanın qoruyucusu sayılan Müqəddəs Patrik haqqında əfsanələr mövcuddur. Onun varlı bir ingilis ailənin uşağı olduğu, 16 yaşında olanda irland işğalçılar tərəfindən qaçırılaraq ora gətirildiyi deyilir. Altı il əsarət altında qalandan sonra ölkəsinə qaçır, amma yuxusunda missioner kimi yenidən İrlandiyaya getdiyini görür və beləcə rahib olur.
5. Əhalisinin sayı 6 milyon olsa da, dünya üzrə 80 milyon insan irland olduğunu iddia edir
İrlandiyada ümumilikdə 6 milyon insan yaşayır. Ancaq 1845-ci ildə iqtisadi böhran yaranır. Buna “Böyük qıtlıq” və ya “İrlandiyada kartof qıtlığı” dövrü də demək olar. Milyonlarla insan aclıqdan və ya xəstəlikdən dünyasını dəyişir. Əksəriyyət isə Amerika, Kanada, Avstraliya, Avropaya köçür. Hazırda dünyada 80 milyon insan irland olduğunu iddia edir.
6. Pivə istehlakında dünya ikincisidir
Statistikaya görə, burada hər il 35 qallon pivə istehlak olunur. Bu da adam başına il ərzində 131 litr pivə deməkdir.