Amerika adını hardan almışdır

Amerika adını hardan almışdır

Amerika adını italyan tacir və xəritəçi Amerigo Vespuccidən deyil, Galli və zəngin bir Bristol taciri  «Richard Ameryk»dən almışdır.

Ameryk, John Cabotun ikinci transatlantik səfərindəki baş sermayedardı. Cabot 1484-cü ildə  Cenevrədən Londona getdi və Kral VII Henryindən qərbdəki bilinməyən torpaqları araşdırma icazəsi aldı.

Cabot, “Matthew” kiçik gəmisi ilə may 1497-ci ildə Labradora çatdı və Amerika torpağına ayaq basan ilk Avropalı oldu: Vespuccidən 2 il ərkən davranmışdı.
Cabot, Nova Scotiadan Newfoundlanda qədər Şimali Amerika sahil zolağının xəritəsini çıxardı.

Richard Ameryk səfərin baş sponsoru olaraq kəşflərə öz adının verilməsini gözləyirdi. Həmin il Bristol illərində belə bir qeyd var:  «Amerika torpağı 24 İyun, Matthew adlı bir Bristol gəmisiylə Bristollu tacirlər tərəfindən tapıldı.»  Bu not  nələr olub bitdiyini çox yaxşı açıqlayır.

Bu illərin orijinal əl yazması mövcud olmamasına baxmayaraq, günümüzə çatan digər sənədlərdə bu mətnə ​​bir sıra istinad vardır. Bu, yeni qitədən bəhs edilərkən «Amerika» təbirinin ilk istifadəsidir
 
Bu adı istifadə edən və günümüzə çatan ən qədim xəritə, Martin Waldseemüller'in 1507-ci il tarixli böyük dünya xəritəsidir, amma bu xəritə yalnız Cənubi Amerikanı göstərirdi.

Waldseemülerin qeydlərində Amerika adının, Amerigo Vespuccinin adının latınca versiyasından yarandığını hesab etdi, çünki Vespucci 1500-1502 arasında Cənubi Amerika sahilini kəşf edib buranın xəritəsini çıxarmışdı.

Bu vəziyyət, onun əmin olmadığını və digər xəritələrdə (ehtimalla Cabot xəritəsidə) görmüş olduğu bir adın mənşəyini acıqlmağı ağla gətirir: «Amerika» adının bilindiyi və istifadə edildiyi tək yer Bristoldu — Fransada yaşayan Waldseemüllernin getməsi ola biləcək olan bir yer deyildi.
Waldseemüller mənalı bir şəkildə, 1513-ci il tarixli dünya xəritəsində «Amerika» nı «Terra Incognita [Bilinmeyen Torpaqlar]» olaraq dəyişdirdi.

Vespucci Şimali Amerikaya heç çatmadı.

Bunun üçün etibarlı bir səbəb daha var. Yəni ölkələrə və ya qitələrə heç bir zaman bir adamın adı verilməmişdir; buralara daim bu adamın soyadı verilmişdir (Tazmanya, Van Diemen Torpaqları ya da Cook Adalarında olduğu kimi).

Əgər İtalyan kəşifçisi  bura şüurlu olaraq öz adını vermiş olsaydı, Amerikanın adı «Vespucci Torpağı» (ya da Vespuccia) olacaqdı.

Top