İspaniya haqqında maraqlı faktlar

İspaniya haqqında maraqlı faktlar

1. İspan himninin sözləri yoxdur.

2. İspaniya Avropa ölkələri arasında barların, restoranların və gecə klublarının sayına görə rekord göstəriciyə malikdir.

3. İspaniyalıların əksəriyyətinin katolik olmalarına baxmayaraq, 2005-ci ildən etibarən ölkədə eyni cinsli nigahlar qanunlaşdırılıb.

4. Yayda İspaniyaya getmək və yağışa düşmək, demək olar ki, mümkün deyil. Bu güney ölkəsində günəşli günlərin sayı ildə 280 gün təşkil edir!

5. Əgər sizin dələduzluq hissiniz varsa, siz Avropanın digər ölkələrindən fərqli olaraq asanlıqla İspaniyaya mühacirət edə bilərsiniz. Üç ildən çox İspaniya ərazisində qeyri-qanuni yaşayan mühacirlər İspaniyada yaşamağa icazə ala bilmək imkanını əldə edirlər.

6. Özünə hörmət edən ispaniyalı, demək olar ki, heç vaxt evdə səhər yeməyi yemir. Səhər yeməyini burada kafelərdə yeyirlər.

7. Burada gec yeməyə başlayırlar. Günorta saat 2-də burada səhər yeməyi edirlər və axşam saat 10-da şam edirlər.

8. El Bulli ispan restoranı Rosas şəhərində ən yaxşı restoran hesab edilir. Restoran ildə yarım il fəaliyyət göstərir. Burada yeməklərin orta qiyməti 250 avro təşkil edir. Burada bütün sezona olan yerlər bir gün içərisində bron edilir.

9. Məşhur İspan müğənnisi Xulio İqlesias 20 il ərzində «Real Madrid» klubunda qapıçı olaraq oynamışdı. Lakin ciddi avtomobil qəzasında onun hər iki ayağı iflic olmuşdu. İqlesias yalnız əlləri ilə hərəkət edə bildiyi üçün o, gitarada oynamaq bacarığını təkmilləşdirmişdi.

10. Korridanın İspaniyanın rəmzi olmasına baxmayaraq bir çox ispaniyalılar bu ənənənin ləğv etməsini istəyirlər.

11. Bir çox ispaniyalıların iki soyadı var: anaların və ataların soyadları.

12. İspaniya qanunvericiliyinə əsasən istənilən çimərlikdə çılpaq günəş vannaları qəbul etmək olar.

13. Madriddə və Barselonada havanın tərkibində kokainin və LSD-nin izləri aşkarlanmışdı.

14. İspaniyada aclıqdan ölmək mümkün deyil. Demək olar ki, hər bir barda içki sifariş edən şəxslərə pulsuz olaraq yemək verirlər. Məsələn, fri kartofları, xamon, mini sendviçlər.

15. El Diablo restoranında vulkanın üzərində steyk qızartmaq olar!
Top