Ön Asiyanın ərəb ölkələri

Ön Asiyanın ərəb ölkələri

Suriya 1946-cı ildən müstəqil dövlətdir. Onun sahəsi 185,2 min.kv. km-dir. Əhalisi 18,44 milyona yaxındır. Əhalisi əsasən ərəblərdir. Kürdlər, türklər, türkmənlər, çərkəzlər, ermənilər və aysorlar başqaları yaşayırlar. Əhalinin 90 %-i müsəlmanlardır. Dövlət dili ərəb dilidir. Ərəblər 90 %, kürdlər və ermənilər 10 %- dir.
E.ə. III-II minillikdə bu ərazidə amori tayfaları yaşayırdılar. E.ə. 1500-cü ildə Misirin hakimiyyəti altına düşmüşdü. E.ə XIY əsrdə köçəri arami tayfaları Suriyaya soxulmuşdular. E.ə. YIII əsrdə Assuriyanın, e.ə. YII əsrdə Babilin, e.ə. 539-cu ildə Əhəmənilərin, e.ə. 333-cü ildə Makedoniyalı İsgəndərin, e.ə. 64-cü ildə Romanın, IY əsrdə Bizansın, YII əsrdə -640-cı il- ərəblərin hakimiyyəti altında olmuşdur. XI əsrin II yarısında Səlcuqların işğallarına məruz qalmışdılar. XIII əsrdə Misirin hakimiyyəti altına düşmüşdü. Sonra monqol hücumuna məruz qalmışdılar. 1516-cı il Osmanlı imperiyasının tərkibinə qatıldı. 1918-ci ildə Suriya İngiltərənin əlinə keçdi. 1920-ci ildə Fransa mandatlığının nəzarəti altına düşdü. 1943-cü ildə Suriyada ilk mili hökumət yaradıldı. 1958-ci ildə o Misirlə birlikdə vahid Birləşmiş Ərəb Respublikası dövləti yaratdı. 1961-ci ildən o müstəqil Suriya Ərəb Respublikası adlanır. Əhalinin 90 %-ni ərəblər təşkil edir. Aqrar ölkəsidir. Təsərrüfatda pambıq, buğda, arpa, mərci, tütün, üzüm, zeytun mühüm yer tutur. Suriyada mili adət-ənənələrə, canlı xalq yaradıcılığına böyük hörmətlə yanaşılır. Burada üç pilələi təhsil sistemi mövcuddur. Mədənə cəhətdən digər ərəb ölkələrinə nisbətən daha çox inkişaf etmişdir. Burada geniş ölçülü məktəblər şəbəkəsi olduğundan savadlıların sayı daha çoxdur. 1924-cü ildə açılan Milli Suriya Universiteti — Dəməşq Universitetinin 12 fakultəsi və 32  mindən çox tələbəsi vardır. Dəməşqdə 1919-cu ildən fəaliyyət göstərən Ərəb Akademiyası vardır. Dövlət dili ərəb dilidir. Əhalinin onda 9 hissəsi müsəlmandır. Onların 82% sünnü, 18 %-i şiədir. Suriyanın 10%-ni xristianlar təşkil edir.
İRAQƏrəbcə iraq sözündən götürülmüşdür. Sahil və ya düzən mənasını verir.İrak 1932-ci ildən müstəqil dövlətdir. İnzibati cəhətdən ölkə 18 əyalətə bölünür. Ərazisi 435 min kv. km-dir. Müasir İrak Respublikasının ərazisi dünyanın qədim mədəniyyət mərkəzlərindən biri sayılır. Bu ərazidə hələ e. ə. Y minillikdə əkinçi-maldar qəbilələri yaşayırdılar. E.ə. IY minillikdə Dəclə və Fərat çayları arasında yerləşən Babilistan torpaqlarında ilk sinifli cəmiyyətlər təşəkkül tapmışdır. Qədim irak mədəniyyətinin ilkin yaradıcıları şumerlər olmuşlar. Onlardan bir qədər şimalda akkadlar yaşaüırlar. Qədim şumerlərin yaratdığı şumerlərin yaratdığı yüksək mədəniyyətin Ön Asiya və Aralıq dənizi ölkələrinə çox böyük mədəni təsiri olmuşdur. Assuriya və Yeni Babil çarlığının süqutundan sonra Mesopatamiya İran, Yunan-Makedoniya, Parfiya Roma, YII əsrdə isə ərəb işğallarına məruz qalmışdı. I ədünya müharibəsində Türkiyənin məğlubiyyətindən sonra İrak İngiltərənin mandat asılılığına keçdi – 1920-ci il. Lakin 1921-ci ildə haşimilər sülaləsinin başçılığı altında İrak Krallığı təşkil olundu. 1922-ci ildə İrakla İngiltərə arasında bağlanan İttifan müqaviləsi İngiltərə imperializminin İrakda iqtisadi-hərbi-siyasi mövqeyini möhkəmlətdi. 1932-ci lidə mili azadlıq hərəkatının təzyiqi altında İrak Krallığının istiqlaliyyəti elan olunsa da, İngiltərənin əvvəlki mövqeyiyenə də saxlanılırdı. 1958-ci ildə İrakda antiimperialist inqilab baş verdi. Və kral hakimiyyətinə son qoyuldu. Az sonra İraqda Respublika quruluşu yaradıldı. 1958-ci ildən Bağdad şəhəri İrak Respublikasının paytaxtıdır  
İraqın etnik tərkibi mürəkkəb quruluşa malik deyil. Əhalisinin ümum sayı 26 milyon nəfərdən çoxdur. Paytaxtı Bağdad şəhəridir. Əhalinin 77%-ni ərəblər təşkil edir. Bunlardan 60 %-i şiə, 37 %-i sünnüdür. Kürdlər əhalinin 19 %-ni təşkil edir. Ölkənin mərkəzi vilayətlərində xeyli miqdarda kürd yaşayır. Kürdlər əsasən İraqın dağlıq ərazilərindəki beş qubernatorluqda məskunlaşmışlar. 11 mart 1974-cü ildə İrak Kürdüstanın muxtariyyatı elan edilmişdir. Erbil şəhəri kürdlərin paytaxtıdır. Farslar ölkənin mərkəzi və cənub rayonlarında, başlıca olaraq şəhərlərdə yaşayırdılar- 144 min nəfər.  Lurlar say etibarilə azlıq təşkil edirlər – 12 min nəfər, türkmənlər – 240 min nəfər. Öz saylarına görə kürdlərdən sonra ikinci mili azlıqdır. Burada yaşayan türklər Osmanlı İmperiyasının süqutundan sonra burada qalmış və başlıca olaraq Bəsrə, Bağdad və Mosul kimi iri şəhərlərdə yaşayırdılar. Burada yaşayan aysorlar 144 min nəfərdirlər. Dövlət dili ərəb dilidir. Dinləri islamdır.
İraq əhalisinin 75%dən çoxu kənd təsərrüfatında çalışır. Əsas əkinçilik bitkiləri dənli və  texniki bitkilərdir. Əsas əkinsilik bitkiləri dənli və texniki bitkilərdir. Yarımoturaq qəbilə təsərrüfatında qoyunçuluq, keçiçilik, az miqdarda iri buynuzlu heyvandarlıq yayılmışdır. Ailələrinə gəldikdə ailələri monoqamdır. Böyük patriarxal ailələrə az hallarda rast gəlinir. İctimai məişətdə islam ənənələri hökm sürür. İrak ərazisində Kərbəla və Nəcəf kimi şəhərlər yerləşir. Buraya hər il müxtəlif yerlərdən zəvvarlar gəlir. Bu yerlərdə dəfn olunmaq müsəlmanlar üçün şərəfli bir iş sayılır. İrakda Respublika quruluşu yaradıldıqdan sonra savadsızlığın ləğvi yolunda bir sıra addımlar atılmışdır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Top