1946-cı ildən müstəqil dövlətdir. Həmin ildən etibarən paytaxtı Əmman şəhəridir. Əhalisi 5,75 mln. nəfərdir. Əhalinin 90 %-i islamın sünnü məzhəbinə qulluq edir. Bu ərazi qədim mədəniyyət ocaqlarından biridir. E.ə. IY-III minillikdə bu ərazidə semit dilli tayfalar məskunlaşmışdılar. Bizim eranın II əsrində buranı Romalılar işğal etmişdilər. IY əsrdə İordaniya Bizans mperiyasfının, YII əsrdən sonra ərəb xilafətinin, XYI əsrdə isə Osmanlı imperiyasının tərkibinə qatılmışdı. 1921-ci ildə bu ərazidə trans İordaniya Əmirliyi yaranmışdı. 1922-ci ildə İngiltərə burada mandat idarəçiliyi hüququ qazandı. 1950-ci ildə ölkə rəsmi olaraq İordaniya Haşimilər Krallığı adını qəbul etdi. 1967-ci ildə II İsrail Ərəb müharibəsi dövründə 6 min kv. km-ə qədər böyük bir ərazi İsrailin nəzarəti altına keçdi. Ölkə əhalisinin 92%-i ərəblər, bunun xeyli hissəsini Fələstin qaçqınları təşkil edirdi. Milli azlıqlardan çərkəzlər, çeçenlər, ermənilər, yunanlar və türkmənlər yaşayırdılar.
İordaniya inkişaf etməkdə olan əkinçilik və maldarlıq ölkəsidir. Onun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhalinin 60 %-dən çoxu bu sahədə çalışır. Taxılçılıq, bağçılıq, tərəvəzçilik və başqa təsərrüfat sahələri var. Maldarlıq yarım köçəri və köçəri xarakter daşıyır. İordaniya yeganə ərəb ölkəsidir ki, xristianların bir hissəsi köçəri maldarlıqla məşğul olur. Fəllahlar, yəni oturaq kəndlilər kərpic, möhrə və baş evlərdə yaşayırlar. Köçəri əhali keçi qəzilindən toxunmuş qara çadırlarda yaşayırlar. Əsas qidaları süd məhsullarıdır. Nəqliyyat vasitəsi kimi at, dəvə, qatır və uzunqulaqdan istifadə edirlər. Onların süfrəsində xurma və çörəklə yanaşı pendir və qatıq mühüm yer tutur. İordaniyada ərəblərin geyimləri Suriya geyim tiplərini xatırladır. Lakin onlardan fərqli olaraq burada bütün kişilər başlarına xasa adlandırılan baş yaylığı bağlayır. Bu baş geyimi yerliyi ağ, üstündə qırmızı və ya qara damaları olan, kənarı saçaqlı geyimtipidir. Onun ucları qurşağa qədər uzanır. İordaniya ərəblərinin əksəriyyəti ərəb dilinin Suriya ləhcəsində danışan sünnü müsəlmanlardır. Bu din dövlət dini sayılır. Ruhanilər ölkənin ictimai və mədəni həyatında mühüm rol oynayırlar. İsa Peyğəmbərin qəbri yerləşən müqəddəq Qüds şəhəri də buradadır.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası