Kəşmir

Kəşmir

Kəşmir insanı valeh edən təbii gözəlliklərə malikdir. Burada hara getsən, özünü gül-çiçəyin içində hiss edəcəksən.Bu, Kəşmirin iqlimindən və təbiətindən irəli gəlir. Kəşmirdə turistləri cəlb edən yerlərdən biri Dal gölüdür. Bu göl üzən nəfis ev-gəmiləri ilə məşhurdur. Ev — gəmilərdə turistlərin istirahəti və 5-6 saat ərzində özünü gölün qoynunda azad hiss etməsi, mənən və ruhən dincəlməsi üçün bütün şərait yaradılıb. Dünyanın heç yerində turistlər özlərini Dal gölündə üzən ev-gəmilərdəki kimi rahat hiss edə bilmirlər.

Dünyanın ən gözəl, insanda qeyri-adi, heyrətamiz təəssüratlar doğuran yerlərindən biridir Kəşmir. Hələ orta əsrlərdə Kəşmirə səyahətə gələn insanlar onun gözəlliyi qarşısında baş əyərək, oradan heç cür ayrılmaq istəmirdilər. Təsadüfi deyil ki, XVII əsrdə Kəşmir vadisini ziyarət edən Böyük Türk -Moğol imperatoru Cahangir buranın gözəlliyi qarşısında heyrətə düşərək: “Yer üzünün cənnəti Kəşmirdir”,-demişdi.

Dağlar qoynunda yerləşən Kəşmirdə turistlərin gəzməsinə, əylənməsinə, özlərini təbiət qoynunda mənən və ruhən azad hiss etmələrinə imkan verən çoxlu sayda məkanlar var. Kəşmir, Sriniqar, Moğol bağları, Gülmarq, Pahalkam, Cammu, Ladax və digər yerlər ilin bütün fəsillərində turistlərə gəl-gəl deyir.

Kəşmirin tarixi də qədimdir. Hələ eramızdan min illər əvvəl bu ərazilər insanlar tərəfindən məskunlaşdırılmışdı. Qədim İpək yolunun üzərində yerləşməsi səbəbindən Kəşmir və ətraf ərazilər böyük ticarət mərkəzinə çevrilmişdi. Kəşmirin paytaxtı Sriniqar o dövrdə bölgənin ən böyük ticarət, elm və mədəniyyət mərkəzlərindən hesab edilirdi. Eramızın əvvəllərindən başlayaraq, Kəşmirdə buddizm geniş yayılmışdı. X-XI əsrlərdən başayaraq, isə Kəşmirdə İslam sürətlə yayılaraq ölkənin əsas dinlərindən birinə çevrildi. Hazırda Kəşmirin şimalında müsəlmanlar, cənubunda induislər, şərqində isə buddistlər çoxluq təşkil edirlər.

1846-1947-ci illərdə Kəşmir ingilislərin nəzarəti altında olan yarımmüstəqil dövlət kimi fəaliyyət göstərib. Ötən əsrdə Hindistanla Pakistan arasında baş verən bir neçə müharibədən sonra Kəşmir adıçəkilən ölkələr, həmçinin Çin arasında bölünüb. Hazırda Kəşmir ərazisinin 85 min 846 kvadratkilometri Pakistan, 101 min 338 kvadrat kilometri Hindistan, 37 min 555 kvadratkilometri isə Çin ərazisi hesab edilir. Azad Kəşmirin ərazisi isə 72 min 971 kvadratkilometrdir. Paytaxtı Müzəffərabad olan Azad Kəşmir Pakistanla sıx müttəfiqlik əlaqələrinə malikdir. Beynəlxalq aləm tərəfindən tanınmayan bu dövlətin öz hərbi qüvvələri də var.

Yeri gəlmişkən, onu da deyək ki, BMT 1948-ci ildə Kəşmirdə müstəqillik haqqında referendum keçirilməsi və Hindistan qoşunlarının oradan çıxarılması barədə qətnamə qəbul edib. Ancaq Hindistan bu günə kimi həmin qətnaməni yerinə yetirməyib.

Kəşmir üç dövlət arasında bölünərkən təbii baxımdan əlverişsiz, qeyri-məhsuldar torpaqları Pakistana, insanı öz gözəlliyi ilə valeh edən, onun ruhunu yerindən oynadan mənzərəli yerləri isə Hindistana düşüb. Kəşmirin turizm baxımından olduqca cəlbedici əraziləri Hindistanın tabeliyində olduğundan buraya, adətən, adıçəkilən dövlətin icazəsi ilə gəlmək mümkündür. Qeyd edək ki, Böyük Türk-Moğol hökmdarı Cahangirin yer üzünün cənnəti adlandırdığı ərazilər də Hindistan Kəşmirindədir. Hazırda Hindistan Kəşmirində rəsmi məlumatlara görə, 4, qeyri-rəsmi məlumatlara görə isə, 10 milyondan yuxarı müsəlman yaşayır.

Kəşmirdə əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olur. Burada ən çox düyü yetişdirilir. Bundan əlavə, Kəşmirdə buğda, qarğıdalı, arpa və digər dənli bitkilər də əkilir. Kəşmir insanın ağzını ləzzətə gətirən sulu armudu, alması, albalısı, şaftalısı ilə də məşhurdur. Kəşmirin yun, ipək parçaları, xalçaları bütün dünyada məşhurdur.
Kəşmir xalı 

Rəngarəng və ləzzətli mətbəx
Kəşmirin mətbəxi də olduqca zəngindir. Burada əhalinin ən sevimli yeməyi müxtəlif ədviyyatlardan istifadə edilməklə qaynadılmış kartofdan hazırlanan dum-aludur. Təbii ki, dum-alu hazırlanarkən kartofla yanaşı düyüdən də istifadə edilir. Müxtəlif ədviyyatlardan istifadə edilməsi nəticəsində qeyri-adi dada malik olan dum-alu turistlərin və bölgəyə gələn qonaqların ən çox bəyəndiyi yeməklərdəndir. Kəşmirlilər tərəfindən, adətən, daha çox bayram günlərində qoyun əti və tərəvəzdən hazırlanan vazvan adlı yemək də olduqca dadlıdır. Onu da deyək ki, vazvanın hazırlanması azı iki gün aparır. Belə ki, onun hazırlanmasında istifadə edilən ədviyyatların yeməyə xüsusi dad verməsi üçün bir neçə gün gözləmək lazım gəlir. Bundan əlavə, kəşmirlilər və buraya gələn qonaqlar milli yemək olan ruçma-quştabı (tomatdan, kəsmikdən və xüsusi ədviyyatlardan hazırlanır), roqan-coşu (qoyun ətindən və xüsusi ədviyyatlardan), tzamanı (bərk, yağlı və yağsız pendir) çox sevirlər.

Kəşmirin çayı da öz xoş ətri ilə insanı valeh edir. Kəşmirlilər çay kimi həm ənənəvi çaydan, həm də şaftalı və zəfərandan istifadə edirlər. Kəşmirdə çay xüsusi qaydada dəmlənir və üstü pambıq dəsmalla örtülür. Müəyyən müddətdən sonra dəsmalı dəmin üstündən götürəndə çayın xoş qoxusu onlarla metr ətrafa yayılaraq insanı valeh edir. Zəfərandan hazırlanan çaya gəlincə, kəşmirlilər onu, adətən, bayram günlərində içirlər. Zəfəran çayı da buraya gələn qonaqlar və turistlər tərəfindən rəğbətlə qarşılanır. Bəzən elə olur ki, turistlər zəfəran və şaftalı çayı içmək üçün uzun növbəyə dayanmalı olurlar. Bunun da səbəbi zəfəran və şaftalı çaylarının insana xüsusi gümrahlıq verməsi, bir andaca yorğunluğunu unutdurması və bir də onların valehedici ətrə və dada malik olmalarıdır.

Gəzməli və görməli yerlər
Kəşmir insanı valeh edən təbii gözəlliklərə malikdir. Burada hara getsən, özünü gül-çiçəyin içində hiss edəcəksən. Bu, Kəşmirin iqlimindən və təbiətindən irəli gəlir. Kəşmirdə turistləri cəlb edən yerlərdən biri Dal gölüdür. Bu göl üzən nəfis ev-gəmiləri ilə məşhurdur. Ev — gəmilərdə turistlərin istirahəti və 5-6 saat ərzində özünü gölün qoynunda azad hiss etməsi, mənən və ruhən dincəlməsi üçün bütün şərait yaradılıb. Dünyanın heç yerində turistlər özlərini Dal gölündə üzən ev-gəmilərdəki kimi rahat hiss edə bilmirlər. Ona görə də qış fəslini çıxmaq şərti ilə digər fəsillərdə Dal gölündəki üzən ev-gəmilərdə gəzmək və dincəlmək istəyənlərin sayı-hesabı olmur.

Kəşmirdəki Manasabl gölü də insanı özünə valeh edir. Gölün ətrafında bir neçə gün dincəlməklə insan bütün ilboyu özünü gümrah hiss edə bilir. Kəşmirdəki Moğol və Nişant bağları adlanan ərazilər də təbii gözəlliklərə malikdir və turistlər oranı həvəslə ziyarət edirlər.
Pahalkam vadisi də təbii gözəlliyi baxımından Kəşmirin ən gözəl yerlərindən hesab edilir.
Kəşmirdə qış turizmi inkişaf etdirilib. Qış turizminin mərkəzi isə Gülmaq və Sonamarqdır. Qışda burada turistlər özlərini çox rahat hiss edir və ürəkləri istəyən kimi dincələ bilirlər.
Kəşmirdə ekoturizm də geniş yayılıb. Ekoturizmin mərkəzi isə Qureks, Dudxapatri və Banqus vadiləridir. 
Dal golu 

Top