Çin

Çin

Paytaxtı Pekin şəhəridir. Böyük Çin düzənliyinin şimal hissəsində yerləşir. 3 tərəfdən dağlarla əhatə olunmuşdur. E.ə. V əsrdən Yan knyazlığının paytaxtı olub.
Çində 1949-cu ildə Xalq Respublikası elan edildikdən əvvəl 1912-ci ildə Sin sülaləsinin süqutundan sonra o burjua respublikası idi. ÇXR-sı Şərqi və Mərkəzi asiyada yerləşərək Tayvan və Xaynan adaları da daxil olmaqla geniş ərazini əhatə edir. Hazırda onun əhalisi say etibarilə dünyada I yeri tutmaqla 1,306 milyard nəfərdir. Dədim Çin etnik birliyi e.ə. VII –YI əsrlərdə yaranmış Sin və Xan imperiyaları dövründə qərb və cənub istiqamətlərdə aparılan müharibələr nəticəsində qədim Çin dövlətinin ərazisi xeyli genişlənmişdir. VI-X əsrlərdə Suy və Tan sülalələrinin hakimiyyəti dövründə bu cür işğalçı müharibələr daha geniş miqyas almışdı.XIII-XYII əsrlərdə Çində Min sülaləsi hakimiyyətdə olmuşdur. XYIII-XX əsrlərdə mancurların Sin sülaləsi hakimiyyətdə olmuşdur. 1911-ci ildə çində Mancur sülaləsinin hakimiyyətinə son qoyuldu və Çində burjua Respublikuası yarandı.
Çin çoxmillətli bir dövlətdir. Çində azlıqda qalan xalqlar cəmi 6,7 %- təşkil etsə də onlar Çinin 60%-dən çox ərazisinə yayılmışlar. Çinlilər bütün əhalinin 94%-ni təşkil edir. Başqa sözlə desək özlərini XAN JEN yəni xan insanları adlandırırlar. Onların sayı 1,306 milyard nəfərdir. Əhalinin 97% Çinin şərq əyalətlərnidə cəmlənmişdir. 28 milyona yaxın çinli dünyanın müxtəlif yerlərində, başlıca olaraq Asiyada məskunlaşmışdır. Taylandda 6 mln, Honqonqda 5,3 mln, İndoneziyada 5 mln, Malaziyada 4,9 mln, Sinqapurda 2 mln çinli yaşayır. Çin etnosu Xuanxe çayı hövzəsində formalaşdıqdan sonra o cənub-qərb və şimal əyalətlərinə yayıolaraq oradakı avtoxton əhalini tədricən öz içlərində əritmişlər. Çox geniş bir əraziyə yayılan Çin etnosunun ayrı-ayrı hissələri yerli əhali ilə qarışdıqdan sonra bir-birilərilə zəif iqtisadi siyasi əlaqə saxlamışlar. Odur ki, Çinin ayrı-ayrı hissələrində bir çox etnik qruplar vardır ki, onlar nəinki kəskin surətdə bir-birindən fərqlənən dialektdə danışır, hətta maddi və mənəvi mədəniyyət baxımından da bir-birindən fərqlənirlər. Çin dilinin şimal- cənub dialekti bir-birindən kəskin surətdə fərqlənir. Ümumi dövlət dili putunxua-quanxua dialektləri əsasında formalaşmışdır. Çində Çin-tibet dil ailəsində təxminən 48,8 mln, 1205 min nəfər, paratay dil ailəsində 37,4 mln, 2,213 min. Çində 8 mln-a yaxın avstroasiya dil ailəsinə mənsub xalqlar da yaşayırlar. Çində Altay dil ailəsi ilə təmsil olunan əhali 23,2 mln, 210 min nəfər yaşayır. Bura türk, tunqus-mansur və manqol qrupları daxildir. Türk qrupuna uyğurlar 6,2 mln, qazaxlar 1 mln, qırğızlar 115 min, salarlar 71 min, özbək 13 min, yuyqular 11 min və az sayda tatarlar daxildir. Çində 2milyondan artıq koreyalılar da məskunlaşmışlar.
Çinlilərin 80 %dən çoxu kənd təsərrüfatında çalışır. Tarla işləri I dərəcəlidir. Dənli bitkilərdən buğda, çəltik və texniki bitkilər, ipəkçili və çayçılıq mühüm yer tutur. Yardımçı sahələrdən balıqçılıq, tərəvəzçilik, paxlalı bitkilər əkinçiliyi də yayılmışdır. Maldarlıq və əkinçilik də qədim tarixə malikdir. Çinlilərin yeməyi əsasən bitki mənşəlidir. Düyü yeməklərinə üstünlük verilir. Çində qədim yerli dinlərdən daosizm və konfusiyaçılıq geniş yayılmışdır. Buddizm is əÇinə Hindistandan keçmişdir. Həmçinin çin əhalitsinin bir qismi xristianlıq və islama etiqad edirlər.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
Top