Pakistan urdu dilində pak-təmiz, stan-ölkə deməkdir. İdarəetmə forması Respublikadır. 1947-ci ildə Hindistanla Paukistan iki müstəqil dövlətə parçalandıqdan sonra Sind, Bəlucistan və şimal qərb sərhəd əyalətləri habelə Pəncab vilayətinin qərb hissəsi, Kəşmitrin qərb rayonları və şimalda bir sıra feodal knyazlıqları Pakistana verildi. 1971-ci ildə Pakistanın şərq əyaləti Banqladeş adı ilə müstəqil dövlətə çevrildi. Pakistanın sahəsi 804 min kv. km. Əhalisi 162,4 mln nəfərdir. Hind Avropa dil ailəsinin üzvü olan 4 xalq pəncablılar, sindxlar, puştunlar və bəluclar Pakistanın ümumi əhalisinin 97,5%-ni təşkil edir. Pəncablılar bütün əhalinin 65%-ni, sindxlar 14%-ni, puştunlar 16%-ni, qalanları bəluclar, braqunlar, quceratlar, kxo, racastxan və koxistanlılardır.
Pəncablıların etnik tərkibi yerli əhali ilə skiflərin, taciklərin, puştunların, ərəblərin qarışığından ibarətdir. Pəncablıların tərkibinə cat, racputa, qucar və s. etnik kamdaxil olmuşdur. Pəncablıların qərb qruppu olan laxnda pəncabi dilinin müstəqil dialekti sayılır. Pəncablıların ümumi sayı 98 mil. Nəfərdir. Sindxlər 12,5 mln n. eyni əyalətin demək olar ki, bütün mahallarda əhalinin böyük əksəriyyətini təşkil edir. Lakin sindxlər pəncablılar kimi bütöv etnik ərazi təşkil etmirlər. Onlar bəluclarla, braquilərlə qarışıq vəziyyətdə yaşayırlar. Puştunlar və ya patanlar əfqanlarla eyni mənşəyə malikdirlər. Sayları 14 mln nəfərdir. Bəlucistanın yerli əhalisi bəluclar və braquilərdir. Pakistanda bütün bəluclar 3 milyona, braquilərin sayı 700 minə yaxındır. Onların xeyli hissəsi patanlar kimi qəbilə təşkilatlarını saxlamışlar. Braquilərin xeyli hissəsi bəluclar və sindxlərlə qaynayıb qarışmışlar. Şimal qərb xalqlarının təsərrüfatı əsasən əkinçiliyə əsaslanır. Sind əyalətində buğa və çəltik, pambıq becərilir. Bəlucların əksəriyyəti və patanların xeyli hissəsi maldarlıqla məşğul olurlar. Onlar dəvə, at, və xırda buynuzlu heyvanlar saxlayırlar. Bu xalqların başlıca qida məhsulları ət və süd məhsullarıdır. Bütün müsəlmanlar və hinduslart qoyun, keçi və quş əti yesələr də onlar inək ətindən istifadə etmirlər. Patanların yaşayış evləri daşdan və palçıqdan tikilir. Dam örtüyü adətən yastı düzəldilir. Bəluclar, patanların 1 hissəsi, Pəncabın çat tayfaları yarım köçəri həyat tərzi keçirdiklərindən , adətən keçə alaçıqlarda və müvəqqəti komalarda yaşayırlar. Bu xalqların istifadə etdikləri qablar əsasən saxsı olurdu. Bu bölgənin geyimləri başqa vilayətlərdən xeyli dərəcədə fərqlənirlər. Yalnız sind vilayətinin cənubunda kuişilər dxoti, qadınlar sari geyirlər. Qalan əhali başlıca şalvar və köynək geyirlər. Kişi köynəkləri adətən qısa ətəkli, qadın köynəkləri isə uzun ətəkli tikilirdi. Bu əhali əsasən gön-dəri ayaqqabı geyinməklə fərqlənirlər. Müsəlman patan, bəluc və sindx kişiləri adətən enli şalvar , induslar isə dar şalvar və ya Avropa biçim üsulunda olan şalvarlar geyirlər.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Dini etiqadlarına görə patanların, bəlucların, braquilərin sindxlərin və pəncabların əksəriyyəti müsəlmandır. Ümumiyyətlə Pakistan əhalisinin 97 % müsəlmandır. Ona görə də dövlət dini də islam dinidir. Qalanları indust və xristiandır. Dövlət dili urdu dilidir. Paytaxtı Himalay dağlarının ətəyində yerləşən islamabad şəhəridir. 1960-70-ci illərdə ölkənin paytaxtı olmaq məqsədilə salınmışdır. Mənası islam şəhəri deməkdir.
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası