Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı

Adı Səudid sülaləsinin adından götürülmüşdür. Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasının 3-də 2 hissəsini, habelə Qırmızı dənizdə və iran körfəzində bir neçə adaları əhatə edir. Öz dövlət quruluşuna görə mütləq monarxiyadır. 1932-ci ildən rəsmən müstəqil dövlətdir. Əhalisinin sayı 26 mln nəfərdir. Əhalinin 90 % -ni ərəblər təşkil edir. Ölkə əhalisinin əksəriyyəti kəndlilərdir. Ərəbistanın qərbində Hicaz əyalətində ilk orta əsrlər dövründə Məkkə və Mədinə kimi iri ticarət mərkəzləri meydana çıxmışdır. Hicaz vilayəti müsəlmanların zehnində islam dininin beşiyi olaraq qalır. Odur ki, hər iki şəhər müqəddəs şəhər sayılır. XX əsrin əvvəllərində İngiltərə, Türkiyə arasındakı ziddiyyətlərdən istifadə edən mili azadlıq hərəkatının başçısı Əmir ibn Səid yeni bir vahabi dövləti yaratmışdır. Səudilər əsrin 20-ci illərində Yəmən müstəsna olmaqla bütün ərəblərin yarısını öz nəzarəti altına aldılar. Onlar güclü mərkəzləşdirmə siyasƏti yeridirdilər. 1932-ci ildə Ərəb Səudiyyə Krallığının yaranması elan olundu.

Hazırda ölkə əhalisinin yarıdan çoxunu bədəvilər, yəni köçəri kəndli maldarlar- təşkil edirdilər. Dövlət dili ərəb dilidir. Başqa ərəb ölkələrindən fərqli olaraq, buradakı ərəb dili klassik ərəb dili əsasında təşəkkül tapmışdır. Ona görə də ədəbi dillə danışıq dili arasında əsaslə fərq nəzərə çarpmır. Ərəbistan ərəbləri İbn-Əbdül Vahabın adını daşıyan vahabilik təriqətinə – Tövhid adlanan təkallahlığa etiqad edirdilər. Tövhidin ardıcılları özlərini müvəhhid adlandırırdılar. Bu təriqət ən çox Səudiyyə Ərəbistanında sünnülüyün xüsusi bir qolu kimi  XYIII əsrdə təsdiqini tapmış və Həcd vilayətində mili azadlıq hərəkatının əsas idialoqiyasına çevrilmişdir. Onlar allardan başqa heç bir müqədəsi, hətta peyğəmbəri də qəbul etmirdilər. Ərəblərin arasında Əl-Xasa vilayətində bir qədər şiələr Hicaz və Asir vilayətində isə sünnü təriqəti saxlanılır. İslam dininin müqədəs və qədim vətəni kimi hər il Məkkə və Mədinə şəhərlərinə bir mln-dan artıq zəvvarlar Həccə ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanının paytaxtı 1902-ci ildən Ər-Riad şəhəridir.
Ərəbistan zəif inkişaf etmiş əkinçilik və maldarlıq ölkəsi olsa da, neft kimi xammal istehsalı geniş yayılmışdır. Dövlət gəlirinin 85 %-ni neft istehsalı ilə bağlıdır. Hal-hazırda da ölkənin ixracatı neft və neft məhsulları ilə bağlıdır. Başlıca kənd təsərrüfatı bitkiləri xurma, buğda,ARPA, qarğıdalı və darıdır. Bədəvilər əsasən dəvəçiliklə məşğul olurdular. Köçəri bədəvilər yerə çalınmış ağac payalarının üstünə keçi dərilərindən toxunan qara çadır salınmış alaçıqlarda yaşayırlar. Köçərilərin geyimi topuğa qədər uzanan şalvarlardan, şalvarın balaqlarını tam örtən köynəkdən və arxalıqdan ibarətdir. Soyuq havada üst geyimi olan əba geyirlər. Oturaq əkinçilərin yaşayış evləri düzən çaylarda, palçıqdan, çiy kərpicdən və həsirdən, dağlıq ərazilərdə yonulmamış təbii daşdan tikilirdi. Burada patriarxal feodal qaydalar və dini ənənələr hələ də saxlanılırdı. Qonaqpərvərlik hər bir ərəb ailəsinin ən ilkin adət normasıdır. Ailə forması monoqamdır. Nisbətən poliqamiya da vardır. Əhali 100 % müsəlmandır. Şəhər əhalisinin maddi və mənəvi mədəniyyətində Avropa elementləri son dövrlərdə getdikcə üstünlük təşkil etməyə başlamışdır. Ölkədə dini ənənələr hələ də saxlanılmaqdadır. Məhəmməd Peyğəmbərin nəslindən olanlar ölkədə şərif adlandırılırlar. Bunlar habelə vahabilərin nəslindən olanlar böyük nüfuz sahibləridir. Sənətkarlara alçaq nəzərlərlə baxılır. Birinə sənətkar övladı dedikdə, bu təhqir kimi qəbul edilirdi.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı

Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

Top