Türkiyə

Türkiyə

Coğrafi mövqeyi Türkiyə respublikası Asiya və Avropa qitələrini bir-birinə birləşdirir. Bu ölkə Avropanın cənub-şərq və Asiyanın cənub-qərbində yerləşir. Türkiyə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Sahəsi 779,452 km2 olan Türkiyə ərazisinə görə dünyanın otuz beşinci ölkəsidir. Bu ölkə iki yarımadadan təşkil olunmuşdur. Anadolu yarımadası ölkənin 97%-ni təşkil edərək, Asiya qitəsində yerləşir. Tras yarımadası ölkənin Avropa hissəsində yerləşməklə onun 3%-ni təşkil edir. Bu iki yarımadalar Mərmər dənizinin vasitəsilə bir-birindən ayrılırlar. Türkiyə avropalı üç ( Bolqarıstan, Yunanıstan və Rusiya ) və asiyalı altı ölkə ( İran, Suriya, İraq, Gürcüstan, Ermənistan və Azərbaycan ( Naxçıvan muxtar respublikası)) ilə həmsərhəddir. Türkiyə dağlıq bir ölkədir. Bu ölkənin Asiya hissəsində orta hündürlüyü dəniz səviyyəsindən 1100 m olan dağlar silsiləsi yerləşir. Ən uca dağı Ağrı dağ , ən böyük gölü Van gölüdür. Sonuncu ərazi bölümünə əsaslanıb deyə bilərik ki, Türkiyə 84 vilayət, 830 şəhər və 3600 kəndə ayrılır. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. 1923-cü ildə Ankara şəhəri Türkiyənin paytaxtı seçildi. Hal-hazırda 4 milyondan çox əhalisi var. Türkiyənin böyük şəhərləri kimi İstambul, İzmir, Adana, Ərzurum, Quniyə və Antaliyanın adlarını çəkə bilərik. Osmanlı imperiyası dövründə paytaxt olan İstambul şəhərinin 10 milyondan artıq əhalisi var. Bu şəhər həm də Türkiyənin ən böyük liman şəhəri sayılır. Türk dili Türkiyədə yaşayanların rəsmi və ana dilidir. Bu dil dünyanın ən qədim dillərindən biri sayılır. Tarixi Mərkəzi Asiyada yaşayan türklərin hücumları orta şərq tarixində mühüm dəyişikliklərə səbə oldu. Miladın on birinci əsrində ilk dəfə olaraq türkdilli dəstələr Anadoluya (indiki Türkiyə) daxil oldular. Onların Anadoluya gəlməsindən sonra bu məntəqə bir çox enişli-yoxuşlu hadisələrin şahidi oldu. On üçüncü əsrdə Səlcuqi imperiyasının zəifləməsi ilə ilk Osmanlı istiqlaliyyətini elan etdi. Osmanlı imperiyasının möhkəmlənməsi və Avropaya hücum əsrinin başlanması ilə qərb orta əsrlər yuxusundan ayıldı. Onlar yalnız 16-cı əsrin axırlarında Avropanın daxilinə qədər nüfuz etmiş bu hücumların qarşısını ala bildilər. Qərbin imperiyaya olan tədrici təsirləri nəticəsində islahat dalğaları ətrafı bürüdü. Zaman keçdikcə Osmanlı imperiyasını rəhbərləri idarəetmə və təhsil sahələrində islahat aparmaq fikrinə düşdülər. Bununla da Osmanlı cəmiyyətində qərb mədəniyyətinə meyilli olan nəsl formalaşmağa başladı. Belə nəslin bariz nümunələrindən biri də Mustafa Kamal Atatürk idi. Osmanlı imperiyasının süqutundan sonra 1923-cü ilin 29 oktyabrında Mustafa Kamal Atatürk tərəfindən Türkiyə respublikası quruldu. Özü də onun ilk prezidenti oldu. O, geniş şəkildə islahatlara başladı. Türkiyə cəmiyyətində olan şərq və dini dəyərləri etibarsız edərək, qərb dəyərlərini onların yerinə hakim etdi. O, ömrünün axırına qədər yəni 1938-ci ilin noyabr ayına qədər hakimiyyət etdi. Din Türkiyə Respublikasında müxtəlif dini qurumlar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır .
Türkiyənin 99%-i müsəlmandır. Türkiyədə yaşayan müsəlmanlar bir neçə məzhəb və firqələrə bölünürlər. Bu firqələrin ən mühümləri aşğıdakılardır: 1.Hənəfilər: Türkiyədə mövcud olan əhli-sünnənin əksəriyyətini hənəfilər təşkil edir. 2.Şafeilər: Əhli-sünnənin bir qoludur. Bu firqənin Türkiyədəki ardıcıllarının əksəriyyəti kürdlərdir. 3.Əhli-sünnənin başqa firqələri 4.Ələvilər: Ələvilər Rafizi, Batini, Hurufi və Bektaşi adlı dörd dəstəyə bölünürlər. 5.Şiələr: Bunlar Cəfəri məzhəbinin ardıcıllarıdır. Türkiyədə bir milyona yaxın şiə yaşayır. Xristian sayılan protestant, katolik və qriqori erməniləri də Türkiyədə yaşayırlar. Türkiyəlilərin çox hissəsi Hənəfi məzhəbinin ardıcıllarıdır. Şafei məzhəbinin ardıcılları saylarına görə Türkiyədə ikinci yeri tuturlar. Osmanlılar dövründə ələvilər bir çox təzyiqlərə məruz qalmış və müxtəlif problemlərlə rastlaşmışdılar. Türkiyə respublika elan olunduqdan xüsusilə 1960-cı illərdən sonar ələvilər yavaş-yavaş əmin-amanlığa çıxdılar. Bu günlərdə Türkiyədə təqribən iyirmi milyon ələvi yaşayır. Şilərin çox hissəsi İranla həmsərhəd olan məntəqələrdə yaşayırlar. Onların əksəriyyəti İrandan Türkiyəyə köçmüş mühacirlərdir. Qars vilayəti şiələrin toplandığı ən mühüm məntəqələrdən biridir. Bu vilayətdə yaşayanların dili Azərbaycan dilinə daha yaxındır. Şiələr həmişə mövcud hakimiyyətlər xüsusilə Osmanlı hakimiyyəti tərəfindən təzyiqlərə məruz qalmışlar. Statistik göstəricilərə görə xristianlar bu ölkənin əhalisinin 2%-ni təşkil edirlər. Türkiyədə yaşayan xristianların əksəriyyəti ortodokslardır. Təhsil Quruluş illərində yığılan 12 milyonluq əhalinin coxu oxumaq və yazmaq bilmirdi. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonrakı orta təhsil sistemi 4 illikdir. Universitetə keçid Tələbə Seçmə Sınağı ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıqtəhsil sistemi də çox vaxt şagird tərəfindən istifadə olunmaqdadır. Türkiyədə 8 illik təhsil məcburidir. Bundan sonra 4 illik orta təhsil dövrü mövcuddur.
 
Qeydlər:
1.“ Türkiyə ilə həmsərhəd ölkələrin coğrafiyası ”, Doktor Məhəmməd Əxbari
 2.“ Türkiyə ”, Sabir Qasimi Səməndər Xankişiyev
Top