İsveçrə (Almanca: Schweiz, Fransızca: Suisse İtalyanca: Svizzera və Romanca: Svizra), rəsmi adıyla İsveçrə Konfederasiyası, Orta Avropada Alp Dağlarında və dənizə sahili olan bir ölkə. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya və şərqində Avstriya ilə Lixtenşteyn ilə qonşu olan və tarixi olaraq bir konfederasiya olan ölkə 1848-ci ildən bəri bir federasiyadır. Bankçılıq və maliyyə sektorlarında çox güclü bir iqtisadiyyata sahib olan İsveçrə uzun müddətdir siyasi və hərbi tərəfsizlik ənənəsinə malikdir. Bu səbəblərdən ötəri bir çox beynəlxalq təşkilatların məclisləri bu ölkədə kecirlir. Ölkənin rəsmi Latınca adı olan Confoederatio Helvetica, Helvetler Konfederasiyası mənasını verməkdədir. Dörd rəsmi dildən hər hansı birinə prioritet verməmək məqsədiylə Latınca istifadə edilməkdədir. Ölkə qısaltması olaraq (CH) istifadə edilməsinin səbəbi də budur. Fransızca (Confédération suisse), İtalyanca (Confederazione Svizzera) və Romanca(Confederaziun svizra) rəsmi adları "İsveçrə Konfederasiyası" olaraq çevrilərkən Almanca rəsmi ad olan Schweizerische Eidgenossenschaft "İsveçrə And Qardaşlığı" ya da "İsveçrə Müqavilə Ölkəsi" mənasını verər.
1291-ci ildə Uri, Schwyz və Unterwalden kantonlarının meydana gətirdiyi üç meşə kantonu nümayəndələri bir Federal Bəyannamə imzaladılar. Bəyannaməyə imza atan tərəflər, o zamanlar Müqəddəs Roma German İmperiyasında Avstriya Qraflıqını əlində tutan Habsburg xanədanının hökmünə qarşı çıxa bilmək üçün birləşməyi təklif edirdilər. 15 Noyabr 1315-ci ildə Morgarten Vuruşmasında Habsburg ordusunu məğlub oldu. İsveçrəlilər, Müqəddəs Roma German İmperiyası içində İsveçrə İmperiyasın Konfederasiyasının varlığını güvən altına aldılar. 1353-ci ildə gəlindiyində ilk birləşən üç kantona əlavə olaraq Glarus və Zug kantonlarıyla Lüzern, Zürih və Bern şəhər dövlətləri də birliyə qatılaraq 15. əsrə qədər varlığını davam etdirən (Zürih bir torpaq anlaşılmazlığı səbəbiylə 1440-cı ildə konfederasiyadan atılmışdır) və səkkiz əyalətdən ibarət olan "Köhnə Federasiyası" qurdular.1470-ci ildə Bourgogne Qraflıqı I. Charlesə qarşı qazandıqları zəfərlər və İsveçrə pullu əsgərlərinin müvəffəqiyyətləriylə federasiyanın həm gücü həm də zənginliyi artdı. İsveçrə kantonları sıralaması edilərkən ənənəvi olaraq, şəhər dövlətlərini ardınca qurucu kantonlar ilk səkkiz "Köhnə Kanton" olaraq qabaqda deyilir, 1481-ci ildən sonra federasiyaya qatılan digər kantonlar tarix sırasına görə düzülər. Müqəddəs Roma German İmperatoru I. Maximiliana qarşı İsveçrəlilərin 1499-cu ildə qazandığı zəfər nəticəsində, İsveçrə, Müqəddəs Roma German İmperiyasından ayrılıb de facto müstəqilliyini qazanmışdır... 1506-cı ildə II. Julius, indiki vaxtda hələ Vatikanı qoruyan İsveçrəli Gözətçiləri işə götürdü. Federasiyanın genişləməsi və ilk döyüşlərdə əldə edilən məğlub olmamaqla qazanılan məşhurluq. 1515-ci ildə Marignano Vuruşmasındakı İsveçrə uduzması ilə ilk dəfə dayandı. Bəzi kantonlarda Huldrych Zwinglinin İslahatının müvəffəqiyyətli olması 1529 və 1531 illərində kantonlararası döyüşlərin (Kappeler Kriege) çıxmasına səbəb oldu. Katolik və Protestant kantonlar arasında anlaşılmazlığın davam etməsi üzərinə 1656 və 1712 illərində Villmergen Vuruşmaları ilə qarşılıqlı şiddət davam etmişdir. 1648-ci ildə Westfalya Barış Andlaşması ilə Avropalı ölkələr İsveçrənin Müqəddəs Roma German İmperiyasından ayrılmasını və tərəfsizliyini tanıdı. 1798-ci ildə Fransız İnqilabı orduları İsveçrəni işğal edərək məcburi yeni bir konstitusiyanı tətbiq etdilər. Bu konstitusiya ilə ölkənin hökuməti mərkəziləşdirilir və kantonlar ortadan qaldırılırdı. Helvet Respublikası olaraq bilinən yeni dövlətin xalq arasında heç dəstəyi yox idi. Xarici işğal qüvvətləri tərəfindən məcburi qəbul etdirilən bu hökumət dini inanc azadlığı da daxil olmaq üzrə əsrlər tərəfindən sürən ənənələri yıxmışdı. Bu dövlət, İsveçrəni Fransanın bir peykindən başqa bir şey etməmişdi. Tez-tez ortaya çıxan qiyamlar, Fransız birliklərinin varlığı səbəbiylə müvəffəqiyyətə çata bilməmişdi. Sentyabr ayında Nidwalden üsyanının Fransızlar tərəfindən qanlı bir şəkildə yatırılması xalq tərəfindən pis qarşılanmışdır. Fransa ilə digər ölkələr arasında döyüş çıxdıqdan sonra İsveçrə, Avstriya və Rusiya kimi başqa qüvvətlər tərəfindən də işğal edilmişdi. İsveçrəlilər, mərkəzi hökuməti dəstəkləyən "Respublikaçılar" və kantonların avtonomluğunun təkrar verilməsini istəyən "Federalistler" arasında ikiyə bölünmüşdü. Napolyon Bonapart, hər iki tərəfin qabaqda gələn siyasətçilərini 1803-cü ildə Parisdə bir yerə gətirdi. Bu yığıncağın nəticəsində İsveçrənin avtonomluğunu böyük nisbətdə geri verən və 19. kantondan ibarət olan bir Konfederasiyası quran Vasitəçilik Qanunu çıxmışdır. 1815-ci ildə Viyana Konqresi ilə İsveçrənin müstəqilliyi və tərəfsizliyi bütün Avropa gücləri tərəfindən tanınmışdır. Bu tarixdə, Valais, Neuchatel və Cenevre kantonlarının federasiyaya qatılmasıyla birlikdə İsveçrə tarixdəki ən son genişləməyi reallaşdırmışdır. 1845-ci ildə katolik və protestant kantonlar arasında bir vətəndaş müharibəsi (Sonderbundskrieg) baş verdi. O zamanlar hökumətdə olan Radikal Partiyanın yaymağa çalışdığı daha unitar bir İsveçrə fikirindən xoşlanmayan katoliklər Sonderbund adını verdikləri xüsusi bir andlaşma ortaya çıxardılar. Radikalların da bu andlaşmağa qarşı çıxması üzərinə ortaya çıxan döyüş bir aydan az sürdü və təxminən yüz itki verildi. Kiçik qiyamları saymasaq bu vuruşma, İsveçrə torpaqlarında yaşanan son silahlı qarşıdurma idi. Vətəndaş müharibəsidən sonra İsveçrə referendum tətbiqinə keçdi və 1849-cu ildə federal konstitusiya qəbul edildi. Bu konstitusiya ilə mərkəzi nüfuz qurulur və kantonlar yerli mövzularda öz özlərini idarə edə bilirdilər. Əhali artımı, Sənaye İnqilabı və tək pul vahidi istifadə edilməsi səbəbiylə 1872-ci ildə bu konstitusiya əhəmiyyətli nisbətdə düzəldilmişdir. Bu konstitusiyayla müdafiə etmə, ticarət və qanuni mövzularda federal məsuliyyət də təşkil edilmişdi. İki palatalı İsveçrə parlamenti Federal Məclis, Federal Şuradan ayrı olaraq təməl iqtidar mərkəzindən ibarətdir. Federal Məclisi meydana gətirən Əyalətlər Şurası və Milli Şura qanun çıxarmaq da daxil olmaq üzrə hər baxımdan bərabər gücə malikdir. 1999-cu il konstitusiyasına görə, federasiyaya xüsusi olaraq nümayəndə edilməmiş bütün güclər kantonların əlindədir. Əyalətlər şurasının 46 üzvü (hər kantondan iki və yarım kantondan bir olmaq üzrə) bir başa hər kantonda seçilir. Milli Şuranın 200 üzvü isə nisbi təmsil əsaslarına söykənərək seçilər. Hər iki məclisə seçilənlərin vəzifə müddəti 4 ildir. Referendumlar yoluyla hər vətandaş federal hökumət tərəfindən qəbul edilmiş qanunların etibarlılığını sorğulaya bilər və federal konstitusiyaya düzəltmə edilməsini istəyə bilər. Bu haqqlar İsveçrəni doğrudan demokratiya tətbiq olunan bir ölkə olmasını göstərir. İcra etmə və dövlət başçılığı vəzifəsi yeddi üzvdən ibarət olan Federal Şurada toplanmışdır. Hər nə qədər konstitusiyaya görə Məclis Şura üzvlərini seçsə və nəzarət etsə də, qanunuma müddətini istiqamətləndirmə və federal qanunları tətbiq mövzusunda Federal Şura yavaş yavaş qabaqda gələn bir rola qovuşmuşdur. Xüsusi təmsil vəzifələrini icra etmək üzrə şurası meydana gətirən yeddi adam içindən bir adam bir illiyinə İsveçrə Konfederasiya Başçısı olaraq seçilər. 1959-cu ildən dekabr 2003-cü ilə qədər Federal Şurada İsveçrənin dörd əhəmiyyətli siyasi partiyası, federal məclisdəki təmsil nisbətlərinə görə ibarət olan "sehrli düstura" görə təmsil edilmişdir: 2 üzv Xristian Demokratlardan (CVP/PDC), 2 üzv İctimai Demokratlardan (SPS/PSS), 2 üzv Liberal Demokratlardan (FDP/PRD), və 1 üzv də İsveçrə Xalq Partiyasından (SVP/UDC). Şuradakı bu ənənəvi üzv dağılımı hər hansı bir qanun ilə təyin olunmamışdır və 2003 seçkilərindən sonra Xristian Demokratlar ikinci kürsülərini, o il məclis seçkilərində ən güclü partiya olaraq çıxan İsveçrə Xalq Partiyasına tutmuşdur. Federal Yüksək Məhkəmənin vəzifəsi kanton məhkəmələrindən gələn şikayətlərə və federal rəhbərliyin administrativ qərarlara baxmaqdır. Yüksək Məhkəmə hakimləri, altı illik vəzifə müddəti üçün Federal Məclis tərəfindən seçilir. 41.285 kvadrat kilometrlik sahəylə İsveçrə nisbətən kiçik bir ölkədir. 7,4 milyonluq əhaliyə sahib olan ölkədə əhali sıxlığı kvadrat kilometrə 182 nəfərdir. İsveçrədə üç əsas vilayət vardir : İsveçrə Alpları, İsveçrə platosu, və Jura Dağları. Alplar, ölkəni orta və cənubundan qət edən yüksək sıra dağlarıdır. İsveçrə Alplarının yüksək dorukları arasında (ən yüksək zirvəsi 4.634 metrlik Dufour Zirvəsidir) bəzilərində buzlaq olan saysız vadi yer alır. Buradan mənbəyini götürən Reyn, Rhône, Inn, Aare və Ticino kimi Avropanın başlıca çayları Cenevre Gölü, Sürix Gölü, Neuchatel Gölü və Konstanz Gölü kimi göllərə tökülür. Ölkənin daha sıx əhaliyə sahib olan şimal hissəsi daha düzənlik də olsa şimal-qərbdə olan daha kiçik Jura Dağları kimi dağlıq da ola bilər. İsveçrənin iqlimi ümumiyyətlə mülayim olsa da yüksək dağlardakı çətinlikli şərtlərdən İsveçrənin cənub ucundakı isti Aralıq dənizi iqliminə qədər bölgədən bölgəyə dəyişiklik göstərir. Yüksək dağlarla ayrılan bir çox vadinin varlığı səbəbiylə İsveçrənin ekosistemleri çox həssasdır və az qala hər vadidə özünə xas ekologiyalar meydana gəlmişdir. Dağlıq bölgələrdə də digər yüksəkliklərdə tapılmayan zəngin bir bitki örtüyü vardır. İsveçrədə ölkə miqyasında bir dövlət dini olmasa da Cenevre və Neuchatel kantonlarının xaricindəki bütün kantonlarda vergiləndirmə yoluyla Roman Katolik, Köhnə Katolik ya da İsveçrə İslahat Kilsələri dəstəkləniyər. İsveçrədə ən məşhur din 44 % ilə Roma Katolik Kilsəsidir. Ardından 38,5 % ilə protestantlıq gəlir. İmmiqrantlar ilə birlikdə 4,3% lik bir müsəlman əhali ilə 1,8% lik bir ortodoks əhali də yerləşmişdir. Fərqli dillərə sahib bir əhaliyə sahib olan İsveçrənin sabitlikli və bitərəf bir ölkə olması, bu ölkənin bir konsensus ya da ahəng dövləti olaraq təyin olunmasına gətirib çıxarmışdır. Tarixi olaraq ölkə katoliklər və protestantlar arasında təxminən bərabər olaraq dağılmışdır. Hətta Appenzell kimi bəzi kantonlar rəsmi olaraq katolik və protestant hissələrə ayrılmışdır və bir çox kəndin girişində üstün olan din, "bu kənd katolikdir və ya protestantdır" adlı plakatlar asılmışdır. Ancaq bəzi ümumi modellər də var. Böyük şəhərlərarasında paytaxt Bern, bankçılıq mərkəzi Sürix və Bazeldə protestantlıq daha uütün olsa da Lüzern kimi digər şəhərlər əksəriyyətlə katolikdir. Cenevrə ilk Kalvincilik mərkəzi olaraq tanınmışdır və dünyadakı fransızların əksəriyyətinin katolik olmasına baxmayaraq Fransız İsveçrəsinin əksəriyyəti protestantdır. Digər tərəfdən İsveçrənin quruluşunda olan Almanca danışılan Schwyz, Uri, və Unterwalden kantonlarıyla İtalyanca danışılan Ticino kantonu ümumiyyətlə katolikdir. İsveçrənin mədəniyyəti qonşuları tərəfində çox təsirləndisə də illər boyunca əhəmiyyətli regional fərqliliklər göstərən özünə xas bir mədəniyyət meydana gəlmişdir. Xüsusi olaraq Fransızca danışılan bölgələrə Fransaya, Almanca danışılan bölgələr Almaniyaya və İtalyanca danışılan bölgələr də İtaliyaya, ölkələrindəki digər bölgələrdən daha yaxındır. İsveçrədəki qüvvətli bölgəçilik səbəbiylə homogen bir İsveçrə mədəniyyətindən danışmaq mümkündür. Mədəni olaraq aktiv olan bir çox İsveçrəli, ölkələrindəki məhdud imkanlar səbəbiylə xaricə çıxmağı seçmişdir. Eyni zamanda İsveçrənin tərəfsizliyi və aşağı vergi nisbətləri də bütün dünyadan bir çox yaradıcı insanı bu ölkəyə çəkmişdir. Döyüş zamanlarında siyasi sığınma ənənəsi bir çox sənətçinin bu ölkəyə gəlməsində köməkçi olarkən indiki vaxtda bunu aşağı vergi nisbətləri təmin etməkdədir. İsveçrə homoseksualların həm dini, həm də dövlət nikahına icazə verilən ilk dövlətdir. İsveçrə hökuməti homoseksualların rəsmi nikahına 1 may 2009-cu ildə icazə vermişdi. Bunun ardınca, kilsə də homoseksualların yolunu açaraq, 22 oktyabr 2009-cu il tarixli qərarı ilə dövlətin qərarını dəstəkləmişdir. Müqəddəs Sinodun 250 üzvünün 70 faizi qərarın lehinə səs verib. Qərar 1 noyabr 2009-cu il tarixdən qüvvəyə minəcək. May ayında parlamentdəki müzakirələri təqdir edən Kilsə, qərar vermək hüququnu sinoda həvalə etmişdi. İsveçrədə kilsə dövlətdən 2000-ci ildə ayrılıb.İsveçrənin tarixi
Erkən dövr
1798. Fransız işğalı
1848 konstitusiyası
İsveçrənin siyasəto
İsveçrənin coğrafiyası
İsveçrə və din
Mədəniyyət