Zaman əslində hər kəs üçün sabitdir, başqa sözlə hər kəs üçün gündə 24, həftədə 168 saat var. Ancaq bənzər şərtlərdə yaşayan və işçilərin fərdi qabiliyyətlərdən də qaynaqlanan fərqliliklər var. Bu fərqi yaradan faktorlardan biri də zamanın necə istifadə edildiyidir. Zamanın idarə edilməsi zamanı ağıllı istifadə edərək daha məhsuldar nəticələr əldə edilməsini təmin edir.
Zaman idarə edilməsi üçün lazım olan ilk şey zamanın necə keçirildiyini təyin etməkdir. Hər kəsin həyatında sabit olan yuxu, yemək yemək, fərdi təmizlik və baxım, nəqliyyat kimi zəruri işlər üçün xərclənən zaman çıxarıldıqdan sonra qalan müddət üçün planlaşdırma edilə bilər. Plan qurarkən dürüst və həqiqi olmalı, vəzifələrin yanında ictimai fəaliyyətlər həyata keçirilməsi üçün də zaman ayırmalıdır.
Uzun və qısa müddətli hədəf və prioritetləri müəyyənləşdirmək, hədəflər üçün hərəkət planı hazırlamaq, bunları reallaşdırmaq üçün ediləcək işlərin siyahısını hazırlamaq, prioritetləri müəyyən etmək, yox deyə bilmək, eyni zaman bir neçə işi sıxışdırmaq lazımdır (məsələn işə ya da məktəbə gedərkən və ya bir şeylər gözləyərkən kitab oxumaq, yemək hazırlayarkən ya da duş qəbul edərkən əvvəldən yazılmış dərs qeydlərini kasetdən dinləmək kimi)
Televiziyaya baxmaq və ya alış-verişə vaxt sərf etmək, telefonda söhbət etmək ən əhəmiyyətli zaman itkilərindəndir. Xəbərsiz gələn ziyarətçilər və qəzalar (kompüterinizə virus düşməsi, elektrikin kəsilməsi, bitmiş tapşırıqların üzərinə çay tökülməsi, bir işi görmək üçün lazımi materialların hamısına sahib olunmadığının son anda fərq edilməsi kimi) xüsusilə müəyyən bir tarixdə bitmiş olması lazım olan işlərin planlaşdırılması əvvəldən hesaplanmazsa «Zaman idarəsi fəlakətləri » yarana bilər.
Uzunmüddətli işlərinizi bitirmək üçün vaxtı hesablayarkən son günləri, saatları və saniyələri qeydə alın. Lazımdırsa sizə zamanı xatırlatmaq üçün zəngli saat istifadə edin və bir iş üçün ayırdığınız zamanda həqiqətən o işi etməkdə olduğunuzdan əmin olun.
Sevinc Cahangirli