Gününüzü 25 saata çatdırmaq üçün zaman idarəetməsi

Gününüzü 25 saata çatdırmaq üçün zaman idarəetməsi

Həyatda uğur qazanmış,böyük işlərin öhdəsindən gəlmiş alimlərin, liderlərin, dahilərin də həftədə 168 saatı, gündə 24 saatı vardı. Bu kəslərin ortaq xüsusiyyəti, zamanlarını böyük bir ustalıqla idarə etmələri idi. Ədalətlə paylanan bu qaynağa hamımız bərabər müddətlərdə sahibik; ancaq fərqli şəkillərdə istifadə edirik. Kimimiz zamanını israf edərək başıboş keçirərkən, kimimiz isə məqsədyönlü çalışaraq zamanının hər anını faydalı bir şəkildə qiymətləndirir.


Zamanı Anlamaq

Maddə davamlı hərəkət və enerji halındadır. Bax bu hərəkət və enerji zaman anlayışını ortaya çıxarmaqdadır.

Hamımızın bəzi anlarda istifadə etdiyi iki cümlə qəlibi vardır: “Zaman nə tez keçdi” və “Zaman dayandı, sanki keçmir…” Bu ifadələr bizi zamanı necə qavradığımız barəsində şüurlanmağa aparmaqdadır. Eynşteyn, özündən nisbilik nəzəriyyəsini şərhi istəndiyində bu şərhi etmişdir: “Atəşin üstündə 1 dəqiqə 1 saat kimi keçərkən, gözəl bir qadının yanında 1 saat 1 dəqiqə kimi keçər.”

Eynşteynin zamanın nisbi olması ilə etdiyi bu şərh bizə zamanın şəxsə görə dəyişən subyektiv bir ölçüsü olduğunu da açıq bir şəkildə göstərməkdədir. O halda, zamanı daha əyləncəli və doyumlu yaşamaq üçün anımızdan zövq almağı bilməli, bunun üçün də etdiyimiz işləri sevməli, müsbət düşünmə vərdişini qazanmalıyıq.

Sevgiylə, maraqla, bilgiylə zamanı yaşamalıyıq; bu şəkildə keçən zaman bizə çətinlik vermədən ləzzətlə axar, hər dəqiqəsindən zövq alaraq hədəfimiz yolunda irəliləməyə davam edərik.

Zaman idarəetməsi nə deməkdir?

Zaman idarəetməsi görüləcək işlərin təşkil edilərək gün, ay və il olaraq planlanması və bir proqrama bağlanmasıdır. Zamanı öz mənfəətləri üçün idarə etməyi bilən bir adam psixolojik olaraq da rahatdır; çünki hər şey bir proqram daxilindədir, hər şey adamın nəzarəti və idarəsi altındadır.

Beləcə adam daha az narahatlıq və stress yaşayar, daha az səhv edər.

Zaman idarəetməsi üçün aşağıdakı anlayışları verə bilərik:

Zaman idarəetməsi həyatın ritmini tutmaqdır.

Zaman idarəetməsi anı qaçırmamaqdır.

Zaman idarəetməsi gələcəyə yön verməkdir

Zaman idarəetməsi keçmişi qiymətləndirməkdir.

Zaman idarəetməsi koordinasiya bacarığı qazanmaqdır.

Zaman idarəetməsi indiki anı gələcək üçün təşkil etməkdir.

Zaman idarəetməsi təxirə salma xəstəliyindən xilas olmaqdır.

Zaman idarəetməsi hədəflərin üçün proqram qurmaqdır.

Zaman idarəetməsi saatların, günlərin, ayların necə keçdiyi barəsində fikir sahibi olmaq, şüurlanmaqdır.

Zaman Necə İdarə olunar?

Zaman idarəetməsi hədəflərin təyin olunması, bu hədəflərə çatmaq üçün planların qurulması, planların proqrama bağlanması, alınan nəticələrin yoxlaması və qiymətləndirilməsi, nəticə nə olursa olsun qıvraq bir şəkildə hədəf üçün yeni planların hazırlanması müddətidir.

Effektiv bir zaman idarəetməsində müddət aşağıdakı kimi işləyər:

Hədəf: Zamanınızı effektiv bir şəkildə idarə etmək üçün prioritetli olaraq bir hədəfiniz olması lazımdır. Hədəflər ediləcək işlər deyil, ediləcək işlər hədəflərimizə çatmaq üçün lazım olan fəaliyyətlər zənciridir. Özünüzə həqiqi, çatıla bilən, ölçülə bilər bir hədəf qoyduqdan sonra bu hədəfə çatmaq üçün aylıq, həftəlik və gündəlik planlar etməlisiniz.

Plan: Təyin etdiyiniz hədəflərə çatmaq üçün görülməsi lazım olan işlərinizi aylıq, həftəlik və gündəlik olaraq təşkil etməli, bunda işlərin prioritetini göz qabağında saxlamalısınız. İşlərin hansının əvvəl edilməsi lazım olduğuna qərar verə bilmədiyiniz anlarda özünüzə bu sualı verin: “Bu işi bu gün edə bilməzsəm nə olar?” Nəticələr mənfidirsə o, əhəmiyyətli bir işdir. İşlərinizi belə bir sual filtrindən keçirdikdən sonra prioritet sırasına qoya bilərsiniz.

Proqram: Gün içində işlərinizi planladıqdan sonra, bunları hansı zaman dilimində edəcəyinizi də ifadə etməlisiniz. Dişləri fırçalamaq, yemək yemək, duş qəbul etmək kimi təkrarlanan fəaliyyətlərinizi ayrıca yazmanıza ehtiyac yoxdur; çünki bu həm sıxıcı həm də gərəksiz bir əməliyyatdır. Əhəmiyyətli işlərinizi qeyd edərək uyğun bir zaman diliminə yerləşdirməlisiniz. Prioritet sıralamanıza görə, ən əhəmiyyətli işlərinizi ən məhsuldar və enerjili olduğunuz zamanda tamamlamağa əhəmiyyət verməlisiniz.

Nəticə və Qıvraqlıq: Zaman idarəetməsində zamanı planlamaq qədər əhəmiyyətli olan nəticələri qiymətləndirmə və tənqid etmə şəklinizdir. Plan və proqram qurdunuz ancaq bəzi çatışmazlıqlar üzündən yüzdə yüz proqramınıza uymadınız, belə bir vəziyyətdə əhvalınızı pozmamalısınız əhəmiyyətli olan belə bir vəziyyəti görə bilməkdir əgər belə bir plan etməsəydiniz bəlkə də nəyin zamanınızı boşa sərf etdiyini görə bilməyəcəkdiniz. Bu səbəbdən nəticələri qıvraqlıqla qarşılayıb dərslər çıxarmalısınız.

Hesabat: Günün sonunda ümumi bir qiymətləndirmə edin, özünüzə zamanı məhsuldar istifadə edib- etmədiyinizə görə 0 ilə 10 arasında bir bal verin. Əgər içinizdən aşağı bir bal vermək gəlirsə, demək ki o günün haqqını tam vermədiniz. Bu vəziyyətdə nələrin zamanınızı oğurladığını özünüzə bildirin, belə bir iş görərək sonrakı planlarınız üçün faydalı nəticələr əldə edər, bir sonrakı səfərə planlarınızı daha ağıllı bir şəkildə hazırlamağı öyrənərsiniz.

Müəllif: Ərdəm Taşkınsu

Top