Zaman sağaltmır....

Zaman sağaltmır....

Bəzən insanlar deyirlər ki, zaman ağrıları, acıları sağaldır. Xeyr... Zaman sağaltmır... Sağaldır - spirlti içkilər və təsadüfi tanışlıqlar, sağaldır - kimləsə  keçirilən saniyələr. Sağaldır - uzun küçələr, arxasında yorğun gözlərin görünmədiyi böyük eynəklər və şəkillər...

Sağaldır - yay haqqında, yeni həyat haqqında  və ..... yatmadan öncə sənə yaxın, sənin üçün vacib olan bir insan haqqında olan arzular.
Sağaldır - yad insanların sənə olan heyranlıqları, dostlarının gülüşü, hansı ki, bu gülüşlərə gülüşlə qarşılıq verməmək qeyri mümkündür, ilk novruzgülü, hansı ki, qara sinə gərərək boy atır və sanki bizə demək istəyir ki, " əgər onlar qışa qalib gələ bildilərsə, deməli biz də qəlbimizdə olan soyuğa, şaxtaya qalib gələ bilərik....
Sağaldır - xoşbət anlar.... qəfil gözlənilməyən xoşbəxlik .... bizim həyatımızda, qəlbimizdə artıq uzun müddətdir olmayan biri...
Sağaldır - yeni Sevgi ... hər zamankı kimi qəfil gəlişi ilə.... özünün dəyişməzliyi, təravəti ilə və yenə də yaşamaq istəyirsən, xoşbəxt  baharı, uzun sakit axşamları yaşayaraq... sadəcə sükut ...
Sağaldır - çoxdan məhv olub getmiş, lakin yenidən həyata qaytarılmış xatirələr, harda ki, yalnız uşaqlıq sevincləri var ... adi bir möcüzəni gözləyən uşaqlıq...

Zaman isə... Zaman sağaltmır... O sadəcə ötüb keçir, sadəcə.... sadəcə,  heç bir şeyi dəyişməyərək...

 

Tərcümə: Rzayeva Nailə

Top