Burada və İndi...

Burada və İndi...

Təsəvvürünə gətir ki, bir bank var və bu bank hər gün sənin hesabına 86400 manat pul köçürür. Lakin bu bank günün axırına qalan qalığı saxlamır. Belə ki, hər gecə bank sənin istifadə etmədiyin pulun qalığını sıfırlayır.
Bu zaman sən nə edərsən? Əlbəttə ki, sən hər gün pulu son qalığına qədər götürüb xərcləyəcəksən ki, qalan pulun sıfırlanmasın.
Unutmayın, bizim hər birimizin bu bankda hesabı var. Onun adı Zamandır.
Hər səhər bu bank sənə 86400 saniyə vaxt ayırır. Hər gecə bu məlumatları silir və baxır, sən bu investisiyanı hansı məqsədlər üçün istifadə etmisən.
Bu bank pulu saxlamır və onu digər hesablara köçürməyə də icazə vermir. Hər gün yeni hesab açılır və hər gecə də hesabın sıfırlanır. Əgər sən bu hesabdan lazımınca istifadə edə bilmirsənsə onda günahkar yalnız özünsən.
zamanBiz keçmişə qayıda bilmərik və yaxud gələcəyə kredit ala bilmərik. Sən bu gün sənə verilən gerçəklə yaşamalısan. Deməli həmin gün elə investisiya etməlisən ki, həm böyük sağlamlığa, həm xoşbəxtliyə, həm də uğura nail ola biləsən. Saatın əqrəbi daim olanları qeydə alır. Gün ərzində maksimuma nail olmağa çalış.

- İli layiqincə qiymətləndirməyi 1 təhsil ilini itirmiş tələbədən öyrən...

- Ayın dəyərini bilmək istəyirsənsə bu barədə erkən doğum yapmış anadan soruş...

- Həftənin dəyərini bilməyi həftəlik jurnal redaktə edən redaktordan soruş...

- Saatın dəyərini görüş saatını gözləyən sevgililərdən öyrən...

- Dəqiqənin dəyərini qatara gecikən adamdan öyrən...

- Saniyənin dəyərini elə indicə qəzadan xilas olmuş insandan soruş...

- Minlərlə saniyəni layiqincə qiymətləndirməyi isə Olimpiya oyunlarında qalib gəlmiş atletdən öyrən...

Yaşadığın hər anı layiqincə dəyərləndir və ona bütün dəyərli vaxtını həsr edə biləcəyin insanla xüsusi diqqət ayır.

VƏ UNUTMA ZAMAN HEÇ KİMİ GÖZLƏMİR...


Tərcümə: Rzayeva Nailə

Top