Ramazan ayında oruc tutanların ən çox çətinlik çəkdiyi məqam şübhəsiz ki, susuzluqdur. Orucu açdıqdan sonra çoxları gün ərzində hiss etdiyi sususzluğu hazır meyvə suları ilə yatızdırmağa çalışır. Lakin tərkibinə kimyəvi maddələrin əlavə edildiyi meyvə suları və qazlı içkilər susuzluğu sakitləşdirmir, əksinə yanığını bir qədər də artırır.
Türkiyəli dietoloqlar sahurda və iftarda təbii şəkildə hazırlanan içkilərdən istifadə etməyi məsləhət görüb. Xüsusilə jenşen çayı, kəklikotu çayı, hindqozu suyu uzun müddət ac qalan orqanizm üçün faydalıdır.
Keçibuynuzu bəhməzi
Keçibuynuzu bəhməzi su içmək istəyini doğuran mədə yanğısı və mədə oksidləşməsinin qarşısını alır.
Jenşen çayı
Jenşen çayında da orqanizmdə su tutumunu təmin edən komponentlər mövcuddur.
Hindqozu Suyu
Hindqozu suyunun tərkibində bir çox elektrolit elementlər var. Xüsusilə yüksək natrium orqanizmin su itkisini qarşısını alır.
Qaysı çayı
Ramazan ayında susuzluğa yaxşı təsir edən içkilərədn biri də qaysı çayıdır.
Kəklikotu çayı
Kəklikotu çayı da jenşen çayı ilə eyni xassələrə malikdir və eyni təsiri göstərir.