Ramazan ayında idman etmək olarmı?

Ramazan ayında idman etmək olarmı?

İdman etmək sağlamlıq üçün əsas şərtlərdən biridir. Hazırda Ramazan günlərini yaşayırıq. Maraqlıdır, Ramazan boyunca idman edərkən nələrə diqqət etmək lazımdır?

Bədənimizi fiziki baxımdan qaydasında saxlayan idman hərəkətlərini doğru yerinə yetirdikdə istədiyimiz nəticəni verə bilir. Beləliklə idmanla ideal vücuda sahib ola bilərik. Ramazan boyunca isə idman edərkən bəzi qaydalara əməl etmək lazımdır.

 Elə mütəxəssislər də qeyd edirlər ki, oruclu halda idman edərkən diqqətli olmaq lazımdır. Xüsusən də son illərdə Ramazan isti yay günlərinə təsadüf etdiyindən bədən daha çox susuz qalır. Bu ərəfədə qaydalara uyğun olmayan şəkildə idmanla məşğul olmaq bəzi xəstəliklərə yol aça bilir.



 Mütəxəssislər tövsiyə edir ki, oruclu halda günün ən isti vaxtlarında idmanla məşğul olmaz əvəzinə onu iftardan sonraya, havanın sərin olduğu zamanlara saxlamaq lazımdır. Həmçinin Ramazan ayında həddən artıq insanı yoran hərəkətlərdən uzaq olmaq lazımdır. Belə ki, aşırı idman hərəkətləri gözlənilmədən ürək tutmasına, iflicə və sairə ciddi xəstəliklərə səbəb ola bilər.

Əsas tövsiyələrdən biri budur ki, səhər imsakdan sonra 1-2 saat yüngül şəkildə yürüş edilsin. İftarda həddən artıq yağlı və ağır yeməklər əvəzinə vitaminlərlə zəngin yeməklər qəbul etmək lazımdır. Bu iftardan sonra idmanla məşğul olan zaman insana güc, enerji verir. Həmçinin Ramazan ayı ərəfəsində ilk olaraq idmana başlamaq istəyənlərə tövsiyə edilir ki, bu planlarını Ramazan ayından sonrakı günlərə saxlasınlar. Çünki bədən alışmadığı hərəkətlərdən yorula, stressə girə bilər.

Mütəxəssislər bu günlərdə yoqa kimi təlimlərlə məşğul olmağın daha uyğun olduğunu qeyd edirlər.

musavat.com
Top