Oruc tutması ona vacib olmayan şəxslər

Oruc tutması ona vacib olmayan şəxslər

Məsələ 1734: Qocalığına görə oruc tuta bilməyən və ya oruc tutmaq ona əziyyətli olan şəxsə oruc tutmaq vacib deyildir. Amma ikinci halda gərək fəqirə hər gün üçün bir müdd təam (buğda ya arpa ya çörək və ya bu kimi şeylər) versin.
Məsələ 1735: Qocalığa görə oruc tutmayan şəxs, əgər Ramazan ayından sonra oruc tuta bilsə, müstəhəbb ehtiyat odur ki, tutmadığı orucların qəzasını yerinə yetirsin.
Məsələ 1736: Əgər insanda susuzluq xəstəliyi olsa və bu susuzluğa dözə bilməsə ya ondan ötrü çətin olsa, oruc ona vacib deyildir. Amma ikinci surətdə gərək hər gün üçün yoxsula bir müdd təam versin və müstəhəbb ehtiyat odur ki, məcbur olduğu miqdardan artıq su içməsin və belə ki, sonradan oruc tuta bilsə, müstəhəbb ehtiyata əsasən, tutmadığı orucların qəzasını tutsun.
Məsələ 1737: Doğmaq vaxtı yaxınlaşan qadının özünə ya həmlinə oruc zərər yetirsə, oruc ona vacib deyildir, gərək hər gün üçün fəqirə bir müdd təam versin və gərək hər iki halda tutmadığı orucların qəzasını tutsun.
Məsələ 1738: Uşağa süd verən qadının, istər uşağın anası olsun, istər dayəsi və istərsə ücrətsiz süd versin, südü az olub, oruc tutması özünə və ya əmizdirdiyi uşağa zərər verərsə, oruc tutmaq ona vacib deyildir. Hər gün üçün bir müdd təam fəqirə verməlidir. Hər iki halda tutmadığı orucları vacib ehtiyata əsasən gərək qəza etsin. Amma ehtiyat vacibə əsasən bu hökm, ancaq bu yol ilə uşağa süd verməyə aiddir, amma uşağa başqa yol ilə süd vermək mümkündürsə, məsələn; uşağa süd verməkdə bir neçə qadın iştirak etsə, bu hökm işkallıdır.
 
AYIN ƏVVƏLİNİN SABİT OLMA YOLU
Məsələ 1739: Ayın əvvəli dörd şeylə sübut olunur:
  1. İnsan özü Ayı görsün.
  2. Sözlərindən yəqinlik və ya xatircəmlik hasil edilən bir qrup şəxsin «ayı gördük» deməsi ilə və ya hər hansı bir şeylə insana yəqin ya da xatircəmlik hasil olması ilə;
  3. İkinci adil kişinin, — gecə Ayı gördük, — demələri ilə; Amma ayın vəziyyətinin bir-birinin tərsinə izah edərlərsə, ayın ilk günü sübut edilmiş olmaz. Yenə əgər onların şəhadəti ziddinə iki adil şəxs şahidlik edər və ya onların şəhadəti zidd şahidlik hökmündə olan bir maneə ilə qarşılaşarsa, ayın ilk günü sübut olunmaz. Məsələn; əgər şəhər əhalisinin çox hissəsi Ayı görmək üçün baxdıqları halda iki adil kişidən başqa heç bir kimsə Ayı gördüyünü iddia etməzsə və ya tünlük bir dəstə Ayı görmək üçün baxdıqları halda onların arasından yalnız iki adil şəxs Ayı gördüyünü iddia edərsə, belə ki, Ayın yerini bilmək və kəskin görmə və digər xüsusiyyətlərdə birinci iki adil şəxs kimi olan iki ayrı adil şəxs onların arasında olarsa, bu halda ayın əvvəli iki nəfər adil şəxsin şəhadəti ilə sübut olunmaz. Belə yerlərdə ayın ilk günü iki adil şəxsin şəhadəti ilə sübut olunmaz.
  4. Şəban ayının əvvəlindən otuz gün keçməsi; bunun vasitəsilə Ramazan ayının əvvəli sübut edilmiş olur və Ramazan ayının əvvəlindən otuz gün keçməsi ilə də Şəvval ayının əvvəli sübut edilmiş olur.
Məsələ 1740: Şəri-hakimin hökm etməsi ilə ayın əvvəli sübut edilməz. Bu halda ehtiyata riayət etmək daha övladır.
Məsələ 1741: Ayın əvvəli münəccimlərin deməyi ilə sübut olmur, amma əgər insan onların dediklərindən yəqinlik hasil edərsə yaxud əmin olarsa, gərək onların sözünə əməl etsin.
Məsələ 1742: Ayın yüksək olması və ya gec batması, qabaqkı gecənin ayın ilk gecəsi olmağına dəlil deyil. Yenə əgər ayın kənarında şəfəqin olması ayın qabaqkı gecəyə aid olmasına dəlil deyildir.
Məsələ 1743: Əgər Ramazan ayının, onun üçün sübut olmadığından oruc tutmayan şəxs, sonradan qabaqkı gecənin ayın əvvəli olduğunu anlayarsa, o günün orucunu qəza etməlidir.
Məsələ 1744: Əgər bir şəhərdə ayın əvvəli sübut edilsə, bu, üfüqü həmin şəhərlə eyni olan digər şəhərlərə də aid olar. Burada üfüqün bitişməyindən məqsəd odur ki, əgər birinci şəhərdə ay görünsə, ikinci şəhərdə də bulud kimi maneə olmasa, görünəcəkdir.
Məsələ 1745: Ayın əvvəli teleqrafla sübut olmaz. Əgər şəxs bilsə ki, teleqraf iki ədalətli şəxsin şəhadəti əsasındadır və yaxud şəriətdə mötəbər sayılan digər bir yol ilə olsa, bunun eybi yoxdur.
Məsələ 1746: Ramazanın axırı ya Şəvvalın əvvəl günü olduğunu bilməyən şəxs gərək oruc tutsun. Amma əgər gün ərzində Şəvvalın əvvəl günü olduğunu anlayarsa, iftar etməlidir.
Məsələ 1747: Əgər həbs olunan şəxs, Ramazan ayı olmasını yəqin edə bilməsə, gərək gümanına əməl etsin. Amma əgər daha güclü güman tapa bilsə, zəif gümana əməl edə bilməz. Əgər öz gümanına əməl etməsi mümkün deyilsə, Ramazan ayı olduğunu ehtimal verdiyi bir ayı oruc tutmalıdır. Amma o ayı müəyyən etməlidir və əgər sonradan o ayın Ramazan ayı və ya ondan sonra olduğu məlum olarsa, ona bir şey vacib olmaz. Amma əgər Ramazan ayından qabaq olduğu məlum olarsa, qəza etməsi lazımdır.
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
Top