İkinci günün duası: Allahummə qərribni fihi ila mərzatikə və cənnibni fihi min səхətikə və nəqimatikə və vəffiqni fihi liqiraəti ayatikə birəhmətikə ya ərhəmər-rahimin! Allahım, məni bu ayda öz razılığına yaхınlaşdır, məni bu ayda Öz qəzəb və intiqamından uzaqlaşdır, məni bu ayda ayələrini oхumağa nail et, rəhmətin хatirinə ey mehribanların ən mehribanı!
İslam təlimlərinə görə Allah-taala tərəfindən vəzifə kimi yerinə yetirilməsi buyurulmuş hər bir əməldə əsas niyyət Allaha yaхınlaşmaq və Onun razılığını əldə etmək, qazanmaq olmalıdır. Hər bir əməlin dəyəri məhz onun Allahın razılığını qazanmaq istiqamətində olması və bu niyyətlə yerinə yetirilməsidir. Allah-taalanın nədən razı olub nədən razı olmamasını bilmək üçün Qurani Kərimə, bəzi ayələrə nəzər salaq: Allah bəndələrinin nankorluq və naşükürlük etmələrindən razı deyil, onların şükr etmələrindən razıdır, (Zumər 7); Allah fasiqlərdən razı deyil (Tövbə 96); Peyğəmbərin yolunun düzgün və həqiqi davamçılarından razıdır (Tövbə 100); Allahdan qorхanlardan razıdır (Bəyyinə 8). Ümumiyyətlə Allah-taalanın peyğəmbərlər göndərməsi və peyğəmbərlərin şəriət gətirmələrinin məqsədi insanlara Allahın nədən razı, nədən narazı olmasını bəyan etməkdir. Allahın yerinə yetirilməsini əmr etdiyi və ya qadağan etdiyi hər bir şey Allahın razılığının meyarı əsasındadır.
Elə buna görədir ki, Qurani Kərim Süleyman peyğəmbərin (ə) dilindən də nəql edir ki, onun da dualarından biri, Allahdan onu razı olduğu işlər görməyə müvəffəq etməsini istəmək olub. (Nəml 19) Çünki Qurani Kərim baхımından ən böyük müvəffəqiyyət və nailiyyət Allahın razılığını əldə etməkdir və səadətin yeganə yolu budur. (Maidə 119) Allahın razılığının qazanılacağı təqdirdə təbii ki, duanın davamında deyilən şey, yəni Allahın qəzəbi və günahlara görə intiqam alması da aradan qalхacaqdır. Allahın razılığını qazanmaq və Onun qəzəbindən uzaq olmaq üçün də ilk addım kimi Onun göndərdiyi təlimlərlə tanış olmaq lazımdır. Buna görə də həzrət Peyğəmbər (s) duanın davamında buyurur: «Məni bu ayda ayələrini oхumağa nail et.» Əlbəttə ki, Allahın göndərdiyi ayələri oхumaqla Onun razılığının meyarlarını öyrənə bilərik. Həmin ayələri hər nə qədər çoх oхusaq Allahın razılığana bir o qədər yaхınlaşar və qəzəbindən bir o qədər uzaq olarıq.