Aləmlərin Rəbbi olan Allaha həmd olsun və Allahın salavatı və salamı Qiyamət gününədək Onun yolunu gedənlərin üzərinə olsun.
Bu ay gecə namazı qılmaq və Quran oxumaq ayıdır, bağışlanma zamanıdır, sədəqə və ehsan mövsümüdür. Bu ayda xeyirlər ard-arda gəlir və bərəkət hər yeri bürüyür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Sizə Ramazan gəldi. O mübarək bir aydır. Allah bu ayda sizə oruc tutmağı fərz etdi. Bu ayda səma qapıları açılır, Cəhənnəm qapıları isə bağlanır və azğın şeytanlar isə zəncirlə bağlanır. Bu ayda min aydan daha xeyirli bir gecə vardır. Həqiqi məhrum olanlar da bu gecənin xeyrindən məhrum olanlardır.” (Nəsai) Ayların ən şərəflisini və Allah qatında ən dəyərlisini Uca Allah, ibadət və itaət növləri ilə yarışdığı bir meydan etmişdir. Ramazan ayı nəfislərin təmizlənməsi, qardaşlıq bağlarını bir-birindən qopardan kin-küdurətdən uzaqlaşmaq üçün bir fürsətdir. Günahlarla Ramazanı qarşılayan, ata-anasına pislik edən, onlarla kobud davranan, qohumları ilə əlaqəni kəsən, qardaşından küsən, danışanda qeybət edən insan Ramazandan necə faydalana bilər?! Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Pis sözləri və pis əməlləri tərk etməyənin yeməyi və içməyi tərk etməsinə Allahən ehtiyacı yoxdur.” (Buxari) Orucun ən yüngül tərəfi yemək və içməyi tərk etməkdir. Keçmiş alimlər oruc tutduqlarında məscidlərdə otururdular, bunun səbəbini soruşanda belə deyirlər: “Orucumuzu qoruyuruq”. Bu ayda Rəblərinə ibadətdə ciddi olanlar məscidlərə möhkəm sarılar, camaatla birlikdə gecə və gündüz namazları qılar, qonşularına, qohumlarına, ehtiyacı olanlara imkanları daxilində yardım edər, iftar verərdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Bir orucluya iftar verən oruc tutmuş kimi savab qazanır.” (Tirmizi) Bu ayda müsəlmanlar məscidlərdə etiqafa girirlər. Etiqaf Ramazanın son 10 günündə daha fəzilətlidir. Həmçinin bu ayda Umrə edirlər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Ramazanda edilən umrə Həccə bərabərdir.” Başqa bir rəvayətdə: “mənimlə Həcc etməyə bərabərdir.” Həmçinin, zikri və duanı da çoxaldırlar, xüsusi ilə də iftar vaxtı dua daha fəzilətlidir. Çünki bu vaxt oruc tutanın etdiyi dua geri çevrilməyən dualardandır. Həmçinin, gecənin üçdə birində Uca Allah dünya səmasına enərək qullarına belə buyurur: “Kim mənə dua etsə duasını qəbul edərəm, kim məndən isdəsə ona verərəm.”
Bu ayda Allahın rəhmətini qazanmaq üçün çalışan insanlarla yanaşı bu ayı günah və asiliklə keçirən kimsələr də vardır. Gözləri, qulaqları haramsız qalmaz. Ramazan ayını da ancaq aclıq ayı zənn edib vaxtlarını televiziyada gedən lazımsız verilişlərin qarşısında keçirən, vaxt keçirmək məqsədilə bazarlarda, gəzintilərdə dolaşan kimsələri Allah islah etsin. Bu insanlar zamanın qiymətini, Ramazanın şərəfini bilməzlər, nəfslərinə narahatlıq, ruhlarına soyuqluq, solğunluq gətirərlər. Bilməzlər ki, ibadətdən başqa bir şeydə ləzzət yoxdur. Haramla faydalanan hər bir şey sonda peşmançılığa yol açar. Haram tikələr ilk anda sıxıntıları aparır kimi görünür, amma sonra çox qapılar bağlanır. Uca Allah buyurur: Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik». (Taha, 124) Tövbənin qəbul edilməsinin əlamətlərindən biri də insanın keçmiş günahlarına ağlamasıdır, günaha düşməkdən qorxması, pis insanları tərk etməsi, yaxşı insanlarla birlikdə olmasıdır. Bu ayda Allahın əffini istəyərək tövbə edən, xətalara görə peşmançılıq duyan və günahlarının bağışlanmasını diləyən bir çox insanlar vardır. Və sən də onlardan biri olmağa çalış. Ey müsəlman qadın! Bu mübarək ayda işıq qaynağı, hidayət çırağı ol. Səni mənəvi gözəlləşdirən əməlləri qoru, səni rəzilliyə aparan əməllərdən çəkin. İslamın sənə verdiyi üstünlüklərlə qürur duy və şərəfinlə öyün. İffətini qoru, hicabın sənə iftixar olaraq yetər. Pis düşüncəli insanlara qulaq asma. Baş örtüsünü kənara atmağa və ya qadın haqları adı altında qadın azadlığı adıyla donquldanan facir və kafir qadınların sözlərinə qulaq asma. Ya özlərində olmayan bir şeyi başqalarında görmək istəmirlər, sənin saflığına, təmizliyinə paxıllıq edirlər, sənin də korlanmağını istəyirlər, ya da bu onların xoş qeyrətliyindən irəli gəlir. Müsəlman bacım! Bu dəyərli günlərdə kişilərin azması üçün, zəifləməsi üçün şeytanın alətinə çevrilmə, hicabını çəkici və cazibədar şəkildə geyinmə. Bil ki, hicabda məqsəd qadının gözəlliyini və cazibədarlığını başqalarından gizlətməkdir. Bu dəyərli günlərdə pis yoldaşlardan uzaqlaş, qadın üçün ən xeyirli yer evidir. Allahın ən xoşlanmadığı yer bazarlardır. Allah insanı əzabla yaxalayanda çox çətin olacaq. Qadının hicabını qaldırmağı onu zəlil edər. Dinimizin gözəlliyi ilə gözəlləş. Ömür qısadı, yol uzundu, dirildikdən sonra Allah qarşısında durmaq isə çox çətindi. Uca Allah buyurur: “Allah Quranı Ramazan ayında endirmişdir. Bu insanlara doğru yol göstərən, haqqı batildən ayırd edən, açıq-aydın dəlillərlə dolu olan bir kitabdır. Sizlərdən kim bu aya çatsa oruc tutsun. Xəstə və ya səfərdə olub tutmadıqları günlərin yerinə başqa günləri oruc tutsunlar. Allah sizin üçün çətinlik deyil asanlıq istəyir. O istəyir ki, siz buraxdığınız günlərin orucunu tamamlayasınız. Və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız ki, hətta Ona şükr edəsiniz.” (əl-Bəqərə, 185) Allah mənə və sizlərə uca Quranı həyatımızda tətbiq etməyə müvəffəq etsin. İnsanlara etdiyi yaxşılıqlara görə Ona həmd olsun, insana xeyir işləri asanlaşdırdığına və ona nemətlər bəxş etdiyinə gərə Allaha şükürlər olsun.
Müsəlman bacı və qardaşlar! Allahdan haqqı ilə qorxun, çünki təqva yaxşıların azuqəsi, xeyirli insanların sərmayəsidir. Müsəlmanlara xüsusi, şərəfli və dəyərli olan uca bir ay gəlir. Allah Quranı bu ayda endirmiş, bu ayda oruc tutmağı fərz qılmışdır.
Insanın öz nəfsini islah etdikdən sonra edəcəyi ən fəzilətli əməllərdən biri də başqalarını islah etməsidir, başqalarını Allahın dininə dəvət etməsidir, insanların hidayətə qovuşması üçün çalışmasıdır, əxlaqda və əməllərdə naqislik olanların düzəldilməsi üçün səy göstərməsidir. Uca Allah buyurur: “Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam” deyən kəsdən daha gözəl danışan kim ola bilər?” (Fussilət, 33) Dəvət sahəsi geniş bir sahədir. Səmimi nəsihətdir, doğru bir sözdür, elm və əməl, təqva, əxlaq baxımından çox şaxəlidir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Bir xeyir işə səbəb olan onu etmiş kimi savab qazanır.” Başqa bir hədisdə “Bir nəfərin sənin vasitənlə hidayətə qovuşması dünya və içindəki hər şeydən xeyirlidir” deyə buyurmuşdur. Hədisi Muslim rəvayət etmişdir. Doğruluq və hidayətə yüksəlmək üçün səmimiyyətlə Ramazanı malını haramdan təmizləyərək qarşıla! Haram mal dünyada və axirətdə bəlaya səbəb olur. Haram mal ilə birlikdə dua qəbul olunmaz, o duaya səma qapıları açılmaz. Bu işdə tələs, özünə yaxşıca bax, nəfsini və ailəni yoxla və hər haram maldan təmizlə. Allahın önündə səmimi bir qəlblə dur ki, Allah duanı eşitsin.
Ey müsəlmanlar! Dünya öz sevincləri və üzüntüləri ilə sona çatacaq. Uzun və qısa ömürlər tükənəcək. İnsanlar, sən də onların arasında olmaqa Rəblərinə dönəcək. Ramazanı dörd gözlə gözləyərkən əcəli çatan bir çox insan oldu. Ramazanda çoxlu saleh əməl işlə, uzun bir müddətdən sonra Ramazan sənə yenə gəldi. Ramazanda Allah ilə öz aranda yeni, təmiz bir səhifə aç, keçmişin ilə gələcəyin arasında bir pərdə çək. Bütün günah və asiliklərdən tövbə edərək mərhəmət sahibi və tövbələri qəbul edən Allahın hüzuruna dön. Bu gözəl mövsümü saleh əməllə və keçmiş günahlara tövbə ilə dəyərləndir. Keçmişdəki əksik əməllərin yerini doldurmaq və işlədiyin xətaları məğfirətlə doldurmaq üçün bu fürsətdən istifadə et.