Nils Bor Hendrik

Nils Bor Hendrik

Məşhur Danimarka nəzəriyyəçi fiziki, müasir kvant mexanikası yaradıcılarından biri Nils Bor 1885-ci ildə Kopenhagen universitetinin fiziologiya professoru ailəsində anadan olub.
Kiçik yaşlarında Bor əl əməyinə maraq göstərmiş və fiziki iş ona həmişə böyük ləzzət verərmiş.
1903-cü ildə Nils Bor Kopen­hagen universitetinə daxil olur. Tələbəlik illərində Bor səthi gərilməyə aid müsabiqə işini yerinə yetirib Danimarka EA-nın qızıl medalını alır. 1907-ci ildə yazılmış bu əsər Borun ilk elmi işi olub. Borun sonrakı elmi işi onun doktorluq dissertasiyası olmuşdur. Bor 1911-ci ilin əvvəllərində «Metalların elektron nəzəriyyəsinin analizi» mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu dissertasiya işində Bor metalların daxilində sərbəst elektronların mövcud olması təsəvvürləri əsasında metalların istilik və elektrikkeçirmə xassələrini izah etmişdir.

1911-cı ilin sentyabr ayında Bor İngiltərəyə Kembric universitetinə Tomsonun yanma işləməyə gedir.
Rezerford Kembricə gələrkən Bor onu birinci dəfə görür və bu görüş Borda böyük təsir yaradır. Bor tezliklə Kembricdə öz işini bitirib, Rezerfordun yanına işləməyə getməyi qərara alır.

1912-ci ildə Nils Bor Mançesterə Rezerfordun yanına gedir. Atomun kvant modelinin yaradıcısı olan Borun işi elə gətirir ki, o, əvvəlcə atomun birinci müəllifinin yanında, son­ra isə planetar modelin müəllifi yanında işləyir. Planetar modelə əsaslanaraq Bor, atomun Rezerford-Bor nəzəriyyə daha mürəkkəb məsələləri əhatə etdi.

Borun nüvə fizikası sahəsində bir çox görkəmli tədqiqatları var. Bor nüvə reaksiyaları nəzəriyyəsinin və nüvənin bölünmə nəzəriyyəsinin yaradıcılarındandır.

İkinci dünya müharibəsi illərində Nils Borun adı atom enerjisi istehsalı və atom bombasının yaradılması ilə bağlı olmuşdur.
1940-cı ildə faşistlər Danimarkaya soxulduqda Bor həbs edilmişdir. Lakin alman alimlərinin havadarlığına görə Bora öz laboratoriyasında işini davam etdirməyə icazə verilmişdir. Onun 0,5 1 ağır suyu var idi. Almanların əlinə keçməsin deyə Bor onu şüşəyə qoyub, soyuducuda saxlayıbmış.

1943-cü ildə Amerikada atom bombası hazırlanarkən ABŞ alimləri Borun zəngin biliyinə ehtiyacları olduğundan onu ingilis sualtı qayıqlarının mühafizəsi altında, balıqçı adı ilə İsveçə aparmış, oradan da İngiltərəyə gətirmişdilər. Bu vaxt Bor özü ilə bircə yaşıl şüşəsini götürmüşdür.

Təyyarə çox yüksəklikdən uçarkən standart oksigen maskalarından heç biri Borun başına keçməmiş və ona görə o, huşunu itirmiş halda İngiltərəyə yerə enmişdir. Bor özünə gələrkən ən əvvəl öz şüşəsini axtarmışdır. Şüşəyə diqqət yetirəndə görür ki, Danimarkadan gələrkən tələsdiyindən şüşəni tələsik götürüb, içində ağır su olan şüşə Danimarkada qalıb. Gizli şəraitdə işləyən danimarkalılara tapşırılır ki, Borun şüşəsini almanlardan qabaq ələ keçirsinlər. Bu çox çətin tapşırıq idi. Çünki, Bor yoxa çıxandan sonra almanlar onun laboratoriyasının qapısına keşikçi qoymuşdular. Danimarkalılar Borun qiymətli şüşəsini igidliklə ələ keçirib sahibinə çatdırırlar.

Almanlar hücum edərkən Bor qızıl medalını və Nobel mükafatı medalını nitrat turşusunda həll edib öz labora­toriyasında kimyəvi qabda saxlayıbmış. Faşistlər laboratoriyanı tutarkən bu qaba heç bir əhəmiyyət verməmişlər.Bor qayıtdıqdan sonra qızılı nitrat turşusundan ayırmış və medalı olduğu kimi bərpa etmişdir.

Dünyanın bütün fizikləri Borun istedadına və nüfuzuna hörmət etmişlər. Bir çox Ölkənin fizikləri Borun yanına elmi seminara gələrdilər.
N.Bor yalnız görkəmli alim deyil, eyni zamanda sülh uğrunda atom enerjisindən dinc məqsədlər üçün istifadə edilməsi uğrunda mərd mübariz kimi bütün dünyada şöhrət qazanmışdır.
Müharibə zamanı Bor atom bombası yaratmaqda iştirak etməkdən boyun qaçırmış, sonralar dəfələrlə Birləşmiş Millətlər Təşkilatını atom silahını qadağan etməyə çağırmışdır.

Nils Bor bir neçə dəfə Sovet İttifaqında olmuş, Kvant mexanikasının nəzəri məsələləri barədə Moskva və Leninqradda mühazirələr oxumuşdur. Nils Bor 20 ölkənin Elmlər Akademiyasının fəxri üzvü, SSRİ EA-nın (1929) üzvü olmuşdur.

Mənbə Fərhad Hacıyev «Görkəmli fiziklər» kitabı

Top