Rezerford Ernest

Rezerford Ernest

Rezerford atom nüvəsinin mövcud olmasını kəşf etmiş, atomun quruluşuna aid planetar model vermiş və ilk dəfə atom nüvələrinin süni çe-vrilməsi prosesini təcrübi olaraq almışdır. O öz fundamental kəşfləri ilə atomun quruluşu və radioaktivlik haqqında elmin əsaslarını qoymuş¬dur.
Ernest Rezerford (30.08.1871-19.10.1937) Yeni Zelandiyada fermer ailəsində anadan olub. Onun atası mexanik, anası isə müəllimə olub. O, məktəb dövründə riyaziyyata daha çox meyl edib və bütün fənləri yaxşı oxuyub. Hər sinifdə oxuyarkən Rezerford təltif olunmuş və mükafatlar almış, müxtəlif maşın və mexanizmlər modeli düzəltmişdir.
Rezerford 1893-cü ildə Kolleci əla qiymətlərlə bitirir və universitetə daxil olur. Onun fundamental tədqiqatları radioaktivliyə, atom və nüvə fizikasına aid olub.
Radioqəbuledicinin ixtirasında A.Popov və Q.Markonidən fərqli olaraq Rezerford tamamilə başqa yolla getmişdir. O dövrdə Rezerford elektromaqnit dalğalarına maqnit təsirini öyrənirdi. 1894-cü ildə Rezerford «Yüksək tezlikli boşalmada dəmirin maqnitlənməsi» adlı birinci əsərini yazıb. C.Tomson 1895-ci ildə Rezerfordu Kembric Universitetinin Kavendiş Laboratoriyasına dəvət edir.
Burada Rezerford maqnit detektoruna aid işlərini davam etdirir. C.Tomson Rezerfordun qazların elektrik keçiriciliyinə aid tədqiqatı ilə çox maraqlanır və onunla birlikdə Rentgen şüasının təsiri ilə qazlardan — elektrik cərəyanı keçməsini öyrənməyə başlayır.
1897-ci ildə Rezerfordun «Elektrik dalğalarının maqnit detektoru və onun bəzi tətbiqləri» adlı əsəri nəşr olunur. Əsərin nəşrindən sonra Rezerford Markoni və Popovun radioqəbuledicisinin ixtirası barədəki işlərindən xəbər tutur, ona görə bu barədə öz tədqiqatlarını dayandıraraq radioaktivliyin öyrənilməsinə başlayır. Bu sahədə Rezerfordun apardığı tədqiqatlar atomun nüvəsini kəşf etməyə və nüvə reaksiyalarını aparmağa səbəb oldu.
1898-ci ildə o, Uranın şüalanmasını, tədqiq edir. Tədqiqatın nəticələrini Rezerford «Uranın şüalanması və onun elektrik keçiriciliyi yaratması» adlı məqaləsində şərh edir. 1898-ci ilin sentyabrından Rezerford Kanadada Monreal şəhərində Mon-Hilla universitetinin bərk cisimlər kafedrasının professoru işləyir. 1900-cü ildə Rezerford toriumu kəşf edərək onu «toron» adlandırır. Burada Rezerford 1907-ci ilə kimi bir sıra fundamental kəşflər etmişdir: Toriumun radioaktivliyini öyrənərkən emanasiya /radon/ adlandırdığı təsirsiz qazı kəşf edir; 1902-ci ildə Soddi ilə birlikdə radioaktiv parçalanma və onun qanununu kəşf etmişdir. Burada o «Radioaktivlik» adlı kitabını yazır, α -zərrəciyinin təbiətini diqqətlə öyrənərək müəyyən edir ki, ikiqat helium atomlarıdır. İsveç EA-sı 1908-ci ildə Rezerforda kimya sahəsində, parçalanan zaman α -zərrəciklər əmələ gələn radioaktiv maddələrin tədqiqi üçün Nobel mükafatı verir.
Ernest Rutherford in the lab: Ernest Rutherford sitting in his lab (right) with his assistant, Hans Geiger. Circa 1913. Credit: Reference number PAColl-0091-1-011, Sir Ernest Marsden Collection, Alexander Turnbull Library, Wellington, New Zealand.
Monrealda işlərkən Rezerford geniş elmi iş aparmış, 66 məqalə nəşr etdirmiş və dünyada birinci dərəcəli eksperimentçi kimi şöhrət qazanmışdır. 1906-cı ildə o, Mançesterə kafedra müdiri vəzifəsinə dəvət edilir və 24 may 1907-ci ildə Mançesterə gedir. Orada radioaktivliyin tədqiqini davam etdirərək geniş yaradıcılığa başlayır və dünyanın bir çox ölkələrindən gəlmiş gənc fiziklərə rəhbərlik edir.
Rezerfordun tələbəsi olan N.Bor öz təəssüratında belə yazır: «Bu vaxtlar Rezerfordun ətrafında dünyanın müxtəlif ölkələrindən çoxlu gənc fiziklər toplanmışdır. O, gözəl fizik olmaqla eyni zamanda böyük təşkilatçılıq qabiliyyətinə ma¬lik idi.» Belə bir kollektivlə elmi yaradıcılıqda Rezerford, kvant və nüvə fizikasının əsasını Mançesterdə qoymuş oldu.
Rezerford radioaktiv preparatı qurğuşunda dar kanalın dibində yerləşdirir. Kanalın qarşısını fotolövhə ilə örtür və sonra fotolövhəni aydınlaşdırır. Fotolövhədə bir qara ləkə alınır. Sonra həmin preparatı güclü maqnit sahəsində yerləşdirir və yenidən təcrübəni təkrar edir. Aydınlaşdırılan fotolövhədə üç dəstənin təsirini müəyyən edir. O, şüalanmanın müsbət yüklü komponentini alfa (α), mənfi yüklü komponentini beta (β) adlandırır.
Atomun quruluşunu öyrənmək üçün 1906-cı ildə Rezer¬ford, α zərrəciklərinin köməyi ilə atomları zondlamaq üsulunu təklif edir və məşhur təcrübəsini aparır. O, müəyyən edir ki, α zərrəciklərin əksəriyyəti qızıl lövhədən /qalınlığı 0.001mm/ elə keçmişdir ki, sanki qarşısında heç bir şey yoxdur. Lakin α zərrəciklərin bir qismi öz hərəkət yolundan kənara çıxmış, hətta az bir qisminin kənara-geriyə sıçraması Rezerfordu olduqca təəccübləndirir. Ona görə Rezerford deyir ki, «bu hadisə mənim bütün həyatımda ən ağlasığmaz hadisə idi; bu, siz 15 düyməlik mərmi ilə nazik kağız parçasını vurduqda, mərminin qayıdıb sizə dəyəcəyi qədər ağlasığmaz idi».
Böyük sürətlə uçan müsbət yüklü α zərrəciyin geri qayıtmasına səbəb nədir? Yəqin ki, α zərrəcik onu geri itələyən zərrəciyə doğru uçmuşdur. Beləliklə, Rezerford təcrübəsi göstərdi ki, atomun daxilində müsbət yüklü zərrəciklər var, Re¬zerford atomun nüvəsinin mövcud olduğunu və orada müsbət yüklər yerləşdiyini öyrənir və 1911-ci ildə atomun planetar modelini təklif edir.
Olduqca əməksevər Rezerford yorulmadan fasiləsiz ola¬raq gündə 12-14 saat işlərmiş. Onun Laboratoriya əmək¬daşlarından biri yazır ki. «Onda nə qədər enerji və şövq… Rezerford işdə pələng idi».
Birinci dünya müharibəsi Rezerfordun kollektiv tədqiqatına mane oldu. Ona görə o, hərbi məqsədlər üçün tədqiqat işinə başlayır, tələbəsi Mozli müharibədə öldürülür, Çedviq almanlara əsir düşür. Müharibədən sonra Rezerford öz tədqiqatlarını başqa yerdə aparmağa başlayır. 1919-cu ilin aprelindən o Kavendiş laboratoriyasının direktoru olur.
Öz tədqiqatlarının nəticəsinə əsaslanan Rezerford 1920-ci ildə neytral zərrəciyin varlığını əvvəlcədən söyləyir. 1932-ci ildə isə tələbəsi Çedviq neytronu kəşf edir. Rezerford F.Astanla birlikdə birinci olaraq kütlə-spektroqraf qurmuş və bunun köməyi ilə çoxlu izotoplar kəşf etmişdir.
Kembricə, Rezerfordun yanına yenidən dünyanın müx¬təlif ölkələrindən fiziklər gəlməyə başlayır.
1919-cu ildə bəşəriyyət tarixində birinci olaraq Rezerford nüvələrin süni çevrilməsini həyata keçirdi. Onun bu kəşfi təsadüfi deyildi. Nüvə olduqca dayanıqlı olduğundan, yüksək təzyiqlər, çox yüksək temperaturlar elementlərin bir-birinə çevrilməsini yarada bilmir. Ona görə o, nüvəni dağıtmaq üçün olduqca böyük enerji lazım olduğunu müəyyən edir. O vaxt ən qüvvətli enerji mənbəyi α zərrəciklər idi. Azotu α zərrəciklərlə bombardman etdikdə Rezerford, protonların-hidrogen atomu nüvəsinin yarandığını müşahidə edir.
Rezerford 17 yüngül elementdə nüvə reaksiyası aparmış¬dır. XX əsrin 20-ci illərində bütün yer kürəsində onun kimi şöhrətli, nüfuzlu eksperimentçi tapmaq çətin idi. Bütün yaradıcı ömrünü yüksək amala-təbiətin sirlərini açmağa və be¬ləliklə də cəmiyyətin həyatını gözəlləşdirməyə həsr etmiş Rezerfordun adı elmə əbədi daxil olmuşdur. Onun adı dahi fiziklərlə bir cərgədə çəkilir və xatirəsi dərin hörmətlə yad edilir.
Rezerford London Kral cəmiyyətinin üzvü (1903), SSRİ EA-nın fəxri üzvü, dünyanın bir çox ölkələrinin EA-nın üzvü olub.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top