Vilson Çarlz Tomson

Vilson Çarlz Tomson

Görkəmli ingilis fiziki Ç.Vilson 1892-ci ildə Kembric Universitetini bitirib. Onun əsas tədqiqat işləri molekulyar fizika, atom və nüvə fizikası sahəsinə aiddir. Vilson-ingilis fizikiO, yağışın və dumanın əmələ gəlməsini öyrənmək üçün uzun müddətli təcrübələr aparmışdır. 15 illik zəhmətdən sonra, buxarın kondensasiyasına dair apardığı tədqiqatların nəticəsində Vilson, 1912-ci ildə «Vilson kamerası»nı ixtira et¬mişdir. Bu cihazı mikroaləmə açılmış «pəncərə» adlandırırlar. Çünki, bu cihaz vasitəsilə yüklü zərrəciklərin izini bilavasitə müşahidə etmək, ya da onun fotoşəkilini çəkmək olur. «Vilson kamerası» atom nüvəsinin, elementar zərrəciklərin, kosmik şüaların tədqiqində, maddənin quruluşunun öyrənilməsində böyük rol oynamışdır.
Vilson kamerasının işi, buxarın kondensasiyasına əsaslanır. Kamera, biratomlu qazlardan biri (helium, arqon) və hər hansı mayenin (su. etil spirti və s.) ifrat doymuş buxarı ilə doldurulur. Kameradan yüksək enerjili yüklü zərrəcik keçdikdə orada olan buxarı ionlaşdırır, zərrəciyin yolu boyunca damcılar əmələ gəlir. Alınmış izin uzunluğu, qalınlığı və maqnit sahəsindəki meylinə görə zərrəciyin təbiətini və xassələrini öyrənmək, onun kütləsini, yükünü, impulsunu təyin etmək olar.
Müxtəlif nüvə reaksiyaları ilk dəfə Vilson kamerasında müşahidə edilmişdir. Pozitron, π,μ,κ-mezonlar, hiperonlar Vilson kamerasının köməyi ilə kəşf olunubdur. Vilson kamerası metodu hazırda nüvə proseslərinin tədqiqində çox mühüm rol oynayır.
Çarlz Vilson 1900-cü ildə London Kral cəmiyyətinin üzvü seçilmiş. 1900-1934-cü illərdə Kembric universitetində işləmişdir.
Çarlz Vilson «buxarın kondensasiyası vasitəsilə yüklənmiş zərrəciklərin yolunu görünən edən metoduna görə» 1927-ci ildə Nobel mükafatı almışdır.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
Top