Görkəmli Sovet alimi İ.V. Kurçatov Ural Quberniyasının Sim kəndində anadan olub.
Hidrogen bombasının qoyulmuş olduğu metal qüllənin yerində çox iri çuxur əmələ gəlmişdi. Qüllə beton özülü ilə birlikdə dağılmış, bütün metal buxarlanmışdı. «Mən xoşbəxtəm ki, Rusiyada anadan olmuşam Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı
1908-ci ildə Kurçatovlar ailəsi Simbirskə, 1912-ci ildə isə Simferopola köçmüşdür. İqor Vasilyeviç 1920-ci ildə gimnaziyanı qızıl medalla bitirərək, Krım universitetinin fizika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik dövründə Kurçatov yaxşı oxumuş, idman və musiqi ilə məşğul olmuşdur. O, hər yayda təsərrüfat işlərində atasına kömək edərmiş.
1923-cü ildə Kurçatov universiteti vaxtından əvvəl bitirərək Leninqrada gedir və orada Politexnik institutunun gəmiqayırma fakültəsinə daxil olur. O, burada Pavlov rəsədxanasında meteoroloji müşahidə aparmaqla məşğul olur və ilk elmi yaradıcılığa başlayır.
1924-cü ildən 1925-ci ilə kimi Kurçatov Azərbaycan Politexnik institutunun fizika kafedrasında assistent vəzifəsində işləmişdir
1 sentyabr 1925-ci ildən Kurçatov akademik A.F.İoffenin rəhbərliyi altında Leninqrad fizika-texnika institutunda bərk cisimlərin elektrik keçiriciliyi və dielektrik xassəsi üzərində işləyir. Kurçatov burada işlədiyi müddətdə dielektriklərin tədqiqi sahəsində böyük elmi nəticələr əldə edir, materialların yeni sinfinin-seqnetoelektriklərin hərtərəfli öyrənilməsinin nəzəri və təcrübi əsaslarını işləyib hazırlayır.
Kurçatov K.D.Sinelnikov ilə birlikdə dielektriklərin xassəsini daha dərindən öyrənərək seqnetoelektriki 1930-cu ildə kəşf edir və bundan sonra böyük bir laboratoriyanın müdiri olur. O, çox illik tədqiqatlarının nəticələrini ümumiləşdirib 1933-cü ildə «Seqnetoelektrik» adlı monoqrafiyasını yazır.
1932-ci ilin noyabrında A.İ.Alixanov. D.D.İvanenko, İ.V.Kurçatov və D.V.Skobeltsının təşəbbüsü ilə fizika-texnika institutunda atom nüvəsinə aid seminar keçirilir. Elə bu vaxtdan Kurçatov nüvə fizikası sahəsi ilə maraqlanır və siklotron hazırlamağın planını hazırlayır.
1934-cü ildə dissertasiya müdafiə etmədən ona fizika-riyaziyyat elmləri doktoru adı verilir.
Kurçatov çox yaxşı başa düşür ki, nüvənin tədqiqatı üçün texniki baza lazımdır, ona görə bu qurğunun /siklotronun/ tikilməsinə böyük diqqət verib, çox əmək sərf edir.
1940-cı ildə Kurçatovun rəhbərliyi altında Sovet fizikləri Q.N.Flerov və K.A.Petrjak uran nüvələrinin öz başına bölünməsini kəşf edirlər. Kurçatov süni radioaktiv izotopların izomeriyasını, yəni nüvələrin nisbətən böyük yaşama müddətinə malik həyəcanlanmış hallarını kəşf etmişdir.
Kurçatov yeni daha güclü siklotron qurmağı planlaşdırır. Elektromaqnitin qütbünün diametri 1,2m olan bu siklotron 1942-ci il yanvarın 1-də işə düşməli idi.
Müharibənin olması Kurçatovun planını müvəqqəti olaraq pozur. Kurçatov və onun digər əməkdaşları müharibəyə göndərilir. O, İlk vaxtlarda Sovet Hərbi-Dəniz Donanma gəmilərini minalardan müdafiə edilməsi problemi üzərində işləyir.
1942-ci ildə o, Leninqrad Fizika-Texnika İnstitutunun bir qrup əməkdaşı ilə birlikdə döyüş gəmilərinin maqnitsizləşdirilməsi metodunun işlənib hazırlanmasına görə birinci dərəcəli Dövlət mükafatına layiq görülür.
1942-ci ilin payızında Kurçatov və A.İ.Alixanov Moskvaya çağırılır və atom enerjisi problemi üzərində işləməsi tapşırığını alır.
1943-gü ildə İ.V. Kurçatov sonralar SSRİ EA-nın Atom Enerjisi İnstitutu adı ilə məşhur olan institutun əsasını qoyur və ona rəhbərlik edir. 1960-cı ildən sonra isə həmin institut Kurçatovun adını daşıyır.
25 dekabr 1946-cı ildə Kurçatovun rəhbərliyi ilə SSRİ-də ilk nüvə reaktoru işə düşüb.
1949-cu ilin avqustunda onun rəhbərliyi altında Sovet İttifaqında atom bombası yaradılıb sınaqdan keçirilib. 4 il sonra isə 8 avqust 1953-cü ildə SSRİ-də hidrogen bombası yaradılıb, 12 avqustda sınaqdan keçirilib. Hidrogen bombasının dünyada ən dəhşətli silah olması və onun dağıdıcı təsiri barədə oxuculara SSRİ-də ilk hidrogen bombasının sınaq partlayışı haqqında məlumat veririk:
«1953-cü il avqustun 12-də səhərə yaxın hələ gün çıxmamış sınaq meydanı üzərində böyük dağıdıcı qüvvəsi olan istilik-nüvə partlayışı edildi.
Bombanı yaratmış alimlər, konstruktorlar, fəhlələr, sınağın minlərlə iştirakçıları təhlükəsiz olan məsafədən hər yerə keçə bilən gözqamaşdırıcı işıq gördülər. Baş nəzarətçinin ürəyi bərk döyünürdü, işin rəhbərləri, hökumətin və Ali komandanlığın nümayəndələri, belə erkən üfüqdə şəfəq görən uzaqdakı yaşayış məntəqələrinin sakinləri heyrət içində donub qalmışdılar.
Radioaktivliyin azalması üçün zəruri olan vaxt keçəndən sonra tibb işçiləri və bioloqlar tanklarda partlayış yerinə yola düşdülər. Radioaktivliyin müxtəlif yerlərdə səviyyəsi haqqında onlardan məlumat aldıqdan sonra Kurçatov, Zavenyagin, əsgərlər, zabitlər, ölçmələr aparan elmi işçilər partlayışın mərkəzinə gəldilər.
Çuxurun ətrafındakı torpaq əriyib, şüşəyə bənzər kütləyə çevrilmişdi, yerin rəngi saralmış, üzü cadar-cadar olmuş, yanmış torpaq komaları ilə örtülmüşdü. Partlayışın mərkəzindən uzaqlaşdıqca zərərin dərəcəsi azalırdı, tankın tırtılları altındakı yanmış torpağın sarı təbəqəsi getdikcə nazikləşirdi, daha sonra kömür kimi qara torpaq, nəhayət göy ot göründü. Tamaşaçılar bu göy otun içində köməksiz qalmış quşlara təəccüb içində baxırdılar. Quşları işıq oyatmışdı, onlar havaya qalxmış, ancaq şüalanma qanadlarını yandırmışdı.
Dağıdılmış və bir kənara tullanmış parovoz, partlayış dalğasının uçurduğu beton divar, yanmış taxta tikililər, nəzarət üçün sınaq meydanında düzəldilmiş bütün bunlar hesablamaların dəqiqliyini təsdiq etdi. Dünyada birinci hidrogen bombasının partladılması müvəffəqiyyətlə keçmişdi. ». Bundan sonra Kurçatov atom enerjisinin sülh məqsədlər üçün tətbiq etmək problemləri üzərində gərgin işləyib. Onun rəhbərliyi ilə dünyada birinci AES 1954-cü ildə Obninskdə işə düşmüşdür.
Akademik Kurçatov məşhur atomşünas olmaqla həm də görkəmli dövlət və ictimai xadim olub. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat seçilmişdir. Vətən qarşısındakı xidmətlərinə görə İ.V.Kurçatov üç dəfə Sosialist Əməyi Qəhrəmanı adına /1949, 1951 və 1954/, Lenin /1957/ və Dövlət mükafatlarına /4 dəfə/ layiq görülmüş, beş Lenin Ordeni, iki Qırmızı Əmək Bayrağı Ordeni, müxtəlif medallarla təltif olunmuşdur. Onun 100-ə qədər elmi işi nəşr olunmuşdur.
və öz həyatımı böyük Sovetlər ölkəsinin
atom elminə həsr etmişəm»
İ.V.Kurçatov