H.O.S.T qrupu haqqında

H.O.S.T qrupu haqqında

Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub. PRoMete, eyni zamanda Qaraqan və Jamal Ali Alliance-a qədərki vaxt mərhələsində bir neçə treklər yazdırıb, konsertlərdə çıxış edib.2005-2006-cı illər ərzində əsası qoyulan və fəaliyyətdə olan Baku Clan isə uşaqlıq dostlarını özündə birləşdirib – artıq çoxdandı rap yazan Qaraqan və Jamal Ali`yə Felon De Jure, Feck, ErranT da qoşulub. Clan`ın “Sənsiz (Love Story)” hiti də məhz o dövrdə yazılır.


Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rap Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan`la da bir sıra treklər yazdırır.
2006-cı ilin dekabrında artıq sıx-sıx görüşməyə başlayan bu dost əhatəsi, yalnız rap`i yox bir sıra digər məsələləri də müzakirə edə-edə ortaq nöqtələr və onları birləşdirən hədəflər tapır. Elə həmin müzakirələr və danışıqlar gələcəkdəki hərəkatın təməlini qoyur.
2007-ci il fevralın 13-də isə artıq bu dostluq əhatəsi yekdilliklə qərar verərək özünü – H.O.S.T Alliance adlandırır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də daxil olur.

Onsuz da planlaşdırılan treklərin hazırlanma prosesi başlanır. “Həyatım Əllərimdə” və “How We Rappin`” sinqllarından sonra Alliance albom yazılışılarına başlayır.
Mövcud treklərə, yeniləri əlavə olunur – bitsiz treklər, melanxolik rap`lər, hardcore və s. janrda parçalar hazırlanır.
Əvvəlcə “Propoqanda” trekiylə eyni adlandırılmaq istənən albom bir sıra müzakirədən sonra öz üz səhifəsində bu yazını tapır – “Proloq”.

Prodüsinq şirkətləriylə anlaşmayan və anlaşmaq da istəməyən qrup albomu pulsuz paylamağa qərar verir.
Artıq ilin sonuna lazımi uğuru qazanan albomdakı bir çox treklər virus kimi yayılmağa başlayır. İlin sonunda isə yeni albom haqqında müzakirələr başlayır.
Dekabrda keçirilən kiçik konsertdən sonra bu yöndə planlar konkretləşir.

Artıq bir neçə treklər sinql kimi hazır olduğundan qrupun yeni albom ideasıyla bağlı fikirləri də yubanmır.
Jamal Ali, Felon De Jure, Feck və ErranT təhsillə bağlı Türkiyədə olduğundan albom üzərində digər dördlük daha çox çalışır – PRoMete, Qaraqan, AiD və Dərviş.
Təsadüfi deyil ki, albom da məhz bu dördlüyün çıxışlarından hazırlanır. Hərçənd treklərin musiqilərində Felon De Jure və ErranT`ın da əməyi olur.
Qrup yaratmaq istədiyin cərəyanın təməl prinsiplərini də məhz bu albomda açıqlayır. Bir çox treklər “A” kitabıyla assosasiyada olur. Eyni zamanda tənqidi mövzulara geniş yer ayrılır.

Bu arada albom yazılışları zamanı Dərviş rap fəaliyyətinə son qoyur.
Albomun adı isə özlüyündə heç bir müzakirə doğurmur – “Qarada Qırmızı”.
İlk buraxılış Limited Edition olur. Və ekslküziv yolla əldə edilir. Daha sonra böyük kütlə üçün CD`lər satışa təqdim edilir.
Yayda Bakıya qayıdan digər dördlük albomda ortaya qoyulan bir sıra məqamlarla və ən əsası cərəyanın təməl prinsipləri haqqında müzakirələrdə müxalif rolundan çıxış edərək, qrupdan çıxmaq istədiyini açıqlayır.

Felon De Jure, Jamal Ali və ErranT H.O.S.T Alliance`dakı fəaliyyətini başa vurur.
Sentyabr-Oktyabr aylarında qrupun fəaliyyətində də yeni mərhələ başlayır. Belə ki, qrup artıq Alliance`lıqdan çıxaraq dörd nəfərlə yoluna davam edir.
Elə həmin ərəfədə Dayirman Production`dan təklif gəlir və üzvlər çox düşünməyərək razılıq verir.
Dayirman Production`ın ilk işi “Qarada Qırmızı” albomunun yenidən buraxılışını təşkil etmək olur. Albom artıq Azərbaycanın hər bir bölgəsində satılır.

2008-in qış ayları da qrupun tez-tez toplaşıb yeni layihələrə hazırlaşmasıyla yadda qalır.
Elə H.O.S.T`un dördlükdə ilk böyük konserti də gecikmir. 2009-un fevralında “Reinkarnasiya” adlı konsert olduqca geniş kütlənin qarşısındakı çıxışla bərabər son illərin ən səs-küylü rap tədbiri olur.
Konsertdən sonra qrup hər bir üzvün solo albomunu buraxmaq qərar verir. Dayirman Production bu yöndə işlərə başlayır.
2009-cu ilin əsas layihələrindən biri də Qaraqanın solo albomu olur.

Albomun ilk sınqlı “Bir” elə konsertdə səslənən treklər arasında olur.
Mart ayına qədər artıq trekləri hazır olan albomun üçün studiya yazılışları aprel-may keçirilir.
İyunda isə “Qısa Qapanma” geniş kütləyə təqdim olunur. Özünəməxsus melanxoliya və aqressiyanı cəmləşdirən albomda bir sıra treklər olduqca yüksək əhval ruhiyyədə olur. Psixolorikanın ən bariz nümunəsi kimi dəyərləndirilən albom yazıçı kimi də fəaliyyətdə olan Qaraqanın şahəsərlərini ortaya çıxarır.

Oktyabr-Noyabr aylarında PRoMete və AiD H.O.S.T`u ikilikdə təmsil etməli olur. Qaraqanın əsgərlikdə, Feck`in Türkiyədə olması onları ləngitmir. Yeni albom üzərində işlər başlanır.
Cütlük Mini-Konsert`i təşkil edir. Konsert günü isə ilk EP “EP v.01” təqdim olunur.
Bir sıra əvvəlki sinqlları da özündə cəmləşdirən bu EP klassik rap nümunələri ilə zəngin olur və sırf rap albom sayılır.
2010-a bir neçə sinqlla daxil olan H.O.S.T növbəti solo konsertə hazırlaşır.

Bir sıra müzakirə və qərarlardan sonra artıq mövcud olan HOST Production ilk tədbirini təşkil edir.
Dayirman Production, eyni zamanda Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan “Rekviem” konserti başdan ayağa canlı olur.
İlin növbəti konserti daha kiçik ətrafda təşkil olunur. Bu layihənin məqsədi fəaliyyət göstərən HOSTçu rapper`lərə dəstək olur.
Aprel ayında HOSTED Rap Concert baş tutur.
Aradakı müddətdə HOST tərkibində AlterEgo adlı rok qrup yaradılır. Və əlavə olaraq musiqini və mövzuları genişləndirək məqsədi ilə daha böyük kütlə tərəfindən qəbul olunan keyfiyyətli işlərə davam edilir.
29 may tarixində AiD`in Biz İnsan Deyilik adında solo albomu HOST`un sayca 5`ci amma satış üçün nəzərdə tutulan 3`cü albom işığ üzü görür. Albom daha çox fərqli xarakterlərini özündə mükəmməl əks etdirir və uğurlu alınır.Albom Bakıda satışa buraxıldıqdan sonra, Gəncə şəhərində təqdimat xarakterli böyük konsert keçirilir.

mənbə : qaradaqirmizi.com

Top