Yuxu qrupu- Xəzərin sahilində

Yuxu qrupu- Xəzərin sahilində

YUXU qrupu 1988-ci ildə (SSRİ zamanında) Azərbaycanın Sumqayıt şəhərində yaranmışdır. 1990-cı ildə Fransadan dəvət alan qrup oraya getmək üçün Bakı-İstanbul-Paris reysinə bilet alır və İstanbulda onları soyurlar, bundan sonra pulsuz və kimsəsiz olan musiqiçilər məcbur olub İstanbulda çox ucuz qiymətə barda oxumağa başlayırlar. Sonrakı illərdə İstanbulda müxtəlif restoranlarda, barlarda və kazinolarda işləyirlər. Qrup bir-neçə ildir ki, dağılıb, fəaliyyət göstərmir. Onlar haqda olan məlumatlara görə qrupun iki üzvü Türkiyədə, başqa iki üzvü isə Amerika Birləşmiş Ştatlarında yaşayırlar. "Ölümə çarə yox" (2001) albomlarından sonra vokalist qrupdan ayrılmış və yerinə Serkan Civelek gəlmişdir. İndi qrupu birlikdə görmək mümkün deyil, yalnız zərbçi Çingiz Eyvazov və gitaraçı Namiq Nəqdəliyev bu yöndə fəaliyyət göstərir.

Əlavə etdiyim bu klip televiziyada demək olar ki göstərilməyib. Klip Sumqayıtda çəkilib.

Buyurun baxın.

Top