Qrup 1983-cü ildə 4 yaxın dost tərəfindən təşkil olunub. Qrupun təşkilatçıları olan 4 yaxın dostun hamısı Fairfax High School ali məktəbində tanış olmuşdular. Hillel Slovak, Anthony Kiedis, Flea və Jack Irons birlikdə yığışaraq Rhythm Lounge-da olmalı çıxışlarına hazırlaşırdılar. Onlar burda yalnız «Out in L.A.» adlı mahnılarını ifa etdilər və bu mahnı onların sonraki canlı konsertlərində açılış mahnısı kimi istifadə olunurdu.
Hillel Slovak 1988-ci ildə vəfat edir. Onun ölümündən sonra Jack Irons qrupu tərk edir. Sonradan o Pearl Jam qrupuna üzv olur. Anthony və Flea qrupun fəaliyyətini davam etdirmək qərarına gəlir və qrup üçün yeni üzvlər axtarırlar. Qrupa 18 yaşlı və çox istedadlı gitarist John Frusciante və təcrübəli zərbçi Chad Smith qoşulurlar. Və bundan sonra qrup böyük şöhrət qazanır.
1991-ci ildə isə Rick Rubin prodüserliyində, RHCP-in ən çox səs gətirən albomlarından biri olan «Blood Sugar Sex Magik» bazara çıxmışdır. Albomda iştirak edən «Under The Bridge» Amerika siyahılarına ikici yerdə daxil olmuşdur, «Give It Away» isə qrupa ən yaxşı hard rok parçası nominasiyasında Grammy qazandırmışdır.
Qrup aşağıda adı çəkilən albomları ilə rock sevərlər arasında şöhrət qazanır:
Red Hot Chili Peppers — 1984
Freaky Styley — 1985
The Uplift Mofo Party Plan — 1987
Mother's Milk — 1989
Blood Sugar Sex Magik — 1991
What Hits!? — 1992
One Hot Minute — 1995
Californication — 1999
By the Way — 2002
Greatest Hits — 2003
Stadium Arcadium — 2006
Qrupun ən son çıxan albomu isə yenə Rick Rubinin prodüserliyindəki «Stadium Arcadium»dur. «Blood Sugar Sex Magik» -in də yazıldığı studiyada yazılan albomun çıxış parçası «Dani Kaliforniya»dır. Ən son klipini çəkdikləri parça «Tell me Baby» dir. Albomdan çıxan üçüncü single «Snow(hey oh)» 4-cü parçasıdır. 20 Noyabr 2006-da bazara çıxacaq singlelə birlikdə parçanın Tony tərəfindən idarə olunan videosu da çəkilmişdir. Mtv Awardsa da namizəd olaraq göstərilmişdir.
John Frusciante 16 dekabr 2009 tarixində qrupdan ayrılmışdır. 2 Yanvar 2010-da isə onun yerini Josh Klinghoffer almışdır.