Qərbi Avropa sivilizasiyası Erkən Orta Əsrlərin sonunda

Qərbi Avropa sivilizasiyası Erkən Orta Əsrlərin sonunda

  1. Fransa IX – XI əsrlərdə
  2. İtaliya VIII – X əsrdə
  3. Almaniya IX – XI əsrin əvvəllərində
  4. Şimali Avropa IX- XI əsrlərdə
  5. İngiltərə XI əsrin ortalarınadək
  6. İspaniya VIII – XI əsrin ortalarında

 1. Fransa IX – XI əsrlərdə

Fransız dövlətinin əsasını 843-cü il Verden müqaviləsi qoymuşdur. 855-ci ildə Lotarın ölümündən sonra onun krallığı parçalanır: onun böyük oğlu Ludovik imperator titulunu saxlayır və İtaliya krallığını özünə götürür. Ortancıl oğul Karla Cənub – Şərqi Qalliya ərazisi keçir və bu torpaqlar Provans krallığını (Burqundiya) təşkil edir; kiçik oğul Lotar isə Lotaringiyaya sahib olur. Keçmiş Frank dövlətinin ərazisi Böyük Karlın varislərinin ümumi vərəsəsi sayılmağa davam edirdi və bu varislərin hər hansı birinin vəfatı ilə sərhədlər yenidən bölünürdü. Qərbi Frank krallığı isə VIII əsrin sonunadək Berden müqaviləsi ilə müəyyən olunmuş sərhədlərdə (Şelda, Maas və Rona çaylarından qərbə) qaldı və sonralar Fransa adlanmağa başladı. Fransa krallığı etnik baxımdan mürəkkəb bir qururm idi. Ölkənin cənub – qərb ucqarında – Qaskonda Basklar, şimali – qərb ucqarında – Bremenda keltlər, şimalda – Flandriyada germandilli Flamondlar yaşayırdılar. X əsrin əvvəllərində Senanın aşağı axarlarını normanlar ələ keçirir. Qalan ərazilər romandilli idi və əsasən iki xalq – şimali fransız (provansal) xalqı məskunlaşmışdır. Onların arasında şərti sərhəd Puatye – Luon xətti idi.

Krallığın siyasi mərkəzi ənənəvi olaraq ölkənin şimali – şərqində yerləşmişdi. Daimi paytaxt hələ yox idi. Kral sarayı daha çox Lan, X əsrin sonlarında isə Parisdə cəmlənir. Uzaq vilayətlərin idarəsi qraflara və onların müavinlərinə — vikontlara tapşırılır. IX əsrin ortalarınadək onlar dövlət məmurları idilər. Karolinqlər bu məmurları onların özlərinin mülükü olmadığı əyalətlər məyun edirdilər və müttəfişlərin vasitəsinə fəaliyyətlərinə nəzər edirdilər. Lakin qraflar və bikontlar canişini olduqları torpaqda torpaq və vassal əldə etdikcə, adi məmurdan hakimə çevrilirdilər.

IX əsrin sonlarında Karolinqlər süqlaləsi namənə hakimiyyətə idi. Real hakimiyyət bu zaman şimali Fransanın nüfuzu feodallarının, xüsusilə Robertilər nəslində olan Paris qraflarının əlində idi. 987- ci ildə Karolinq nəslinin kəsilməsi ilə maqnatlar məhs bu nəslin nümayəndəsinin-Hüqo Kapeti taxta çıxardılar. Onun varisləri-Kapitinqlər fasilələrlə 1848 – ci ilədək ölkəni idarə etmişlər.

Sülalə dəyişikliyi kral hakimiyyətinin nüfuzuna böyük zərbə idi və ölkənin cənubunda uzun müddət qəbul edilməmişdi. Təəccüblü deyil ki, artıq X əsrin əvvəllərində Qaskon, Bretan, Normandiya və Burqundiya faktiki müstəqil oldular. Bu torpaqların xüsusi statusu onların hakimlərinin “Hersoq” titulunda da əks olunmuşdu. Kralın hakimiyyətinə yalnız şimal-şərqə ciddi yanaşılırdı, lakin burada da Flandriya və Şampan qrafları kraldan güclü idilər.

Hüqo Kapet və onun yaxın xələflərinin süveren hüquqları XII əsrin əvvəllərinədək Paris və Orlean arasındakı ərazi ilə məhdudlaşırdı və İl-de-Frans (Fransa adası) adlanırdı. Qalan ərazilərdə kral süzeren kimi vassallararası münaqişələri yoluna qoyur və müharibəyə başçılıq edirdi. Iri senyorlar daxili işlərdə tam sərbəst idilər və bəzən hətta digər ölkələrlə əlaqə saxlayırdılar.

Avropa ilk əsrlərdə

2. İtaliya VIII – X əsrlərdə.

Avropaya barbar yürüşlərinin sonuncu güclü dalğası İtaliyanın payına düşmüşdür. VI əsrin sonlarına doğru onun ərazisinin böyük bir hissəsi (Şimali və Orta İtaliya, cənubda isə — Spoleto və Benevent) lanqobardlar tərəfindən işğal olunur. Cənubi İtaliya Bizansın hakimiyyətində qalır.

Lanqobardların dövründə krallığın ərazisi hersoqluqlara bölünmüşdü və burada inzibati, məhkəmə və hərbi hakimiyyət cəmlənmişdi. Paviya şəhəri krallığın payatxtı idi. Lanqobard kralları bütün cəhdlərinə baxmayaraq ölkəni vahid hakimiyyət altında birləşdirə bilməmişdilər və bu da böyük Karlın lanqobardlar üzərində qələbəsini asanlaşdıran amillərdən olmuşdu. 774- cü il Frank yürüşü lanqobard krallığını Frank imperiyasının tərkibinə qatsada İtaliyaya siyasi vəhdət gətirmədi. Hələ 756- ci ildə Orta İtaliyada papa dövləti meydana gəlmişdi. Cənubi İtaliya isə Bizansın hakimiyyəti altında qalırdı.

Böyük Karl İtaliyada yeni ərazi-inzibati bölgü küçirdi: hesoqluqlar əvəzinə Frank əyanlarının idarəçiliyinə verilmiş 20 qraflıq təşkil olundu. Lakin Karolinqlərin dövründə də mərkəzdənqaçma prosesi güclü idi.

843-cü il Verden müqaviləsi ilə İtaliya müstəqil krallıq statusualır, lakin bu da imperiyanın siyasi pərakəndəliyinə son qoyur. Frans əyanlarının kral taxt-tacı uğrunda mübarizəsi və ali hakimiyyətin zəif olması X əsrin birinci yarısında macarların ölkəyə yürüşü etmələrinə imkan verir. İtaliyanın cənubu isə Ərəb işğallarına məruz qalır. (IX əsrin sonu ərablər sicilyanı ələ keçirirlər).

X əsrin ortalarından etibarən Şimali və Orta İtaliya Alman krallarının torpaq iddialarının obyektinə çevilir. Qrafların, markqrafların və ali dindarların – yepiskopların, arxiyepiskopların, abbatların hakimiyyəti bu zaman imperator hakimiyyətindən daha möhkəm idi. XII-XIII əsrlərdə İtaliyaya hərbi yürüşlər imperiyasının xarici siyasətinin mühüm istiqaməti olmuşdu.

İtaliya tarixinin Avropanın digər ölkələrindən fərqli mühüm xüsusiyyətləri şəhər həyatının burada erkən inkişafı olmuşdur. Artıq VIII əsrdə Brabar işğalları nəticəsində dağıdılmış şəhərlər bərpa olur. Antik şəhərlər ticarət-sənətkarlıq mərkəzləri kimi mövcud olmağa davam edirdilər. Milan, Verona, Bolonya və Roma kimi şəhərlərdə antik şəhərdən orta əsr şəhərinə birbaşa keçid baş verir.

VIII-IX əsrlərdə yeni şəhər tipi məskənlər də salınır. Ölkənin daxilində daimi bazarlar yaranır və Şərqlə ticarət əlaqələri də genişlənir. İntensiv iqtisadi həyatı olan şəhərlər Milan, Verona, Ravenna, Paviya idi. Tirren dənizinin sahillərində Genuya, Piza, Amalfi kimi iri limanlar meydana çıxır. Cənubi İtaliyadakı Bari şəhəri isə Şərqlə Qərb arasında mühüm ticarət vasitəçisi idi.

Şərqi Aralıq dənizi bölgədə Pizanın və Genuyanın güclü rəqibi Venesiya idi – şəhər V əsrdə salınmışdı və tranzim ticarətdən və ixrac etdiyi duzdan gələn gəlirlə varlanmışdı. Tranzim ticarəti geniş olmasına baxmayaraq, bir çox İtalyan şəhərləri öz əmtəə istehsalına və bir çox ixtisaslaşmasına dayaqlanırdı. Məs; Milan – artıq X əsrdə silahsazlıq, Paviya – dəri emalı, Muka – mahud irtehsalı, Venesiya – şüşə məmulatları istehsalının mərkəzinə çevrilmişdilər. Avropada ilk dəfə cənubi İtaliya şəhərində ipək parçalar hazırlanmağa başlamış, daha sonra Venesiyada da öz yerli xammalı əsasında şərbaflıq meydana gəlmişdi.

Sonrakı dövrdə — XI – XIII əsrlərdə İtalyan şəhəri kənd təsərrüfatının və kəndin sosial strukturunun inkişafına böyük təsir göstərmiş və ölkədə feodallaşma prosesinin özünəməxsusluğunu şərtləndirmişdir. Yüksək dərəcəli urbanizasiya erkən orta əsrlərin sonuna doğru İtalyanın ən səciyyəvi cəhəti olmuşdur.

3. Almaniya IX – XI əsrin əvvəllərində

Karolinq imperiyasının şərq hissəsində siyasi pərakəndəlik 843 – 880 – ci illərdə baş verir. Şərqi Fransa ( Eronsia orqentalis) kimi adlanan yeni krallığın Karolinqlərin şərq qolu hökmran idi. Onlardan biri olan III Karl ( 876 – 888) Qərbi Frank tyaxtına da dəvət olunur. Daha sonra Şimali İtaliyanın özünə tabe edən III Karl qisa müddətə Böyük Karlın dövlətini birləşdirə bildi. “Şərqi Fransa” imperiyasının digər torpaqlarından 2 xüsusiyyətilə seçilirdi: Əvvəla, burada roman deyil, alman dialektləri üstün idi; ikincisi, təsərrüfat və ictimai münasibətlər burada daha arxayın idi, nəinki İtaliyada. Bu geri qalma ilk onda əks olunurdu ki, feodallaşma prosesi şəhərdə erkən mərhələdə idi. ələxsus, burada qəbilə quruluşu saxlanılmışdı. Habulki frank imperiyasının qərbində rast gəlmək mümkün deyildi. Ən iri alman hersoqluqları – Saksoniya və Bavariya yerli qəbilə əyanlarından olan hesoqlular başda olmaqla tayfa başçısı idi.

Türinq tayfası Sakson hersoqlarına tabe idi. Şvabiya hersoqluğu Şvablar (almanlar) tərəfindən məskunlaşmışdı. Lotaringiya hersoqluğu isə fərqli olub tayfa xarakteri daşıyırdı. Latarengiyalar sırf siyasi kombinasiyalar nəticəsində meydana gəlmişdi və özünü xüsusi etnik özülü yox idi, tərkibində isə roman əhalisinin üstünlük təşkil etdiyi vilayətlər var idi.

Mayi çayı boyunca Frankon hersoqluğu təşəkkül tapmışdı. Hələ Merovinqlər dövründə Mayn əlveriçli yola çevrilmişdi, franklar onun vasitəsinə şərqə köçür və buradakı almanları və bavarları assimilyasiyaya uğradır. Qonşu tayfalar üçün bu qarışıq xalq elə “frank” olaraqv qaldı, torpaqları isə frankiya adlanır.

Şərqi Frank krallığının Karolinqlər sülaləsindən olan son hökmdarı öləndən sonra ilk dəfə yerli əyan nəslindən olan-frankon hersoqu İmperator Konrod (911- 918) kral seçilir. O, digər hersoqların böyük rəqabəti ilə qarşılaşır və onlarala mübarizədə həlak olur. Onun ölümündən sonra iki güclü, lakin iqtisadi, siyasi və mədəni inkişaf səviyyəsinə görə fərqlənən hersoqluğun-Bavariya və Saksoniyanın hersoqları eyni vaxtda kral elan olundular. Son nəticədə taxt – tac Saksoniya hersoqu Henriyə qaldı. Lakin o, Bavariyanın daxili işlərinə arışmamaq öhtəliyi götürdü. I Henrinin kral elan olunması ilə (919) alman krallığının tarixdi başlayır.

I Henri (919 – 936) ölkədəki nisbi sabitliyə nail ola bildi. Alman əyanlarının köməyi ilə o, zəngin Lotaringiyanı Şərqi Frank krallığına yenidən tabe etdirə bildi. Kilsə ilə münasibətləri qaydaya salan Henri macarlara müqavimət göstərmək üçün alman tayfalarını və əyan qruplaşmalarını birləşdirə bildi. Ağır silahlanmış süvari qoşun hissələrinin yaradılması alman cəmiyyətində feodal zadəganlar təbəqəsinin təşəkkülünü sürətləndirdi.

I Henrinin oğlu I Otton (936 – 973) atasının xarici siyasətini davam etdirdi. 955 – ci ildə Auqsburq yaxınlığında Lex çayı sahillərində Ottonun süvari dəstələri macarlara ağır zərbə endirdi və birdəfəlik onları alman torpaqlarından çıxartdı. Lakin daxili siyasətdə Otton Henrinin ənənələrini pozdu: Axendə təntənəli şəkildə taxta çıxan Otton bununla kralın hersoqlardan üstünlüyünü elan etdi. Bu siyasətin nəticəsi üsyan və iğtişaşlar oldu.

951 – ci ildə I yürüşü gedişində Otton Romayadək qata bilmədi, lakin yerli İtalyan əyanları tərəfindən İtalya kralı elan olundu. 962 – ci ildə Roma papası II İonanın dəvətindən istifadə edib I Otton İtaliyanın bütün şimalını kemərək Romaya girdi. Romada o, təntənəli sürətdə imperator elan olundu. 962 – ci il tacqoyma mərsimi yeni, bu dəfə alman imperiyasının özülünü qoydu.

II Otton (973-983) öz atasının siyasətini davam etdirməyə çalışırdı: öz hakimiyyətini İtakiyanın cənubunda bərqərar etnək cəhdi edən II Otton ərəblər tərəfindən ağır məğlubiyyətə uğradı.

Yarı Saks, yarı yunan olan II Otton (994-1002) da babası II Otton kimi hesab edirdi ki, Roma imperiyasını bərpa etmək onun payına düşüb. Kamillik yaşına çatan kimi II Otton alman mənşəli Qriqorun (V) Roma papası olmağa müyəssər oldu və V Qriqorun Romada onun başına tac qoydu. Romanı özünə daimi iqamətgah seçən II Otton ümumdünya “Roma imperiyası”nı vahid imperatora tebe xristian krallığının birliyi kimi məcbur edirdi. Lakin onun siyasi layihələri hətta alman əyanlarını içərisində də təqdir olunmadı. İtaliyada isə bu iğtişaşa gətirib çıxarırdı və son nəticədə II Otton Romadan açması oldu. Tezleklə o, oldu və varisi olmadığı üçün Sakson sülaləsinin nümayəndəsi II Henri (1002-1024) kral oldu.

IX əsrin sonu – X əsrin əvvəllərində Karolinq dövlətinin parçalandığı “qaranlıq” mərhələ ilə müqayisədə Ottonların hakimiyyətini nisbətən mədəni yüksəliş bir tərəfdən “Karolinq intibahı” ilə, digər tərəfdən, alman əyanlarının İtaliya və Bizansla ünsiyyətinin artmaması ilə izah olunur.

Almaniyada mədəniyyət və təhsil mərkəzləri ilk növbədə Lorş, Korveya kimi iri abbatlıqlar var idi. “Otton intibahı”ndan zəif olsada tarixin yazılması baxımından ciddi nailiyyətlər malik olmuşdur. Otton ailəsinə yaxın olan monax Vidukinq özünün “Saksların tarixi” əsərində tayfanın tarixini təqdim edirdi. Daha bir tarixi əsər yepiskop tutların “ xronika”sıdır. Xronika bütün dünyada imperiyada baş verən hadisələri işıqlandırır.

“Otton intibahı”nın ən maraqlı şəxslərindən də Rosvita ( Qrosvita) adlı qadın yazıçıdır. O, latın dilində kilsə məzmunlu bir neçə poema və I Ottonun hakimiyyəti haqqında şerlər formasında tarix yazmışdır.

4. Şimali Avropa IX- XI əsrlərdə

IX- XI əsrin ortalarında Şimali Avropa tarixində “Vikinqlər dövrü” kimi daxil olmuşdur. Bu, Skandinaviya konunqların başçılığı altında vikinqlərin geniş hərbi yürüşü olmuş və beynəlxalq ticarətin genişlənməsi və yeni torpaqların kolonlaşdırılması ilə müşayiət olunmuşdur. Skandinaviyanın özündə bu, qəbilə quruluşunun dağılması ilə ilk dövlət qurumlarının yaranması kimi qeyd olunur.

“Vikinqlər dövrü”ndə kolonlaşma da baş verir – Skandinaviya y.a.nın məskunlaşması sürətlənir. Yeni tip gəlişlər meydana gəlir, onların vasitəsilə bu vikinqlər Şimali Baltik dənizlərində üzür, Diepr yolu ilə Konstontinopuladək gedib çıxır. Vikinqlərin İspaniyaya və Şimali Amerikaya sahilboyuna qədər üzürlər.

“Vikinq” anlayışının etimologiyası tam müəyyən olunmayıb; çox güman ki, bu, “vik”-“liman”sözündəndir. Qərbdə onlar normannlar (“şimal adamları”), Rusda isə varyaqlar adı ilə tanınırdılar.

Vikinqlərin yürüşləri haqqında ilk xəbərlər VIII əsrin sonuna aidir. 793 – cü ildə skandinavlatın bir dəstəsi İngilislərin şimal-şərq sahilboyundakı monastra hücumu onu yandırmışdıkar. Daha sonra belə talanlar İrlandiya, Almaniya, Frank krallığına da edildi.

Birinci normann işğallarına məruz qalan ölkələrin hakimləri onlardan müdafiı olmaq üçün nizamlı hərbi yürüşlər təşkil etməyə başladılar. Xüsusilə franklar tərəfindən edilən müqavimət Danimarka konunqu Qodfredi yutlandiyanı cənubdan qoruyan müdafiə səddi tikməyə məcbur edir. Tikintisi IX əsrin əvvəllərində başlayan “Danevirk”in (“Danimarka səddi”) sonralar da inşası davam etmişdir. Danimarka Fatehləri Avropanın ən müxtəlif ərazilərində geniş torpaqlarını talan edirdilər. Norveçdən onlar İslandiyanı fəth etməyə yönəlmişdilər. IX-XI əsrin əvvəllərində norveçlər və danimarkalılar İrlandiyanın da böyük bir hissəsini işğal edərək burada krallığını yaratdılar. Baltik dənizinin cənub sahillərində məskunlaşmış isveçlər və danimarkalılar İrlandiyanın da böyük bir hissəsini işğal edərək burada da krallıqlar yaratdılar. Baltik dənizinin cənub sahillərində isve4çlər IX əsrdə “ Varyaqlarda yunanlarda” yloun əsasını qoyaraq Bizans və ərəb xilaqfətilə əlaqələr yaratdılar.

IX əsr boyu vikinqlər çimali Almaniyanı, Fransanı, İngiltərəni talan etməkdə davam edirdilər. Əsrin sonuna doğru Şimali və Şərqi İngiltərənin böyük bir hissəsi skandinav döyüşləri tərəfindən məskunlaşdı. Vikinqlər həmçinin İtaliya, Cənubi Fransa, Portuqaliya şəhərlərini talan etmişlər.

IX-X əsrin hüdudlarında Danimarka ordusunun bir hisəssi Şimali Fransada məskunlaşır.( Komanten y.a). Hərbi başçı Pollon 911 – ci ildə bu y.a.nı Fransız kralından len olaraq aldı. (Ölkəni normanlardan qorumaq şərtilə). Fransanın normal olaraq vassal mülkü olan Normandiya hersoqluğu faktivi müstəqil idi. Tədricən Normandiya özlərinin skandinav mənşəyini itirir, doğma dillərini, adət-ənənələrini unudurlar.

Təxminən 930-cu ilə doğru norveçlər İslandiyanın bütün sahilboyu ərazisini ələ keçirdilər( adanın daxili rayonları səhralıqdır və indiyədək boşdur). Kolonistlər maldarlıq, balıqçılıq və az miqyasda əkinçiliklə məşğul olmağa başladılar. 930-cu ildə İslandiyanın bütün əhalisi üçün xalq yığıncağı — altinq məsis edildi və ilk qanunlar qəbul olundu. Altinq həm məhkəmə həm də inzibat yığıncağı idi və “ Hərbi demokratiya”nın xüsusiyyətlərini saxlamışdır( bəzilərinin dediyi kimi, “Avropanın ən qədim parlamenti” hesab edilməmişdir). Dövlət əlamətləri yox idi.

X əsrin 80-cı illərində islandlar və norveçlər Qrenlandiyanı fəth etdilər və tezliklə Şimali Amerikanın sahilboyu adalarına da gəlib çatdılar. Bu ekspedisiyaların başında uğurlu Leyb dururdu. Adalarda skandinavlar yerli əhali ilə — skrelinqlərlə rastlaşdılar. Arxeoloji aazıntılar nəticəsində burada tapılmış yaşayış tipləri “ vikinqlər dövrü” nə məxsusudur. Leyb Kolumbu 1minillik qabaqlayaraq Amerika sahillərinə çatmışdır; lakin Amerikanın Avropa üçün açan əsl fateh Kolumbdur.

5. İngitərə XI əsrin ortalarınadək.

X əsrin sonu — XI əsrin əvvəllərində skandinav yürüşlərinin ən böyük nailliyyəti-onların İngiltərəni tabe etməsidir. Əvvəlcə danimarkalı və norveçli hərbilər İngiltərənin krallarının xidmətinə daxil olur, onlarda məvacib və hədiyyələr alırdılar; daha sonra bu məvaciblər əhalidə alınan təzminata çevrilirdi. 1016-cı ildə Danimarka sərkərdəsi Knut ingilis taxtına çıxdı, qardaşının ölümündən sonra həm də Danimarka kralı oldu.1028-ci ildə Knut Norver taxtına da ələ keçirdi. Beləliklə böyük Knutun( 1016-1035) iri dövləti bu, erkən əsrlərdə xas olan və azomurlu siyasi qurum idi. Knutun oğlu Xardaknutun 1042- ci ildə vəfatə ilə danimarkalılar ingilis və Norveç taxtını itirdilər.

Taxtda olmuş sonuncu vikinq Konunqu Xarald Xardrad (“Qəddar hökmdar”, 1046-1066) sayılır. 1066-cı ildə Xarald böyük donanma yaradaraq Şərqiərqi İngiltərənin sahillərinə yan alır. Adadnın skandinav əhalisi onun tərəfinə keçir. Lakin əyanlar tərəfindən ingilis kralı elan olunmuş harold York yaxınlığında Stemfordbriç döyüşlərində Norveç konunquna qalib gəlir. Xardradın həlak olması ilə İndiltərə vikinqlərdən xilas olsa da, 1 aydan sonra normand hersoqu fateh Vilheli tərəfindən işğal olunur.

XI əsrin sonlarına doğru skandinavların hakimiyyəti altında Şimali Şotlandiya, Men adası İrlandiyaya isə Dublin və Leynster qalırdı.

Vikinqlərin yürüşü xalqların böyük Konunqu son dalğası kimi qiymətləndirilə bilər.alman tayfaları ələ keçirdikləri torpaqlarda məskunlaşaraq yeni dövlətlər yaratdıqları kimi, Skandinavlar da IX-XI əsrlərdə qəbilə quruluşunun dağılması prosesini yaşayırdılar və yeni torpaqlar ehtiyac duyaraq Avropanın sosial, siyasi və demokratik quruluşuna dəyişikliklər gətirmişdilər.

Lakin xalqların böyük köçünün II və yekun dalğası birincidən fərqli olmuşdur. V-VI əsrdə barbarlar öz dövrünü başa vurmaqda olan quldarlıq sisteminin dağılmasına məkan verdilər; şimaldan olan barbarlar isə (həmçinin macarlar və ərəblər) IX-XI əsrlərdə yeni formalşmaqda olan sosial qurluşla rastlaşdılar və möhkəmlənməkdə olan bu quruluşa dağıda bilmək iqtidarında olmayıb feodallaşma prosesinə cəlb olundular. Avropanın bəzi yerlərində, o cümlədən İngiltərədə skandinav yürüşləri bu prosesləri bir qədər ləngitdi və feodal tabeçiliyinə qarşı çıxan azad kəndli təbəqəsini yaratdı. Digər bölgələrdə (şişali Fransada və Cənubi İtaliyada), əksinə, bu proseslərdə tamamlama gətirdi. Hər iki halda vikinqlər və onların xələfləri işğal etdikləri ərazilərdə mövcud olmuş sosial quruluşu qəbul etməli oldular.

Anqlosakslar tərəfindən işğal olunmuş Britaniya ərazisində V-VII əsrlərdə bir neçə anqlosaks krallıqları yaranır; cənub-şərqdə-Kent (yutlar tərəfindən), adnın cənub və cənub-şərqində-sakslar tərəfindən – Yesseks və Susseks, şərqdə şərqi İngiltərə, şimalda Normandiya, ölkənin mərkəzində anqllar tərəfindən Mersiya.

Məhv olmaqdan canını qurtara bilmiş kely əhalisinin bir hissəsi işğalçılara-almanlarla qaynayıb-qarışmışlar. İngilis xalqının etnik tərkibinə kelt elmenti bu cür daxil olmuşdur.

Anqlosaks krallıqlarında feodallaşma prosesi ləng getmişdir; əvvəla, Britaniya Qalliya nisbətən I-V əsrlərdə daha zəif Romanlaşmaya məruz qalmışdı. V əsrin əvvəllərində Roma legionerləri gedəndən sonra yerli kelt əhalisi Romanlaşma elementlərini ləğv etmişdilər. Anqlosaks işğalları gedişində isə romanlaşmanın alman-roma sintezinin zəif elementlərinə malik olmuşdur. Digər tərəfdən, Britaniyaya köçmüş anqlar, sakslar, frizlər franklara nisbətən daha aşağı sosial- iqtisadi inkişaflar səviyyəsinə malik olmuşlar və nəsli qəbilə quruluşunun qalıqları onlarda daha uzun müddətə qalmışdır.

Anqlosaks krallıqları ilk dövrdə arxaikliklərilə seçilirdi. VI-VIII əsrlərdə kral onlarda dövlətçiliyin daşıyıçısından daha çox tayfa başçısı kimi çıxış edirdi. Feodal münasibətləri inkişaf etdikcə kralın yerlərdə nümayəndələri – şeriflərin əhəmiyyəti artır. Azad icma üzvləri – kerllərin rolu azalır. Drujinaçıları – gezitlər nəsli əyanları – erlləri sıxışdırmağa başlayır.

Qəbilə krallıqlarının erkən feodal dövlətlərinə çevrilməsi onların arasında ali kral titulu uğrunda mübarizə ilə müşayiət olunurdu. VI-VII əsrin əvvəllərində — Kent, VII əsrin ortalarından – Nortumbriya, VIII əsrdə — Mersiya, IX əsrin əvvəllərindən – Uesseks üstünlük qazanır. Uesseks kralı Ekbert 829 – cu ildə bütün anqlosaks krallıqlarını vahid dövlətdə birləşdirir.

Lakin ölkənin birləşməsi onu Danimarka təhlükəsindən qoruya bilmir. Danimarkalıların cənuba doğru hərəkəti karl Alfred (871-899) tərəfindən dayandırılır. Lakin X əsrin sonu bu yürüşlər bərpa olur. Kral Knut (1016-1035) İngiltərə taxtına sahib olur. Ölkədə Danimarka hakimiyyəti uzun çəkmir. Knutun ölümündən sonra İngilis taxtına anqlosaks sülalələrindən birinin nümayəndəsi Eduard (1042-1066) çıxır.

6. İspaniya VIII-XI əsrin ortalarında.

VII əsrin sonuna doğru ərəblər Şimali Afrikada Bizans mülklərinin fəthini başa çatdırırdılar, 709 – cu ildə onların ilk dəstəsi Vestqot krallığının ərazisinə daxil olur. Ərəblərdən başqa, bu kampaniya Şimali Afrikanın köklü əhalisi – islamı qəbul etmiş bərbərlər də iştirak edirdi. 711 – ci ildə onların İspaniyaya hücumu başladı. Vestqot ordusu sayca ərəblərdən çox idi, lakin elə ilk döyüşdəcə məğlub oldu. 714 – cü ilə doğru krallığın bütün iri qalaları təslim edildi. ərəblər və bərbərlər (tavrlar) Pireneylərdən şimala doğru bütün vestqot mülklərini ələ keçirdilər, onların Frank krallığının daxilinə hücumu Karl Martell tərəfindən dayandırıldı.

Vestqot krallığının zəifliyi kəskin daxili zidiyyətlərlə bağlı idi. Kəndlilər üzərinə ağır mülkiyyətlər və vergilər var idi; əyanlar hakimiyyət uğrunda mübarizə aparırdı. Katolik kilsənin güclü nüfaza malik olması isə apaçilər və yəhudilər arasında narazılıq doğururdu. Ona görə də əhalinin böyük bir hissəsi ərəb hücumlarına laqeyd yanaşdı. Güclü müqavimətə ərəblər y.a.nın dağlıq şimalında rast gəldilər ki, sonralar burada ispan-xristian dövlətləri təşəkkül edir.

755 – ci ilə qədər müsəlman İspaniyası ( və ya əl — Əndəlus)* Dəməşq (Əməvi) Xilafətinin tərkibində olmuşdur. 751 – ci ildə Abbasilər hakimiyyətə gələndə Əməvilərin ərəblərin nümayəndəsi Əbd ər – Rəhman əl — Əndəlusla özünü əmir elan etdi və Kordovanı paytaxta çevirdi. 929 – cu ildə Əmir III Əbd ər – Rəhman tam müstəqil olaraq özünü xəlifə elan etdi. X əsr Əl Əndəlusun siyasi qüdrətinin yüksəliş dövrü sayılır. Lakin bu zaman artmaqda olan feodal pərakəndəliyi burada 1008-1031 – ci illərdə saray çevrilişləri ilə müşayiət olunmuşdur. Bu isə xilafətin müstəqil knyazlıqlara – tayfalara parçalanmasına gətirib çıxarır. Onların içərisində Kordova, Toledo, Sevilya, Valensiya və Saraqos ən böyüklıəri sayılır.

İqtisadi inkişaf baxımdan müsəlman İspaniyası erkən orta əsr Avropasının ən çiçəklənmiş bölgəsi idi. Y.a.nın cənubunda suvarma sistemləri yaradılmışdı. Ölkənin mərkəzi rayonlarında maldarlıq geniş yayılmışdı. Şəhərlər ticarət-sənətkarlıq mərkəzlərinə çevrilmeşdi. ərəb İspaniyası fəal sürərdə Aralıq dənizində ticarət aparırdı.

Lakin Əl Əndəlusun siyasi inkişafları ən yüksəlmiş dövründə də qeyri-sabit idi. Ayrı-ayrı vilayətlərin hakimləri Kordovondan müxtariyyət almağa çalışırdı, damma iğtişaşlar baş verirdi. İşğalçıların yerli əhali ilə münasibətləri də mürəkkəb idi.

Müsəlman İspaniyasının yüksək inkişaf etmiş şəhər sivilizasiyası erkən orta əsr Avropası üçün görünməmiş mədəniyyət bazası olmuşdur. Kordova, Seviliya və Toledonun dünyəvi və dini məktəblərində hüquq, fəlsəfə, tarix öyrənilirdi. Kordova xəlifələrinin kitabxanasında 400 min nüsxə kitab saxlanılırdı. Əndəlus alimlərinin və mütərcimlərinin fəaliyyəti Avropa elinin təşəkkülündə böyük rol oynamışdır. Ərəb leksikası bütün Avropadillərinin, xüsusilə ispan və portuqal dillərini zənginləşdirmişdir.

709 – 714 – cü illər gedişində ərəblər Kantabriya dağları, Priney və bisk körfəzi arasındakı kiçik ərazini ələ keçirə bilmədi. Bu t orpaqlar kantabr, astur, bask* tayfaları iləməskunlaşmışdı və bu ərazinə Romalılar, nə Qomlar tərəfindən ələ keçirilə bilməmişdi. Asturiyaya qalan vestqot qoşununun bir hissəsi yerli əhali tərəfindən qəbul olundu. 718 – ci ildə Kavadona yaxınlığında ərəb dəstəsi darmadağım edildi və vestqot qoşununa komandanlıq edən Pelayo Asturiyanın ilk kralı olunur.

VIII əsrin 50-ci illərinə doğru Əl Əndəlusda baş verən pərakəndəlikdən istifadə edən Asturiya kralları xeyli ərazilər əldə edə bildilər. İspan-xristian dövlətlərinin müsəlmanlar tərəfindən alınmış torpaaları geri qaytarılması və kolonlaşdırılması prosesi Rekonkista (isp.- “təkrar işğal”) adını almışdır. Rekonkista VIII əsr davam etdi və İspaniyanın tarixində VIII əsrin ortalarınadək asturiya Rekonkistası üçün əhalinin cənubdan şimala köçməsi, krallığın daxili rayonlarının həmin əhali tərəfindən məskunlaşması xarakterik olmuşdur. VIII əsrin sonuna doğru Priney y.a. – da Asturiya ilə yanaşı, Rekonkistanın daha bir mərkəzi – Frank mülkləri yaranır. Böyük Karlın işğalçı yürüşlərindən sonra Barselona mərkəz olmaqla İspan markası yaranır. Asturiya Kaqaloniya və ərəb mülkləri arasında dağlıq rayonlar IX – X əslər boyu əldən-ələ keçmiş və nəhayət, iki dövlət – Narvarda krallığını və Araqon qraflığı yaranır. Beləliklə, y.a.nın bütün şimali ərəblərdən alınır.

X-XI əsrin əvvəllərində İspaniyanın siyasi xəritəsində ciddi dəyişikliklər baş verir. Karolinq imperiyasının parçalanmasından sonra İspan markası ərazisində müstəqil Barselona qraflığı yaranır. Asturiya kralları isə mavrlardan bir neçə şəhər olaraq paytaxtı ovyedodan Leona köçürür. X əsrin ikinci yarısında, xilafətin yüksəliş dövründə, rekonkista dayandırılır. Istedlı sərkələrdə əl – Mənsurun (Almonzor) komandanlığı ilə müsəlmanlar bir neçə dəfə Astur Leon və Barselona ərazisinə yürüşlər edirlər. Leonda kral hakimiyyəti zəifləyir və bu dəfə Kastiliya qrafları böyük nüfuz qazanırlar. 1035- ci ildə Araqon və Kastiliya krallıq olur. 1037 – ci ildə Kastiliya kralı I Fernando Leon kralını məğlub edərək xristian İspaniyasının qərbini öz hakimiyyəti altında birləşdirir. Beləliklə, XI əsrin 30 – cu illərinə doğru Pireney yarımadasında Kastiliya, Navarra və Araqon krallıqları, Barselona qraflığı və 30 – dək müsəlman əmirliyi mövcud idi.

IX əsrdə İspan markası ərazisində Frank hakimlərinin canişinləri – qraflar tərəfindən idarə olunan bir neçə qraflıq meydana gəlir. Onların içərisində ən güclüsü Barselona qraflığı idi. Frank imperiyasını parçalanmasından sonra İspan markası Fransanın tərkibinə keçir. Tədricən markanın müstəqilliyi artır və 987 – ci ildə Fransada Karolinqlər devriləndə İspan markasının qrafları Kapetinqlərin hakimiyyətini tanımaqdan imtina edir. Bu zamandan etibarən onların Fransız krallarından asılılığı numinal olur və 1259 – cu ilədək saxlanılır. Artıq XI əsrdə İspan markasınında siyasi mərkəzləşmə baş verir və Barselona qraflığı tədricən digər qraflıqları özünə tabe edir. Sonralar ona Kataloniya(“Qəsrlər ölkəsi”) adı verilir.

Navarraya gəlincə, X – XI əsrlərin hüdudunda o, Araqonu və Kastiliyanı özünə tabe etdirir. Lakin kral Sançonun ölümündən sonra (1035) onun dövləti parçalnır. Sonrakı əsrlərdə Navarranın tarixi Fransa ilə bağlanır. Araqon isə, əksinə, XI əsrdə ardıcıl hücum taktikası yeridir və torpaqlarını müsəlman mülkləri hesabına genişləndirir.

 

* Əndəlus sözünün mənşəyi məlum deyil; Vandallarla əlaqələndirilir(Vandalusia, Vandalisia).

* Priney y.a.nın avtoxton, keltlərəqədərki əhalisi.

Müəllif: Yeganə Hafiz qızı Gözəlova
Mənbə: SİVİLİZASİYALAR TARİXİ (Avropa sivilizasiyası orta əsrlərdə) dərsliyi,
S.P.Karpovun redaktəsi ilə Moskvada nəşr olunmuş “Orta əsrlər tarixi” dərsliyinin materialları əsasında

Top