Volqaboyu və Qərbi Sibirin Rusiya tərəfindən işğalı. XVI əsrin 50-ci illərində keçirilən islahatlar Rusiya dövlətini möhkəmləndirdi. Fəal xarici siyasət yeridən Rusiya Volqaboyunun zəngin məhsuldar torpaqlarını ələ keçirmək, bu ərazini yeni gəlir mənbəyinə çevirmək istəyirdi. Rus tacirləri Şərqi Avropa ilə Cənubi Qafqaz və digər şərq ölkələri ilə ticarət yolunda maraqlı idilər. Bundan əlavə gələcəkdə bu ərazidən Qafqazı, Mərkəzi Asiyanı, Sibiri işğal etmək üçün istifadə etmək olardı.
1549-1551-ci illərdə ruslar Qazan xanlığının sərhədlərinə hücum etdilər, IV İvan ticarət əlaqələrini bəhanə edərək xanlığın daxili işinə qarışır, xalqlar arasında nifaq salırdı. Qazan xanlığında ruspərəst və müstəqillik tərəfdarları arasında mübarizə gedirdi. IV İvan Qazanda tərəfdarı Şah Əlini hakimiyyətə gətirdi. Şah Əli xalqın təzyiqi altında Moskvaya qaçdı. Ruslar Qazan şəhərindən 30 km aralı Svyaqa çayı sahilində Sviyajsk qalası tikdilər. 1552-ci il iyunun 16-da 150 minlik rus ordusu Moskvadan Qazan üzərinə yürüşə başladı. Osmanlı sultanı Süleyman Qanuni Krım xanı Dövlət Gəraya rus torpaqlarına hücum etmək göstərişini verdi. Lakin o, döyüşdə məğlub oldu. Ruslar avqustun axırında Qazanı mühasirəyə aldılar. Qazan xanı Yadigar xana təslim olmağı təklif etdilər. O, axıra qədər müqavimət göstərdi. 1552-ci il oktyabrın 2-də Qazan şəhəri işğal olundu. Yadigar xan əsir alınıb, Moskvaya aparıldı və ona orada zorla xristian dinini qəbul etdirdilər.
IV İvan 1556-cı ildə hücum edib Həştərxan xanlığını ələ keçirdir və onun müstəqilliyinə son qoyuldu.
Başqırdıstanın işğal olunması 1557-ci ildə başa çatdı. IV İvanın fərmanına əsasən, bu yerlərə rus kəndliləri köçürüldü. Beləliklə, Qazan və Həştərxan xanlıqlarının süqutu nəticəsində Rusiyanın cənub-şərq sərhədlərinin təhlükəsizliyi təmin edildi. Şərq ölkələri ilə iqtisadi, ticarət, siyasi və mədəni əlaqələr üçün şərait yarandı.
Qazanın və Həştərxanın tutulması Sibirin işğalına yol açdı. Sibir xəz malı ilə zəngin idi. Rus tacirləri Uralarxası ərazilərin xəz dərisini ələ keçirir, bundan çoxlu gəlir əldə edirdilər. Belələrindən biri Stroqanovlar ailəsi idi. Hökumət onlara qalalar tikmək, qoşun saxlamaq hüququ vermişdi. Onların ətrafına Volqadan gəlmiş çoxlu quldur və başkəsənlər toplaşmışdı. Onların başında quldur ataman Yermak dururdu.
1563-cü ildə Kuçum xan Sibir xanlığında hakimiyyətə gəldi və Rusiyadan vassal asılılığını qəbul etdi. 1571-ci ildə Rusiyanın vassalı olmasından imtina etdi. Ataman Yermak Stroqanovların pulu ilə 1581-ci ildə Sibir xanlığı üzərinə hücum etdi. Sibir xanlığının mərkəzi Kaşlık şəhərini tutdular, lakin Yermak İrtış çayını keçərkən çayda boğuldu.
Ruslar işğalçılıq niyyətlərindən əl çəkmədi. 1586-1587-ci illərdə ruslar Sibirdə Tümen, Tobolsk, Tara şəhərlərini salmağa başladılar. 1598-ci ildə Ob çayı sahilində baş vermiş döyüşdə Kuçum xan məğlub oldu və kiçik qoşunla Sibirə çəkildi. Beləliklə, Qərbi Sibir də Rusiyanın tərkibinə qatıldı.
Livoniya müharibəsi (1558-1583). Rusiya əlverişli ticarət limanlarına malik olmaq, yeni torpaqlar ələ keçirmək üçün Baltik dənizinə çıxmağa can atırdı. Baltik dənizinə çıxmaq yolunda ən böyük əngəl Livoniya ordeni idi. Rusiyanın işğalçılıq siyasəti Livoniya ilə müharibəyə səbəb oldu. 1558-1583-cü illəri əhatə edən müharibə tarixdə Livoniya müharibəsi adlandı.
1558-ci ilin yanvarında Rusiya Livoniya ordeninə qarşı müharibəyə başladı. Rusiya Livoniya konfederasiyasına (Buraya Livoniya ordeni, Riqa arxiyepiskopluğu, Derpt, Ezel, Kurlandiya yepiskopluğu daxil idi) məxsus torpaqları tutmağa çalışırdı. Müharibənin ilk illərində Livoniya ordeni məğlub edildi və onun varlığına son qoyuldu.
Livoniya məğlub olandan sonra Rusiya Polşa, İsveç, Litva kimi güclü dövlətlərlə üzləşdi. Bu müharibə Rusiya dövlətini sarsıtdı. 1564-cü ildə Polotskyaxınlığında Litva rus qoşununu məğlub etdi. Kurbskinindüşmən tərəfinə keçməsi vəziyyəti daha da ağırlaşdırdı. 1569-cu ildə Polşa və Litvanın birləşməsi Rusiyanın vəziyyətini pisləşdirdi.
1579-cu ildə İsveç ordusu Novqorod torpağına soxuldu, Pskov mühasirəyə alındı (1581), lakin onu tutmaq mümkün olmadı. 1582-ci ildə Rusiya ilə Reç Pospolita arasında barışıq bağlandı. Barışığa əsasən, Rusiya Smolenski sərhədindəki Velijiitirdi. 1583-cü ildə İsveçlə barışıq bağlandı, Baltik dənizinin Rusiyaya məxsus sahilboyu ərazisi, yəni Narva, Yam, Koporye, İvanqorod İsveçə verildi.Livoniya müharibəsində Rusiya Baltik dənizinə çıxmaq məqsədinə çata bilmədi.
Reç Pospolitanın yaranması. Livoniya müharibəsində Litva ağır vəziyyətə düşdü. Litvanın yuxarı dairələri xilas yolunu Polşa ilə birləşməkdə gördü. 1569-cu ildə Lublin şəhərində Polşa ilə Litva arasında uniya bağlandı.Bu iki dövlət Reç Pospolita adlı dövlətdə birləşdi. Bu dövlətə Ukrayna və Belorusiya ərazisinin də bir hissəsi daxil idi.
Polşa-Litva maqnatları (Polşada iri feodal, varlı və əsilli şəxs) və şlyaxtası (Polşada hakim feodal təbəqəsi) yaranmış vəziyyətdən istifadə edib rusları Baltik sahilindən çıxarmağa və rus torpaqlarını tutmağa çalışırdılar. Lakin 1572-ci ildə Reç Pospolita krallıq oldu. Rus çarı IV İvan Reç Pospolita taxtına sahib olmaq istədi. Lakin Osmanlı dövləti buna imkan vermədi. Rusiya əleyhdarı Stefan Batori Reç Pospolita kralı seçildi.
Reç Pospolitanın zəifləməsi. Livoniya müharibəsi 1583-cü ildə Reç Pospolitanın xeyrinə qurtardı. Bu dövlət XVI əsrin sonu və XVII əsrin əvvəllərində Rusiyada hökumət böhranından istifadə edib onu parçalamaq istəyirdi.
Reç Pospolita I Yalançı Dmitri və II Yalançı Dmitridənistifadə edib Rusiyada hakimiyyəti ələ keçirməyə çalışırdı. Polşa Rusiyaya qarşı açıq müdaxiləyə başladı. 1609-cu ildə Reç Pospolitanın kralı III Sigizmundunqoşunları Rusiyaya hücum etdi. Rusiya boyar və zadəganları onun oğlunu hakimiyyətə dəvət etdilər. Rus xalqının polyaklara qarşı azadlıq mübarizəsi Polşa müdaxiləsini iflasa düçar etdi.
1618-ci ildə Deulino kəndindəRusiya ilə Reç Pospolita arasında saziş bağlandı. Sazişə əsasən, Smolensk və Çerniqov-Seversktorpaqları Reç Postalitaya verildi.
Məktəblər. XI əsrdə Kiyev dövləti Avropanın ən iri dövlətlərindən biri idi. Kiyev knyazı Vladimir Bizans imperatorunun qızı ilə evlənmişdi. Kiyevin böyük knyazı Yaroslav Mudrı (1019-1064) dövründə maarif inkişaf etmiş, kitablar rus dilinə tərcümə edilmiş, oğlanlar üçün məktəblər açılmışdı. XI əsrdə Vladimir Monomaxın bacısı Kiyevdə qız məktəbi açmışdı.
Memarlıq. Rus memarlığında mozaika və freskalardangeniş istifadə edilirdi. Bu dövrün ən gözəl memarlıq nümunəsi Kiyevdəki Müqəddəs Sofiya məbədidir.XV əsrdə vahid Rusiya dövlətinin yaranması mədəniyyətin inkişafına səbəb oldu. Bu dövrdə Moskva Kremli yenidən tikildi. XV əsrin 70-ci illərində Kremlin mərkəzində Uspenski kilsəsinininşasına başlandı. Onu İtaliyadan dəvət olunmuş Aristotel Fioravanti rus və intibah memarlığının nailiyyətləri əsasında tikilmişdi. Bu- kilsədə ibadətlə yanaşı, tacqoyma mərasimi keçirilir, Zemstvo yığıncağı çağrılır, müharibələrin başlanması elan olunurdu.
XVI əsr rus memarlığının zirvəsi (Moskvadakı Qızıl meydandakı) Pokrov (Vasili Blajenni) məbədidir. Bu dövrdə daş memarlığı geniş yayılmış, əsrlərdən bəri ağac memarlığının müsbət üsullarından istifadə edilmişdi. Vasili Blajennı məbədi bir-birinə oxşamayan 9 kilsədən ibarətdir.
Tökmə sənəti. Kitab çapı. XV əsrin sonunda Rusiyada tökmə sənətigeniş yayılmışdı. Həmin əsrin 80-ci illərində Moskvada
dövlət topxanasıfəaliyyət göstərirdi. Bu topxananın da ustası Andrey Çexov 1486-cı ildə «Tsar-puşka» ("Çar-top")adlanan,
ağırlığı 40 ton olan top tökdü. İndi bu top Moskva Kremlində saxlanılır.
Hökumət və kilsə dini kitabların yayılmasında maraqlı idi. 1564-cü ildə Moskvada dövlət mətbəəsi açıldı.Mətbəəyə İvan Fyodorov və PyotrMstislavetsbaşçılıq edirdi. Kitab çapı Rusiyanın mədəniyyət tarixində böyük hadisə idi.
Kiyevdə Nestor «Ötən günlərin dastanı»əsərini qələmə almışdı. Ayrı-ayrı knyazların salnaməsi yazılırdı. Rusiyada Kiyev dövrünün qədim bılinalarını monqol zülmündən sonra yenidən yazdılar və rus xalqının bütün düşmənlərini monqol kimi qələmə verdilər. Bu, tarix üçün bağışlanılmaz səhvdir.