“Cəzirət-əl-ərəb” adlanan, Ərəbistan yarımadasında yaşayan əhali iki yerə bölünürdü.
- Köçəri ərəblər (bədəvilər)-maldarlıqla məşğul olurdular. Onların ən yaxın köməkçisi “səhra gəmisi” ad-lanan dəvələr idi;
- Oturaq ərəblər-vahələrdə yaşayır və ticarətlə məşğul olurdular.
610-cu ildən başlayaraq Hz. Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başladı. İslamı qəbul etmiş hər bir müsəlman aşağıdakı 5 şərti qəbul etməli idi:
- Kəlmeyi-şəhadəti bilməli;
- Gündə 5 dəfə namaz qılmalı;
- Oruc tutmalı;
- Zəkat verməli;
- Həccə getməli;
622-ci ildə Hz Məhəmməd peyğəmbər islam dininə qarşı maneələri aradan qaldırmaq üçün Məkkədən Mədinəyə hicrət etdi və Mədinədə müsəlman icması yarandı. Qəbilə icmasından fərqli olaraq müsəl-man icmasında insanları islam dini birləşdirirdi.
Xəlifə Məhəmməd peyğəmbərin müavini və dövləti idarə edən şəxs hesab olunurdu. Xəlifə əsasən rəhbərlik edirdi:
- Xilafətin təsərrüfat həyatına;
- Məhkəmə və hərbi işlərə;
- Dini işlərə;
- Vəzifəli şəxslərin və əyalət hakimlərinin təyin edilməsinə.
Qeyd: Ərəb xilafəti Atlantik okeanından başlayaraq Çin səddinə qədər geniş ərazini əhatə edirdi.
Əməvilər xilafəti (661-750)
661-ci ildə I Müaviyə Əməvilər xilafətinin əsasını qoydu. Əməvilər xilafətinə aiddir:
- İspaniyanın fəthinin başlanması (711 -ci il);
- Puatye döyüşü (732-ci ildə franklara məğlub olan ərəblərin Qərbi Avropada irəliləməsi dayandı);
- Paytaxtın Dəməşq (Şam) şəhəri olması.
Abbasilər xilafəti (750-1258)
Abbasilər xilafətinə aiddir:
- Təsərrüfatın və mədəniyyətin in-kişafı;
- “Billik evi”nin qurulması (805-ci il);
- Daxili üsyanların başlanması;
- Harun ər-Rəşidin vergi islahatı (əkilməyən torpaqlardan da ver-gi alınırdı);
- 783-785-ci illərdə Orta Asiyada Müqənna üsyanınının baş verməsi (Məzdəki təlimini yenidən bərpa etmişdi);
- Türklərin orduya cəlb olunması;
- Zəifləməyə başlaması( IX əsrdən etibarən)
- Bağdad xilafəti adlanması;
- Ərəb ədəbiyyatının inkişafı (“qızıl dövr”);
- İspaniyada Kordova əmirliyinin yaranması (VIII əsr);
- İri feodalların güclənməsi və xalq üsyanları nəticəsində dağılması;
- Misir, Mərkəzi Asiya, İran və Əfqanıstanın ayrılması (IX əsr);
- Ərazisində müxtəlif əmirliklərin yaranması.
Torpaq mülkiyyəti:
- Mülk-iri feodallara məxsus idi və sahibi malik adlanırdı;
- İqta-hərbi xidmətə görə verilirdi;
- Vəqf-dini müəssisələrə aid idi;
- Divan-dövlət torpaqları;
- İcma-ümumi istifadə olunan torpaqlar;
- Xassə- xəlifə nəslinə aid torpaqlar.
Vergilər:
- Xərac-məhsul vergisi;
- Zəkat-yoxsulların xeyrinə varlılardan alınırdı;
- Cizyə-İslam qəbul etməyən yəhudi və xristianlardan alınırdı;
- Xüms- daşına biləcək əmlakdan və insanların faydalandığı bütün məhsullardan alınırdı.