Xaç yürüşləri

Xaç yürüşləri

1095-ci il Klermo qurultayında II Urban kütlələri Şərqə yürüşə çağırıd. Bu çağırış kütlələrin böyük marağına səbəb oldu. Qərbi Avropadakı təhkimçi kəndlilər öz gələcəklərini Şərqdə görürdülər. Feodallar isə Şərqdə asılı kəndlilər əldə etmək istəyirdilər. Roma Papası isə Şərqdə öz mülklərini artırmaq istəyirdi.
Xaç yürüşü (1096-1099)-I Xaç yürüşünə aiddir:
  • Fransa, Almaniya və İtaliya feodallarının üstünlük təşkil etməsi;
  • Qüdsün tutulması (1099-cu il);
  • Aralıq dənizinin Şərq sahillərində səlibçi dövlətlərin yaranması (Qüds krallığı ən başlıca səlibçi dövləti hesab olunurdu).                                                         
Növbəti xaç yürüşlərinə aiddir:
  • II Xaç yürüşünün başlanması (1147-ci il);
  • Səlahəddin Əyyubinin səlibçiləri Qüdsdən qovması;
  • III Xaç yürüşünün başlanması (1190-cı il);
  • IV Xaç yürüşünün təşkil edilməsi (1202 -1204-cü illər).

Səlib yürüşlərinin nəticələri:
  • Qərb feodallarının Şərq ölkələrini işğal etmək cəhdləri baş tutmadı;
  • Aralıq dənizində ticarət daha da canlandı;
  • Şərqlə ticarətdə birincilik Şimal İtaliya şəhərlərinin əlinə keçdi;
  • Venesiya və Genuya Şərqlə ticarətdə Bizansı geridə qoydu;
  • İtaliya tacirlərinin, Suriya,Krım və Qafqazda ticarət mərkəzləri yarandı;
  • Avropalılar kağız,barıt və kompasla tanış oldu.
Top