Franklar

Franklar

Alman tayfalarına aiddir:
  • Qərbdə Reyn, Şərqdə Visla, Cənuba Alp dağları və Dunay çayı, Şimalda Baltik və Şimal dənizləri arasındakı ərazidə yaşamaları;
  • Roma imperiyası ilə sıx əlaqə saxlamaları vəikitarlalı əkin qaydalarını öyrənmələri;
  • Nəsli icmanın qonşuluq icması ilə əvəz olunması (V-VI əsrlər);
  • Mühüm məsələlərin xalq yığıncağında həll olunması;
  • Qonşuluq icmasına keçid nəticəsində bərabərsizliyin yaranması;
  • Müxtəlif krallıqlar qurmaları (İspaniyada Vestqot, İtaliyada Ostqot, Şimal Afrikada Vandal və Britaniyada Anqol-saks);
  • “Xalqların böyük köçü” ndə iştirak etmələri.
Frank dövləti (500-843)
486-cı il Suassan döyüşündə qələbə qazanan Xlodviq Qalliyanın bir hissəsini ələ keçirdi.Qalliyadakı Roma quldarları və digər frank tayfa başçıları Xlodviqə tabe oldular. 500-ci ildə Frank dövləti yarandı. Frank dövlətinə aiddir.
  • Xristianlığın qəbul edilməsi;
  • Qanunlar toplusunun hazırlanması;
  • Ölkənin vilayətlərə bölünmsəi və vilayətlərin qraflar tərəfindən idarə edilməsi(qraflar vergi yığır, məhkəmə işlərinə baxır və döyüşçü dəstələri toplayırdı);
  • Kəndli torpaqlarının tutulması (“himayə” yolu ilə);
  • Asılı və təhkimli kəndlilərin yaranması.
Böyük Karlın dövrü (768-814)
Böyük Karla aiddir:
  • Karolinqlər sülaləsinə mənsub ol-ması;
  • Frank imperiyasını qurması (800-cü il);
  • İspaniyada ərəblərlə müharibə aparması;
  • Saksları tabe etməsi (saks əyanlarını öz tərəfinə çəkməklə);
  • Kəndlilərin ordudan uzaqlaşdırılması;
  • Kəndlilərdən töycü aılnması;
  • İri torpaq sahiblərinin hərbi xidmətə çağırılaması;
  • Kəndlilərin biyara çağırılması;
  • “Karolinq oyanışı”nın baş verməsi;
  • “Saray akademiyası” nın qurulması.
Natural təsərrüfatın hökümranlığı şəraitində və feodalların torpaq üzərində mülkiyyətinin möhkəmlənməsi nəticəsində Frank imperiyası zəiflədi. 843-cü il Verden müqaviləsinə əsasən, Frank imperiyası Fransa, Almaniya və İtaliya krallıqlarına parçalandı. Yeni yaranmış krallıqlar da iri və xırda feodal mülklərinə parçalandı. Beləliklə,Qərbi Avropada IX-XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başladı.
Feodal dağınıqlığı dövrünə aiddir:
  • Natural təsərrüfatın höküm sürməsi;
  • Feodalların qəsr və qalalarda yaşaması;
  • Feodal nərdivanının mövcud olması (kənsliləri itaətdə saxlamaq və ara müharibələr aparmaq üçün);
  • Turnirlərin keçirilməsi;
  • Feodalların senyor və vassallara bölünməsi;
  • “Cəngavər şərəfi” qaydasının mövcud olması;
  • Feodalların gerb və devizə mailk olması;
  • Ara müharibələrin mövcud olması.
Fransa krallığına aiddir:
  • Ən iri feodal mülkünün Normandiya (normand sözünün mənası “şimal adamı” deməkdir) hersoqluğunun olması;
  • Feodal dağınıqlığının hökm sürməsi;
  • Bretan və Fladriya qraflıqlarının mövcud olması;
  • Feodalların kral hakimiyyəti ilə hesablaşmaması (“kral bərabərlər içində birincidir” ifadəsi).
Top