Mədə yanması bütün yaş dövründə olan insanların ümümi xəstəliyidir, lakin bu xəstəlik əlbəttə ki, nisbətən yaşlı nəslin nümayəndələrini daha çox və tez – tez narahat edir.
Bu problemin həlli yolunda sizi maraqlı və ən əsası təbii yolla müalicə yolu ilə tanış edəcəyik. Bu problemdən qurtulmağın 3 təbii qurtulma vasitəsi mövcuddur.
Bu ənənəvi üsulun köməyilə mədə şirəsinin turşuluğu azalacaq və mədənin şirəli divarları qıcıqlandırıcılara qarşı cavab reaksiyası daha da möhkəmlənəcək.
Çobanyastığı çayı
Çobanyastığı çayı turşululuğu azaldır və mədənin divarlarını turşuluq ərplərindən təmizləyir. Hazırlanma üsulu isə belədir: 2 – 3 xörək qaşığı qurudulmuş çobanyastığını 1 stəkan isti suya əlavə edin və 15 dəqiqə kənara qoyun. Gün ərzində 2 – 3 stəkan için və faydasını görəcəksiniz.
Zəncəfil
National Heartburn Alliance tibbi təşkilatın mütəxəssisləri mədə yanması ( qıcqırma ) əleyhinə zəncəfilin çox effektiv olduğunu bildirirlər. Lakin, bu bitkini olduqca ehtiyatlı istifadə etmək lazımdır. Günəlik doza norması 2 – 4 qr. təşkil edir. Həmçinin müxtəlif zəncəfilli çaylar hazırlayıb içmək, yaxud da ki, sadəcə zəncəfilin kökünü çeynəmək olar.
Soda
Soda – hətta bizim qədimdən bəri nənələrimizin və analarımızın bu problemi aradan qaldırmaq üçün istifadə etdikləri ən geniş yayılmış üsuldur. 1 stəkan suya yarım çay qaşığı soda əlavə edib qarışdırın və bu qarışımı için. Yanma ağrısı sizi tezliklə tərk edəcək. Soda qida turşuluğunu azalmasını və qida boru sisteminin işini çox gözəl neytrallaşdırır.
Bütün bu deyilən məsləhətlər əlbəttə ki, yüngül dərəcəli ağrılar üçün nəzərdə tutlub. Əgər sizin ağrılarınız möhkəm şəkildə tutursa və mütəmadi bir qayda olaraq baş verirsə, o zaman həkimə müraciət etmək mütləq vacibdir!