Bağırsaqların normal fəaliyyəti insan sağlamlığında çox böyük rol oynayır. Bağırsaqlar pis işləyəndə ziyanlı maddələr vaxtında xaric olunmur və yenidən orqanizmə sovrularaq intoksikasiyaya (zəhərlənmə) səbəb olur. Belə xroniki intoksikasiya bütün orqanizmə ciddi ziyan vurur, orqanizmdə qocalma proseslərini sürətləndirir.
Bağırsaqları təbii şəkildə təmizləmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.
Alma sirkəsi
Alma sirkəsi bağırsaqlarda faydalı bakteriyaların sayını artırır, bağırsaqlara çox yaxşı antiseptik təsir edir. Qəbizlikdən əziyyət çəkirsinizsə müntəzəm olaraq təbii alma sirkəsi əlavə olunmuş su için.
Su
Su bütün orqanizmi və o cümlədən bağırsaqları təbii olaraq təmizləyir. Bir çox hallarda məhz suyun az miqdarda qəbulu qəbizliyə səbəb olur.
Tərəvəz smuziləri
Tərəvəzlərdən hazırlanmış smuzilər qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlara «süpürgə» kimi təsir edir. Tərəvəz şirələri ilə səhv salmayın. Belə şirələr qidalı liflədən məhrumdur.
Buğda kəpəyi
Buğda kəpəyi bağırsaqlarda həzm olunmur, bağırsaqların fəaliyyətini gücləndirir, müxtəlif ziyanlı maddələri özünə hopduraraq çölə çıxardır. Kəpəyi yeməklər, sıyıqlara, salatlara, qatığa əlavə edə bilərsiniz.
saglamolun.az