Gəyirmənin qarşısını necə almalı?

Gəyirmənin qarşısını necə almalı?

Gəyirmə mədədən və yemək borusundan qazın ağız boşluğu vasitəsilə, bəzən mədə möhtəviyyatının qarışığı ilə birlikdə özbaşına qəfildən çıxmasıdır. Qaz hava düşməsi nəticəsində mədədə toplanır. Sistematik olaraq təkrarlanan gurultulu gəyirmə çoxlu qaz udanda və isteriyada müşahidə edilir.

Belə ki, tez-tez baş verən gəyirmə qastrit, xora xəstəliyi və digər mədə xəstəliklərinin, həmçinin qaraciyər, öd kisəsi və kor bağırsaq xəstəliklərinin əlaməti ola bilər. Turş gəyirmə bəzən mədə şirəsinin yüksək turşuluğundan xəbər verir.

Acı gəyirmə ödün onikibarmaq bağırsaqdan mədəyə keçməsi nəticəsində meydana gəlir. Lax yumurta qoxusu verən çürüntülü gəyirmə hidrogen-sulfidin ayrılıb çıxmasını göstərir və bu, mədədə qida kütlələrinin uzun müddət qalması nəticəsində əmələ gəlir. Həmin hal mədə çıxacağının daralması zamanı baş verir. Çürüntülü boş gəyirmə orqanizmin nevrotik vəziyyətinin təzahürü kimi özünü göstərir.

Gəyirməyə qarşı slavyan xalq təbabətində keçi südündən istifadə olunur. Hər gün səhər, günorta və axşam yeməkdən əvvəl yarım litr keçi südü içiləndə müalicənin üçüncü ayının axırında, bəzən bundan da tez gəyirmə yox olur. 4-6 damcı qərənfil yağının qəndin üzərinə damızdırılıb gündə bir-iki dəfə qəbul edilməsi gəyirmənin qarşısını alır.

Onun qarşısını almaq üçün belə bir müalicə formasından da istifadə etmək olar: hərəsindən 15 qram istiotlu nanə yarpağı, boymadərən çiçəkləri, şüyüd meyvəsi, 30 qram dazının otu və 2 qram üçyarpaq su yoncasının yarpaqları bir-birinə qarışdırılır, qarışıqdan 2 xörək qarışığı üzərinə 2 stəkan qaynar su əlavə edərək 2 saat dəmləniləndən sonra süzülür, alınan dəmləmənın gün ərzində 1-2 xörək qaşığı miqdarında qəbul edilir.
Top