Babasil çox yayılmış pozulmadır. Babasilin əsas səbəblərindən biri xroniki qəbizlikdir. Babasildən əziyyət çəkən insanda qəbizlik tez-tez inkişaf edirsə, genişlənmiş damarlar daha da şişir, qanaxmalar əmələ gəlir.
Nəticədə babasil kəskinləşir, ağır fəsadlar əmələ gəlir. Beləliklə, babasildən əziyyət çəkən insan mütləq qəbizliyin qarşısını almalıdır. Bu işdə bəzi qidalar çox yaxşı kömək edir — bağırsaqlarn fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır. Bu qidalar arasında:
1. Bitki lifləri ilə zəngin olan məhsullar: təzə meyvə və tərəvəz (xüsusilə çuğundur, kök, gül kələmi, brokkoli kələmi, kabaçkı), tamdənli yarmalar (xüsusilə yulaf, arpa, darı yarmaları), buğda kəpəyi.
Ərik və qara qavalı xüsusilə faydalıdır. Bu 2 meyvə hətta güclü qəbizlik zamanı kömək edir. Təzə meyvələr olmadıqda, ərik və qara qavalı qurularından istifadə edin.
Buğda kəpəyi də qəbizlik zamanı çox yaxşı təsir edir. Qəbizlikdən əziyyət çəkənlər buğda kəpəyinin hər gün qidalanmasına daxil etməlidir. 1 x.q. buğda kəpəyi istənilən qidaya — sıyıq, sup, püre və s. əlavə etmək olar.
2. Süd məhsulları (xüsusilə lakto- və bifidobakteriyalarla zənginləşdirilmiş kefir, yoqurt, ryajenka və s.). Çay, qəhvə, nar şirəsi, kisel, spirtli içkilər babasil zamanı çox ziyanlıdır.
3. Bitki yağları (xüsusilə zeytun, kətan yağı). Yağları tərəvəz salatlara əlavə edin. Axşam yatmazdan əvvəl 1 stəkan kefir götürün, 1 desert qaşığı zeytun yağı əlavə edin, qarışdırın və qəbul edin. Bu sadə vasitə bağırsaqları çox yaxşı işlədir.
Babasildən əziyyət çəkənlərə həkimlər bu kimi məsləhətlər verir:
— Gün ərzində tez-tez (5-6 dəfə) və az-az yeyin. — Gün ərzində 1,5-2 l təmiz su için.
— Hərəkətli olun. Bu bağırsaqların fəaliyyətini yaxşılaşdırır.
— Pəhrizlərdən istifadə etməyin. Ha hazırda dəbdə olan zülali və düyü pəhrizi xüsusilə ziyanlıdır.