Ülgücü həzm edən turşular mədəyə niyə zərər vermir?

Ülgücü həzm edən turşular mədəyə niyə zərər vermir?

Orqanizmimizdəki proseslərin baş verməsi, yəni orqanlarımızın işləməsi və hüceyrələrimizin yenilənməsi üçün ehtiyacımız olan əsas maddələri müxtəlif yemək və mayelərdən alırıq. Amma yediyimiz hər yeməyin ilkin maddələrə ayrılması və bədənimizdə istifadə olunması üçün dəyişikliyə uğraması, yəni həzm edilməsi vacibdir. Bu əməliyyatda əsas rol mədəyə məxsusdur. Özü də ətdən ibarət olmasına baxmayaraq, əti həzm edən mədə turşu ifraz edərkən özü-özünü həzm etmir. Bunun üçün mədədə xüsusi sistem mövcuddur.

Hər mərhələsi xüsusi məqsədə xidmət edən mədənin mükəmməl quruluşu var. Yediyimiz yemək qida borusundan keçəndən sonra mədəyə düşür. Mədədəki həzm əməliyyatı ağızdakı həzm hərəkətlərindən fərqlənir. Burada güclü təsirə malik olan turşular fəaliyyətə başlayır. Yemək qida borusundan mədəyə düşər-düşməz mədənin səthindəki hüceyrələr mədə şirəsi ifraz etməyə başlayırlar. Bu maye ilə eyni zamanda pepsin fermenti və xlorid turşusu adlanan kimyəvi maddələr də ifraz edilir. Bu turşular ülgücü belə həzm etməyə qadirdir. Zülal kimi çətin həzm olunan maddələr üçün bu turşuların olması vacibdir. Ancaq burada çox vacib bir nüans var. Mədənin özü də zülaldan ibarətdir. Elə isə bir ülgücü həzm etməyə qadir olan turşu mədəyə niyə zərər vermir?

Bu da insan bədənindəki bənzəri olmayan dizayn nümunələrindən biridir. Mədənin girintili-çıxıntılı divarlarının dərinlikləri sayəsində mədə özü-özünü həzm etməz. Mədə divarlarındakı dərin çuxurlarda bir-birindən fərqli xüsusiyyətlərə malik olan hüceyrələr mövcuddur. Həssas tarazlıq içində mədədəki bəzi hüceyrələr turşu ifraz edərkən bu hüceyrələrlə bərabər başqa hüceyrələr də yapışqan maye ifraz edirlər. Selik adlanan bu maye mədənin səthini örtür və mədə divarını turşulardan sanki bir qalxan kimi qoruyur və fermentlərin mədəyə zərər verməsinin qarşısını alır. Parçalayıcı fermentlərlə yanaşı, infeksiya yayan virus və mikroorqanizmlərin hüceyrələrin içinə girmələrinin qarşısını alan selik eyni zamanda qidaların kanalda rahat sürüşməsini təmin edir.

 

Top