Mədə yanğısı hissi qədər xüsusilə bunu ən ac zamanınızda yaşayırsınızsa dadlı bir nahar yeməyinin ləzzətini qaçıran mənfi bir emosiya yoxdur.Əlinizin altında uyğun dərman vasitələri yoxdursa bu problemi daha da qəlizləşdirmiş olur.Aşağıdakı 3 üsulla bu “”çağırılmamış qonaq” sizi bir daha narahat etməyəcək.
1)Saqqız çeynəyin—Belə ki,yeməkdən 30 dəqiqə sonra 5-10 dəqiqə ərzində saqqız çeynəmək ağız suyu vəziləri kimi mədənin selik ifraz edən vəzilərini də aktivləşdirməklə sürətli həzmi və artıq turşuların “uzaqlaşdırılması” prosesini sürətləndirəcək.
2) Yemək sodası—Yarım və ya tam çay qaşığı sodanı bir sətkan suda həll etməklə daxilə qəbul edin.Bununla mədə turşusunu asanlıqla neytrallaşdıraraq “rahatlıq” tapmış olacaqsınız.Bunu daima etmək məsləjət görülmür,çünki,davamlı olaraq soda qəbul etmək ödemə qusmaya səbəb ola bilər.
3)Aloe—Alimlər artıq çoxdandır ki,onun şirəsinin təkcə günəş yanıqları üçün istifadə oluna bilməyəcəyini və digər hallarda da ilkin tibbi yardım vasitəsi olaraq tətbiq oluna bilinəcəyini bildirirlər.Belə ki,yeməkdən yarım saat qabaq qəbul olunmuş yarım stəkan aloe şirəsi sizə naharınızdan zövq almağa kömək edəcək.Unutmaq lazım deyil ki,bu şirə yumşaldıcı effekti ilə digər bağırsaq problemlərinin də meydana çıxmasına səbəb ola bilər.
Yuxarıda göstərilən vasitələr ilkin yardım xarakteri daşımaqla bərabər müvəqqəti atıla bilinəcək addımlardır.Hər bir halda davamlı şəkildə narahatlıq hiss etdiyiniz zaman mütləq mütəxəssis həkimlə məsləhətləşməyi unutmayın.