Disbakterioz-yoğun və nazik bağırsaq mikroflorasının tərkibi,növü və miqdarı aasındakı uyğunsuzluğun nəticəsi olaraq meydana çıxan kliniki-laborator sindromdur.Disbakterioz ayrılıqda müstəqil bir xəstəlik olmayıb MBT-da foralaşan xəstəliklərin (qastrit,pankreatit,öd daşı xəstəliyi) əlaməti və davamı olaraq müşahidə olunur.Həmçinin disbakterioz kəskin qida rasionunun dəyişikliyi,köklü pəhriz planları,qida çatışmazlığı və ya artıqlığı fonunda,hormonal dəyişiklik,immun çatışmazlıq,keçirilən bağırsağn infeksion xəstəlikləri zamanı,bəzi dərman preparatlarının (antibiotiklər,hormonal preparatlar,antiasid dərmanlar) qəbulundan sonra da büruzə edə bilər.
Əlamətləri:
MBT orqanlarda müşahidə olunan əlamətlər:
1) Stulun pozulması və mütənasibsizliyi
2) Meteorizm və kəskin yel xaric olunması
3) Qarında dövr edən ağrılar
4) Öd kisəsində daş toplanması
5) Ağız boşluğunda dağlanma və hepatit
Digər orqanlarda müşahidə olunan əlamətlər:
1) Təkrarlanan sistitlər,sidik daşı xəstəliyi,pielonefrit
2) Qinekoloji iltihabi xəstəliklər
3) Aterpskleroz və hipertenziya
4) Qida allergiyası və təkrarlanan iltihab
5) Avitaminoz və piylənmə
6) Bronxial astma və kəskin bronxit
7) Anemiya,ümumi əzginlik və gərginlik
8) Depressiya,qarışıq yuxu rejimi
9) Dəri və şiş xəstəlikləri
Bütün bu əlamətlərin yazılması onların kompleks olaraq meydana gəlmə mümkünlüyü çünü deyil,hər hansı biri və ya bir neçəsinin meydana çıxma ehtimalı ilə əlaqədar yazılıb və bununla belə unudulmamalıdır ki,disbakterioz müstəqil bir xəstəlik deyil.Disbakterioz bir çox hallarda bəzi sindromların adı altında “gizlənir”:
1) Qıcıqlanmış bağırsaq sindromu
2) Nazik bağırsağın bakterial yüklənmə sindromu
3) Bağırsağın disbiozu
4) Yoğun bağırsaq mikroflorasının kontaminasiyası
Diaqnostika:
1) Nəcisin disbakterioz üzərinə əkilməsi
2) Nazik bağırsaq divarından əldə olunmuş aspirat və bioptatların əkilməsi (nadir hallarda istifadə olunur)
3) Qaz-maye xromotoqrafiya və kütlə-spektrometriya (bağırsaq möhtəviyyatı təhlil olunaraq mikrofloranın say nisbəti,qarşılıqlı münasibət dərəcəsi,keyfiyyəti təhlil olunur)
4) Tənəffüs testləri (bakteriyaların həyat fəaliyyətinin nəticəsi olan məhsulların nəfəslə xaric ola bilməsi ehtimalı üzərinə aparılır)
Müalicə:
Disbakteriozun müalicəsi üçün ilk növbədə bağırsağın normal mikroflorasının inkişafının qarşısını alan istənilən növ “təhlükə” uzaq tutulmalıdır.Tütün məhsulları və spirtli içkilərdən uzaqlaşmaq,qida rasionunu tənzimləmək,onu vitaminlər və süd məhsulları ilə zənginləşdirmək lazımdır.Qidanı hər gün ritmik şəkildə qəbul etmək və delikateslərə sərhəd qoymaq mütləqdir.Unutmayaq ki,bağırsaqda bizim qidalandırdığımız bakteriyalar inkişaf edir və onların “qidası” mikrofloranın say,növ və keyfiyyət tərkibini müəyyən edir.
Medikamentoz müalicə:
Probiotik:Tərkibi bağırsaqda simbioz həyat tərzi sürən faydalı növlər və onların həyat məhsulları ilə zənginləşdirilimiş preparatlardır.Bu dərman vasitələri və bioloji aktiv əlavələri qəbul etməklə biz bağırsağı onun “əsl sakinləri” ilə məskunlaşdırmış oluruq.
Prebiotik:Mikroorqanizmlərin özlərini ehtiva etməsə də onlar üçün faydalı mühit yaradır.Bu tip dərmanlar tərkib etibarilə oliqosaxaridlər,fermentlər,turşular və digər əlavələrdən ibarətdir,hansı ki,bağırsaq mikroflorasının qidasını təmin edir və onların say və miqdar artımına səbəb olur.
Bunlardan əlavə paradoksal olsa da MBT fəaliyyətini yaxşılaşdırmaq üçün antibiotiklər,sorbentlər və digər fermetlər də təyin edilə bilər.Bunun üçün də məlumatı oxuyar-oxumaz “özünüzün həkimi olmaq” fikrinə düşərək aptekdə olan bu növ istənilən adda preparatları qəbul etmək əvəzinə ilk növbədə mütləq həkim-qastroenteroloq ilə məsləhətləşməyi və lazımi müayinədən keçməyi unutmayın!