Mədə-bağırsaq qanaxmalarının diaqnozu qanaxmanın xarici əlamətlərinə görə qoyulur (qanhayxırma,qanqusma,melena,çoxlu miqdarda qanın xaric olması) Diaqnoz bəzn damar kollapsı əlamətlərinə görə təyin olunur.Hematokritin,dövr edən qanın həcminin müayinəsi diaqnozu təsdiqləməyə şərait yaradır.İlk saatlarda qanda hemoqlobin və eritrositlərin miqdarı dəyişilməyə bilər,sonra isə aşağı düşür
Qusuntu kütləsinin tünd rəngdə olması ancaq mədə-bağırsaq qanaxması zamanı deyil bəzən xəstələrin bəzi qida məhsullarını (kofe,çuğundur,qara qarağat) bəzi dərmanları (karbolen,bismut-nitrat) qəbul etməsi nəticəsində baş verir.Yoğun bağırsağın distal hissəsinin olan qanaxma zamanı nəcis al-qırmızı qanla qarışıq olur.Bəzən qida borusundan olan qanaxmanı səhvən ağciyər, bağırsaq qanaxmasını isə (qadınlarda)-uşaqlıq qanaxması hesab edillər. Müalicəsi:Mədə-bağırsaq qanaxmaları olan xəstəlkər dərhal cərrahi stasionara qospitalizasiya olunur.Müalicə qanaxxmanın səbəbindən asılı olaraq, əsasən aşağıdakı istiqamətə yönəldilməlidir: 1.Qanaxmanın mənbəyini yox etmək(cərrahi yolla və ya endoskopiya) 2.Hemostatik maddələr qəbul etməklə qanaxmanı dayandırmaq\3.Qanaxmanın yerini bərpa etmək: eyni qrup qanı və ya qanəvəzedici köçürmək 4.Şok və ya kollapsla mübarizə etmək, bunun üçün damar tonusunu qaldıran,ürəyin fəaliyyətini yaxşılaşdıran maddələrdən istifadə edilir Qanaxmaların müalicəsiondə ümumi prinsiplərlə soyuq proseduralar aiddir. Mədə-bağırsaq qanaxmalarında epiqastral nahiyəyə buz qoyulması (tez0tez dəyişdirilmək şəraitində) daxiulə buz verilməsi əhəmiyyətlidir Müəllif:Əhmədova Zeynəb