Xora xəstəliyi mədə və on iki barmaq bağırsağın ən çox rast gəlinən xəstəliyidir. Ahıl və qoca yaşlarda olan pasientlər, xüsusilə qadınlarda mədə xorası, cavan və orta yaşlı şəxslərdə xüsusilə 2 dəfə çox kişilərdə isə on iki barmaq bağırsaq xorası meydana çıxır.
Xora- mədə və on iki barmaq bağırsaq divarının selikli qişadan başlayan dərin qüsurudur. Bir çox mütəxəssislər bu xəstəliyi mədə şirəsinin aqressiv təsiri nəticəsində (ilk növbədə HCL turşusu və pepsin nəticəsində) meydana çıxdığını bildirirlər. Xoranın ölçüləri 0.2 sm-dən 2-3 sm qədər, dərinliyi isə orqan divarının tam enliyində ola bilər.
Yaranma səbəbləri: son dövrlərdə əsas səbəb kimi aşağıdakıları göstərilir: 1. Mədənin hipersekretor funksiyası (HCL turşusunun normadan artıq ifrazı) 2. Helicobacter pylori (H.P.) bakteriyası 3. Davamlı və ya uzunmüddətli qeyri-steroid iltihab əleyhinə preparatların qəbulu (aspirin, ibuprofen və s.) Simptomları: ən xarakter simptomlardan biri qarın nahiyəsinin yuxarı hissəsində ağrını yaranmasıdır, bu çox vaxt ac olan zaman meydana çıxan ağrılardır (yəni qida qəbulu arasındakı vaxtda). Ağrı gecələr də meydana çıxa bilər və bu zaman pasient məcburi olaraq qalxaraq ya dərman ya da qida qəbul etməli olur ( bu zaman isə ağrı ya HCL sekresiyasının dayanması və ya neytrallaşması hesabına keçir). Ağrı adətən, qida və ya dərman qəbulundan sonra 30 dəqiqə ərzində dayanır. Xəstəlik üçün spesifik olmayan əlamətlərdən isə ürəkbulanma, qida qəbulundan sonra mədədə ağırlıq hissi, mədənin dolma hissi, nadir halda rahatlıq gətirən qusma, iştahanın azalması, bədən kütləsinin azalması, qıcqırmanı göstərmək olar. Əgər bu simptomlar artıq xoranın kəskinləşməsindən sonra meydana çıxıbsa bu çox hallarda ağırlaşmaların verdiyi nəticələrdir. Xora xəstəliyini ağırlaşmaları. Ağırlamalarına aşağıdakılar aiddir: 1. qanaxma 2. perforasiya (deşilmə) 3. stenoz (mədə və ya on iki barmaq bağırsağın çıxış hissəsinin daralması) Qanaxma həm mədə, həm də on iki barmaq bağırsaq xorası olan xəstələrdə rast gəlinə bilər. Bəzən qanaxma xəstəliyin yeganə əlaməti kimi meydana çıxır. Əgər pasientdə xroniki qanaxma nahiyəsi qeyd olunursa, bu müəyyən vaxtdan sonra zəiflik, tez yorulma, təngnəfəslik, fiziki gərginlik zamanı ürək döyüntülərinin artması kimi əlamətlə özünü göstərəcək. Xəstənin xarici görünüşünə baxdıqda onda dəri və selikli qişaların avazıması (ağız boşluğu, gözün selikli qişası) nəzərə çarpır. Xoranın qanaxması kəskin və intensiv də ola bilər və bu da xəstənin həyatının təhlükə altında qoya bilər. Bu zaman isə yuxarıda göstərilən əlamətlər qəflətən meydana çıxır və sürətlə artır. Bununla yanaşı, xəstədə duru qara rəngli nəcis müşahidə olunur və ya xəstə qəhvəyə bənzər mədə möhtəviyyatı qusa bilər. Massiv qanaxma zamanı tikə şəklində qanlı qusma da müşahidə oluna bilər. Perforasiya və ya deşilmə. Əgər xora xəstəliyi müalicə olunmazsa, bu həmin orqanda daha dərin dəyişikliklərə gətirib çıxararaq mədə və ya bağırsaq xəstəliyi daha dəqiq desək mədə və bağırsağın divarını dağıdır və deşir. Bu zaman mədə və ya on iki barmaq bağırsaqda olan qida qarın boşluğuna düşür. Bu zaman qarında kəskin "xəncərəbənzər" ağrı meydana çıxır. Perforasiya xoranın həyati təhlükəli ağırlaşmalarından biridir və təcili cərrahi əməliyyat tələb edən bir haldır. Bəzi hallarda isə xora deşilib qarın boşluğuna yox, yaxınlıqdakı orqana "açıla" bilər, məsələn, mədəaltı vəz və ya piyliyə. Bu prosesin adı penetrasiyadır ( bağlı perforasiya) və bu da öz növbəsində cərrahi müalicə tələb edir. Mədə və ya on iki barmaq bağırsağın çıxış hissəsinin stenozu. Xoranın sağalma prosesi çapıqlaşma (birləşdirici toxuma ) ilə nəticələndiyindən tez-tez baş verən xoralar bu nahiyələrdə daralma əmələ gətirir. Nəticədə mədədən bağırsağa qidanın keçməsi çətinləşir, bəzən isə ümumiyyətlə keçə bilmir. Adətən, günün ikinci yarısında meydana çıxır və gecə ürəkbulanma və qusma ilə nəticələnir. Qusuntu kütləsində 2-3 sutka əvvəl qəbul olan qida qalıqları görünür. Qusma xəstəyə rahatlıq gətirir. Bağırsağa qidalı maddələrin keçməsi azaldığından xəstənin bədən kütləsi azalmağa başlayır. Diaqnostika
Müalicəsi İlk növbədə xəstəyə xüsusi rejim təyin olunmalıdır: qida rejimi (gün ərzində 5-6 dəfə qida qəbulu), ağrıya səbəb olan və ya onu çoxaldan qida məhsullarından imtina etmək (adi və sərt qəhvə, qazlı içkilər, çay, tomat və bəzi digər məhsullar). Siqaret çəkənlərə siqareti dayandırmaq məsləhət görülür, belə ki, artıq sübut olunub ki, siqaret nəinki xoranın sağalmasını gecikdirir (müalicə vaxtını uzadır), həmçinin yeni residiv riskini artırır (xoranın yenidən əmələ gəlməsi). Bundan başqa, xəstələrə qeyri-steroid iltihab əleyhinə preparatların (QSİƏ) qəbulu qadağandır (aspirin, diklofenak və s.). Dərman terapiyasını həkim təyin edir. Xəstə aparılan müalicədən sonra yenidən müayinə olunmalıdır (ezofaqoqastroduodenoskopiya). Əgər müalicə HP bakteriyasına görə antibiotiklərlə aparılıbsa, mütləq XELPİL TEST vasitəsilə biopsiya aparılmalıdır. Hansı xəstələrə cərrahi müalicə lazımdır? Çox hallarda xoranı konservativ (dərman preparatları ilə) müalicə etmək olur, cərrahi metodla isə xoranın ağırlaşmalarına məruz qalan xəstələr (qanaxma, perforasiya və stenozu) müalicə olunurlar.
Xora xəstəliyinin diaqnozunu dəqiqləşdirən ən dəqiq metod endoskopik metoddur (ezofaqoqastroduodenoskopiya). Bu metod vasitəsilə nəinki xoranı görmək, hətta mədənin çıxış nahiyəsindən hissə götürməyə imkan verir (bu nahiyə H.P. bakteriyaların ən çox "sevdiyi" və çoxaldığı nahiyədir). Bu hissə götürüldükdən sonra XELPEL TEST metodu vasitəsilə bakteriyanın olub-olmamasını aşkarlamaq olur. Bundan əlavə, endoskopik müayinə zamanı xoranın yerli müalicəsi də mümkündür (müəyyən dərman preparatlarının yeridilməsi, lazer terapiya, o cümlədən qanaxmamı saxlamaq olar). Rentgen müayinə də xora diaqnozunu dəqiqləşdirmək üçün effektiv müayinədir, amma bəzən bu metod belə bəzən səhvən xora diaqnozunun qoyulmasına və xora olsa belə onun aşkarlamaya bilər.
Həmçinin bax: Yoğun bağırsağın polipləri, Qida borusu xəstəlikləri, Öd daşı xəstəlikləri