Anorektal nahiyənin xəstəlikləri

Anorektal nahiyənin xəstəlikləri

Babasil (hemorroy) hemoroidal nahiyənin venalarının varikoz genişlənməsi olub, qanaxma iltihab  və trombozla ağırlaşır. Babasilin əlamətləri bunlardır: ağrı, qanaxma, düyünlərin şişkinliyi. Diaqnoz bağırsağın müayinə edilməsi əsasında qoyulur. Müalicə isə konservativ, simptomatik və  cərrahidir.

Anus dəliyinin çatı
: ağrı və qanaxma defekasiya aktı zamanı baş verir. Konservativ müalicə effekt vermədikdə cərrahi əməliyyat göstərişdir.

Anorektal abses :abses yerləşməsinə görə dərialtı, selikaltı, əzələdaxili, rektorektal,  çanaq-düz bağırsaq və oturaq sümüyü-düz bağırsaq nahiyəsində yerləşə bilər. Klinik şəkil absesin lokalizasiyasından asılı olaraq meydana çıxır. Bu zaman ağrı, intoksikasiya, temperaturun yüksəlməsi əlamətləri olur. Müalicə drenaj vasitəsilə cərrahi yolladır. Drenaj aparıldıqdan sonra xroniki anorektal fistul  meydana çıxa bilər.

Anorektal fistul dedikdə kanalabənzər giriş başa düşülür, bunun bir tərəfi düz bağırsaqda olub, digər tərəfi perianal nahiyəyə açılır. Adətən, residivləşən abses zamanı əmələ gəlir və müalicəsi cərrahi yolladır.

Proktit: düz bağırsağın selikli qişasının iltihabı başa düşülür. Klinik əlamətləri qanaxma, bağırsaqdan seliyin gəlməsi, yerli ağrı sindromudur. Müalicəsi konservativdir.

Anorektal nahiyənin xəstəlikləri kifayət qədər  xoşagəlməz hallar yaradır. Bu nahiyənin xəstəlikləri nə insanın özü baxa biləcəyi , nə də başqasına göstərə biləcəyi xəstəliklərdir. İnsanlar bu xəstəliklərlə bağlı həkimə müraciət etməyə utanırlar və bu da pis nəticələrə gətirib çıxarır.

Top