Assit nədir?

Assit nədir?

Assit (hidroperiteneum, qarın boşluğunda maye) qarın boşluğuna mayenin toplanmasıdır. Assit sözü yunan sözü olan askos sözündən götürülüb kisə mənasını verir. Normal insanlarda qarın boşluğunda maye olmur və ya çox az miqdarda olur. Məsələn, qadınlarda menisturasiya tskilindən aslı olaraq qarın boşluğunda 20 ml-ə qədər maye ola bilər. Odur ki, qarın boşluğunda mayenin çox olması hər hansı bir patoloji prosesin mövcud olması şübhəsi yaradır.
Səbəbləri
Qarın boşluğunda maye toplanmasının əsas səbəbləri aşağıda göstərilmişdir:
Peritonit

- Bakterial mənşəli peritonitlər
- Vərəm mənşəli peritonitlər

Portal hipertenziya

- İntrahepatik - qaraciyər daxili blok - məsələn, qaraciyər şişləri, sirroz, xroniki hepatitlər və s.
- Prehepatik blok - qaraciyər önu blok - məsələn, qapı venasının trombozu, dalaq venasının trombozu, Qapı venasının sıxılması (pankreas, mədə və ya öd kisəsi şişi tərəfindən)
- Posthepatik blok - qaraciyər sonrası blok - məsələn, Badd-Kiari-Sindromu, aşağı boş venanın trombozu
Ürək və perikard xəstəlikləri - məsələn, sağ ürək çatışmamazlığı, perikardit
Hipoproteinemiya - qanda zülalın azalması- məsələn, nefrotik sindrom
Bədxassəli şişlər - məsələn, periton karsinozu
Dıgər səbəblər
- Mədəaltı vəzinin sisti
- Pankreatitlər
- Meigs Sindromu (xoş xassəli yumurtalıq şişləri)
- Travma

Müayinə Planı

Assiti olan xəstələrə həkim aşağıdakı müayinələri təklif edə bilər:
- Qarının ultrasəs müayinəsi
- Rentgen
- Qanın ümumi analizi
- Qanın laxtalanma qabiliyyəti
- Qanın biokimyəvi analizı (Bilirubin və qalıq azot daxil olmaqla)
- Qanın seroloji müayinəsi (xərçəng markerləri də daxil olmaqla)
- Assitik mayenin sitoloji və hematoloji müayinəsi
Yuxarıda göstərilən müayinələr tam diaqnoz üçün yetərsiz olarsa digər müayinələr də təklif edilə bilər:
- Kompüter Tomoqrafiyası
- Ginekoloji müayinələr
- Endoskopiya
Top