Diarreya (ishal)

Diarreya (ishal)

Diarreya (ishal) boş, sulu və tez-tez baş verən nəcis ifrazına deyilir. Başqa sözlə gün ərzində 250 qramdan çox nəcis ifrazı diarreya hesab edilə bilər. Həftədə 3 dəfədən gündə 3 dəfəyə qədər nəcis ifrazı normal hesab edilə bilər. ki həftədən az davam edən diarreya kəskin diarreya adlanır. Əgər diarreya 4 həftədən çox davam edirsə bu xroniki diarreya adlanır. ünyada bir və ya çox epizodlu diarreyadan il ərzində bir milyarddan çox insan əziyyət çəkir. Amerika Birləşmiş Ştatlarında il ərzində diarreyası olan hər 100 milyon insandan yarısı işində fasilə verməli olur, 10%-i həkimlə məsləhətləşir, 250.000-i xəstəxanaya qəbul olunur, 3000-i (xüsusilə yaşlııar) hayatını dəyişir (Harrison, 2006).

Yaşlı insanlarda diarreya adətən mülayim gedişə malik və fəsadsız tez bir zamanda aradan qalxır. Amma uşaqlarda, xüsusilə də 3 yaşından kiçik olanlarda diarreya tez bir zamanda dehidratasiyaya gətirib çıxara bilər. Sanitariya qaydalarına əməl edilməməsi üzündən baş verən infeksion diarreya il ərzində xüsusilə də inkişaf etməkdə olan ölkələrdə 5-8 milyon üşağın həyatını alır.

Səbəblər

Diarreyanın ən çox rast gəlinən səbəbi virus mənşəli qastroenteritlərdir. Virus infeksiyası mülayim hesab edilir və bir neçə gün ərzində spontan olaraq aradan qalxır. Bu hala bəzən mədə qripi də deyirlər. Virus qastroenteriti adətən məktəbdə, məhəllədə və ya ailədə mini-epidemiya şəklində baş verir.
Qida zəhərlənməsi və səyahətdə olmaq diarreyanın digər tez-tez rast gəlinən səbəblərindəndir. Bu növ diarreyalar bir qayda olaraq bakteriya və parazitlərlə çirklənmiş qida məhsullarının və ya içkilərin qəbulu üzündən baş verir.

Diarreyanın digər səbəbi dərman maddələrinin qəbulu ola bilər. Bu dərmanlara aşağıdakıları qoymaq olar: antibiotiklər, laksativlər (laktuloza), maqnezium tərkibli antiasid dərmanlar (magnesiumhydroxid), ürək qlikozidləri (digitoxin, digoxin), methylxanthine (theophyllin), sidikqovucular (furosemid), qalxanabənzər vəzi hormonları (Thyroxin), xərçəng əleyhinə sitostatik dərmanlar.

Bir çox xəstəliklər mövcuddur ki, onların əsas əlamətlərindən biri diarreyadır. Bu xəstəliklərin diaqnozu sizin həkim tərəfindən aparılan diaqnostik tədbirlərdən sonra müəyyənləşdiriləcəkdir. Aşağıdakı xəstəliklər diarreya törədə bilər:
- Laktosa-ya qarşı dözümsüzlük kimi malabsorbsiya sindromları
- İntihabi bağırsaq xəstəlikləri (Kron xəstəliyi və xoralı kolit)
- Qıcıqlanmış bağırsaq sindromu
- Seliak xəstəliyi
- Zollinger-Ellison sindromu
- Avtomatik vey a diabetic neyropatiya kimi sinir pozğunluğu
- Karsinoid sindromu
- Qastroektomiya (mədənin hissəvi çıxarılması)
- Yüksək dozalı radiasiya terapiyası

Hansı insanlarda diarreya riski daha çoxdur?

Hansı insanların daha çox diarreya riski ilə qarşılaşa bilməsi haqqında məlumatın sizin üçün maraqlı maraqlı ola bilməsini nəzərə alıb Amerika Birləşmiş Ştatlarından bir tədqiqatın nəticəsini sizə təqdim edirik. ABŞ-da diarreyanın aşağıdaki risk qrupları qeyd olunur (Harrison, 2005):
1. Səyahətçilər. Latin Amerikasına, Afrika və Asiya ölkələrinə səyahət edənlərin 40%-ində diarreya qeyd olunur. Bunun əsasında enterotoksigenik Escherichia coli, Campylobacter, Shigella, və Salmonella durur. Rusiyada, xüsusilə də Sankt-Peterburqda Giardia, Nepalda isə Cyclospora mənşəli diarreya ola bilər.
2. Müəyyən qidaları requlyar qəbul edənlər. Pikniklərdə, banketlərdə və ya restoranlarda tez-tez qidalananlarda toyuq ətindən Salmonella, Campylobacter və ya Shigella, hamburgerdən E. coli (O157:H7), qızardılmış düyüdən Bacillus Aureus, mayonez və ya kremlərdən Staphylococcus aureus və ya Salmonella, yumurtadan Salmonella mənşəli diarreya baş verə bilər.
3. İmmunodefisitli insanlar. Anadangəlmə (İgA çatmamazlığı, hipoqammaglobulinenmia, xroniki qranulomatoz xəstəlik) və ya qazanılmış (AIDS, senescence, farmakoloji immunosupressiya) immun çatışmazlığı olan insanlar diarreyaya meyilli olur.
4. Gündəlik tibbi xidmət iştirakçıları. Bu qrup insanlarda Shigella, Giardia, Cryptosporidium, Rotavirus mənşəli diarreya ola bilər.
5. Nosokominal diarreya. Xəstəxanaya qəbuldan 3 gün sonra meydana çıxan diarreyanın səbəbi ya istifadə edilən antibiotiklər, ya da xəstəxanadaxili infeksiyadır. Xəstəxanadaxili diarreya fərqli mikroorganizmlərdən, xüsusilə də Clostridium difficile-dən qaynaqlana bilər.

Həkimə getməzdən öncə nə etmək olar?

Çoxlu miqdarda maye içməli ki, bədən susuzlanmasın, çünki diarreya zamanı orqanizm çoxlu maye itirir. Koffeinləşmiş və spirtli içkilərdən qaçmaq lazımdır. Süd nəcisin boş olmasına səbəb olsa da ehtiyac duyulan maye və qidalanmanı təmin edir. Südün içilməsi mülayim diarreya zamanı məqbul hesab edilə bilər. Orta və kəskin diarreya zamanı qazsız mineral su daha məqsədəuyğundur. Faydalı bakteriyaların aktiv kulturası (probiotiklər) diarreyanın kəskinliyini azaldır və onun davametmə müddətini azaldır. Düyü, çörək suxarısı, banan diarreya zamanı faydalı ola bilər.

Diarreya ələyhinə dərman maddələrinin resptsiz həddən ziyadə istifadəsindən qaçmaq lazımdır. Bu dərman maddələri bəzi infeksiyaları daha da dərinləşdirə bilər. Nəzərə alın ki, sizdə diarreya varsa bu o deməkdir ki, orqanızmıniz nəcis irfazının tezləşməsi yolu ilə onu yarada biləcək səbəbləri (virus, köhnə qida və s.) orqanizmdən xaric etməyə çalışır. Qəbul edilən diarreya əleyhinə dərman maddələri isə bu prosesi ləngidir. Odur ki, paralel spesifik müalicə aparmadan diarreya ələyhinə dərman maddələrinin uzun müddət qəbul edilməsi məqsədəuyğun deyil.
Əgər sizdə xroniki diarreya varsa nəcisə həcm verə biləcək qidaları daha çox qəbul edin. Bunlara düyü, banan və liflərlə zəngin digər taxıl məmulatları daxil edilir.

Hansı hallarda həkimə müraciət etməli

Aşağıdakı hallarda mütləq həkim müraciət etmək tövsiyyə olunur:
- Nəcisdə qan və ya irin olarsa
- Nəcis qara rəngdə olarsa
- Qarında ağrı defekasiya aktından sonra keçmirsə
- Dehidratasiya (susuzlanma) əlamətləri varsa
- Hərarətiniz varsa 38°C-dən yuxarıdırsa
- Nəcis üfunət iyi verərsə və ya nəcis yağla zəngin görünürsə
- Xarici ölkəyə səfərdənb yeni geri dönmüsünüzsə
- Diarreyası olan digər insanlarla bir yerde yemek yemisinizsə
- Hər hansı dərman maddəsini yeni qəbul etməyə başlamısınız
- 5 gündür diarreya keçmir (uşaqlarda iki gün)

Həkimə müraciətdən nə gözləmək olar?

Həkiminiz fərqli suallar verməklə sizdən xəstəliyin tarixini və xarakterini öyrənməyə çalışacaq. Daha sonra fiziki müayinə üsullarından (qarının əllənməsi, döyəcənməsi, manual rektal müayinə) istifadə edərək diarreyanın yaranmasının ilkin səbəblərini araşdırmağa çalışacaq. Həkim sizdən nəcisin müayinə məqsədilə xüsusi konteynerə toplanmasını xahiş edə bilər. Bəzi həkimləri nəcisin gündəlik çəkisi də maraqlandırır və ola bilsin həkim sizə belə bir “ev tapşırığı” versin. İlkin müayinədə əldə edilən nəticələrdən aslı olaraq həkim sizdən əlavə olraq aşağıdakı müayinərdən keçməyi xahiş edə bilər:

- Nəcisin ümümi, bakterioloji və gizli qana görə müayinəsi
- Qanın ümumi və biokimyəvi analizi vasitəsilə iltihab göstəriciləri, qalxanabənzər vəzin, pankreasın funksional vəziyyəti, elektrolit balabsın pozulub-pozulmaması müəyyənləşdirilə bilər.
- Kolonoskopiya və rektoskopiya yoğun bağırsaq və düz bağırsaq daxilində patologiyanın olub olmamasını müəyyən etməyə imkan verir. Bu müayinələr zamanı bağırsaq daxilindən müayinə üçün toxuma da götürülə bilər.
- Sonoqrafiya vasitəsilə xroniki pankreatitin olub-olmaması araşdırılır. Bəzi ixtisaslaşmış mərkəzlərdə ultrasəs müayinəsi vasitəsilə yoğun bağırsaq patologiyalarıda tədqiq edilə bilər.
- Nazik bağırsağın rentgen müayinəsi (Sellink üsulu ilə). Bu müayinə nazik bağırsaq patologiyalarını və Kron xəstəliyini inkar etməyə komək edir.
- Funksional testlər. Bunlara Laktoza testi, H2-tənəffüs testi, Şillinq tesi, pankreolauryl testi aid edilə bilər.
- Kompüter tomoqrafiyası və maqnit rezonans tomoqrafiyası bəzi çətin situasiyalarda istifadə edilə bilər.

Profilaktika

Aşağıdakıların edilməsi sizə ishaldan qaçmağa kömək edə bilər:
- Yeməkdən əvvəl və tualetdən döndükdən sonra əli yumalı.
- Uşaqlara öyrətməli ki, çirkli əşyaları ağızlarına almasınlar
- Antibiotiklər qəbul edən zaman faydalı laktobasillər olan qida maddələri qəbul edəsiniz. Bu yolla antibiotiklərin məhv etdikləri faydalı bakteriyaları bərpa etmək olar. Yoqurt və ya laktobasillərin canlı kulturası belə faydalı bakteriyaların dəyərli mənbəsidir.
- Alkoqol əsaslı əl gellərindən tez-tez istifadə edin
- İnkişaf etmiş ölkələrə səfərlər zamanı qablaşdırılmış sudan istifadə edin, bişirilməmiş göyərti və meyvədən istifadə etməyin.
- Tam bişirilməmiş ət yeməyin

Top