Tramvay dilemması

Tramvay dilemması

Bir tramvay xəttinin yanında dayandığınızı düşünün. Uzaqda idarəetməni itirmiş bir tramvayın onun gəlişini eşitməyən beş fəhləyə doğru sürətli gəldiyini görürsünüz. İşçilər tramvayı görsələr də, xətdən vaxtında uzaqlaşa bilməyəcəklər...



Fəlakəti hiss etdikdə yerə baxırsınız və xətlərə bağlı bir tutacaq görürsünüz (xətləri ayırmaq üçün). Əgər tutacağı dartsanız, tramvayın beş məsum fəhlənin olduğu xətlərdən ikinci bir xəttə keçəcəyini başa düşürsünüz. Ancaq yan tərəfdəki bu xəttin aşağısında iş yoldaşları qədər xəbəriz bir fəhlə də var. O halda tutacağı dartaraq bir insanı ölümünə səbəb olaraq beş nəfəri xilas edərdinizmi?

Bu düyün nöqtəsi Tramvay dilemması olaraq adalanan klassik bir düşüncə formasıdır.
1967-ci ildə filosof Philippa Foot tərəfindən daha da inkişaf etdirilib, 1985-ci ildə Jarvis Thompson tərəfindən ortaya atılmışdır. Tramvay dilemması bir hərəkətin nəticələrini əvvəldən axıra kimi düşünməyimizi və hərəkətin əxlaqi dəyərinin sadəcə nəticələri tərəfindən müəyyənləşdirilb müəyyənləşdirilmədiyini diqqətdə saxlamağımıza kömək edir.

Tramvay dilemması o zamandan bəri əxlaqi dəyərləri araşdırmaq üçün təsdiq edilmiş bir düşüncə forması kimi müharibə, işgəncə, dronlar, abort və evtanaziya kimi müxtəlif vəziyyətlər üçün tətbiq olunur. 

İndi bu dilemmanın ikinci hissəsini düşünək. Tramvay xətlərin üstündəki bir üst keçiddə dayandığınızı düşünün. Tramvayın beş xəbərsiz fəhləyə doğru idarəetməni itirmiş şəkildə gəldiyini açıq-aydın görürsünüz. Ancaq onu idarə edəcək bir tutacaq da yoxdur.

Ancaq üst keçiddə sizin yanınızda dayanan çox kök bir adam var. Bu cüssənin tramvayı dayandıracağından şübhəniz yoxdur. O halda tramvayı dayandıraraq beş insanı xilas etmək üçün onu tramvayın qabağına atıb öldürə bilərsinizmi?



Bu ssenarinin nəticəsi tutacağı çəkib tramvayı digər xəttə yönləndirən ssenariylə eynidir.İksində də bir nəfər ölür, beş nəfər yaşayır. Qəribə olan şey isə, çox insan tutacaqla adam öldürməyi seçir, az insan isə kök insanı tramvayın altına atmağı — baxmayaraq ki, hər ikisində bir insanın ölümünə səbəb olur.

İndi həkim olduğunuzu düşünün
Thompson və digər filosoflar tramvay dilemmasında qorxunc şəkildə əyləncəli olan başqa dəyişikliklər də etdilər.

Bir həkim olduğunuzu və yaşamaq üçün beş xəstənizin hamısının da hansısa orqanlara ehtiyacı olduğunu düşünün. İkisinin ağciyər, digər ikisinin də böyrək və beşincisinin bir ürəyə ehtiyacı var.

Digər palatada başqa bir xəstənin ayaqları qırılıb. Ancaq qırıq sümükləri xaricində mükəmməl dərəcədə sağlamdır.

Bəs sağlam adamı öldürüb digər beş insanı xilas etmək üçün həmin adamın orqanlarından istifadə edərsiniz? Yenə bunun nəticələri də ilk dilemma ilə eynidir. Ancaq çox insan sağlam insanı öldürüb orqanlarını başqasına köçürməyi tamamilə rədd edir.

Davranışlar, niyyətlər və nəticələr
Əgər yuxarıdakı bütün dilemmalar eyni nəticəyə sahibdirsə, ancaq çox insan sadəcə tutacağı dartmağı seçirsə və kök adamı aşağı atmağa, yaxud hansısa xəstənin orqanlarını götürüb başqalarına köçürmə variantına getmirsə, bu vəziyyət əxlaqi dəyərlərin hər zaman güvəniləsi, məntiqli və konkret olmadığı mənasına gəlirmi? 

Bəlkə əxlaqi dəyərlərimizi formalaşdıran nəticələrin xaricində başqa bir şey var?
Foot burada öldürmək və ölməyinə icazə vermək kimi iki şeyin olduğunu idda etmişdi. Birinci şey münasibdirsə, ikincisi passivdir. Ilk tramvay dilemmasında tutacağı dartan insan beş insanın həyatını xilas edir və bir insanın ölməyinə icazə verir. Nəticədə tutacağı dartmaq yandakı xətdə olan insana ciddi zərər verməz. Ancaq üst keçid ssenarisində kök adamı xətlərin üzərinə atmaq qəsdən adamöldürmə halıdır.

Bu bəzən Cüt Effekt qaydası olaraq xarakterizə edilir və əgər davranış çox yaxşı bir şeyə səbəb olarsa, şərtsiz olaraq zərər verməyinizin normal qəbul olunacağı deyilir. Amma burada vəziyyət yaxşı bir şey üçün hesablansa da, birbaşa zərər vermək qəbulolunmaz hesab edilir.

Thompson məsələyə fərqli tərəfdən baxdı. Nəticəçilik və ya yararlılıq kimi sadəcə nəticələrə hesablanmış bir davranışın qəbul ediləbilən yoxsa edilməyən olmasını dəyərləndirən əxlaqi qaydalar tərəfindən öldürməyə səbəb olan bəzi davranışların niyə qəbul edildiyini və digərlərinin niyə qəbul edilmədiyini açıqlana bilmədiyini dedi.

Əgər hər kəsin bərabər haqlara sahib olduğunu nəzərdə tutsaq, o halda niyyətimiz beş insanı xilas etmək olsa belə, bir insanı qurban etməklə səhv bir şey etmiş olarıq.

Araşdırma
Nevroloqlar tərəfindən insanların tramvay dilemmasının ilk iki variasiyasını düşündüyü məqamda hansı beyin bölgələrinin aktiv halda fəaliyyət göstərdiyiylə bağlı araşdırmalar aparıldı. İlk olaraq bizim məntiqi düşünmə tərəfimizin aktivləşdiyi və bu səbəblə də tutacağı dartmağa qərar versək, bunun səbəbinin daha çox sayda həyat xilas etməyə niyyətimizin olduğunu ortaya çıxardılar. Ancaq kənarda duran insanı relslərə itələməyi düşündüyümüz zaman, emosianal tərəfimizin fəaliyyətə keçdiyini və bu səbəbdən beş insanı xilas etmək məsələsində bir nəfəri öldürməklə bağlı fərqli hiss etdiyimiz də aydınlaşdı.* Bu məsələdə duyğularımız bizi düzgün davranışamı aparır? Beş insanı xilas etmək üçün olsa belə bir insanı öldürməkdən çəkinməliyikmi?

Real həyat dilemmaları
Tramvay dilemması və çeşidləri çox insanın zərərə səbəb olan bəzi davranışları uyğun gördüyünü, ancaq eyni nəticəyə sahib olan digər davranışların qəbuledilməz olduğunu düşündüyünü göstərir.* Hər kəs dilemmalara eyni cavabı vermir və insanlar eyni fikirdə olsalar da, müdafiə etdikləri davranışın sahib olduğu haqlı səbəblərdə fərqlilik göstərə bilərlər.



Bu düşüncə təcrübələri, öldürmək və ölməyinə icazə vermək arasındakı fərq məsələsini müzakirə etməyə yönəlik şəkildə istifadə edilib və Eye In The Sky filmi kimi populyar mədəniyyətdə fərqli şəkillərdə ortaya çıxmışdır. 

kenquru.az
Top